Eritrosit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eritrositlər.

Eritrositlər — qırmızı qan hüceyrələri. Qandakı hüceyrələrin 99%-dən çoxunu eritrositlər təşkil edir. Eritrositlər hər iki tərəfdən basıq disk şəklindədir, diametri 7-8 mikrometrə qədərdir. Eritrosit pərdələrində 33% nisbətdə tapılan hemoqlobin, qanda oksigen daşıyan zülaldır. Oksigenin təxminən 99%-i hemoqlobin ilə daşınar, geri qalan 1%-lik qisim isə qan plazmasında həll olmuş şəkildə daşınır. Oksigenlə birləşmiş hemoqlobin al-qırmızı rənglidir.

Eritositlərin ölçüləri

[redaktə | mənbəni redaktə et]
  • Diametr: təxminən 7,5 µm (mikrometr)
  • Qalınlıq: kənarlarda 2 µm mərkəzdə 1 µm
  • Çəkisi: təxminən 3 · 10-11 qram
  • Həcmi: təxminən 90 fl (femtolitr) (90 µm3)
  • Qandakı konsentrasiyası: kişilərdə 4,6–5.9x106/mm3 və qadınlarda 4,0–5,2x106/mm3.
  • Yetişmə müddəti: təxminən 7-10 gün
  • Yaşama müddəti: təxminən 120 gün və ya 4 ay
  • Gün ərzində yaranan eritrosit sayı: 2x1011 = təxminən: 2 milyon/saniyə
  • Ümumi səthi: 4000–4500 m2
  • Osmotik davamlılığı: 180 mosmol/l-ə qədər
  • Mempran potensialı: -10mV

Eritrositlərin yaranması və formalaşması (Eritropoez)

[redaktə | mənbəni redaktə et]

Eritrositlərin əməlgəlmə prosesi eritropoez adlanır. Eritropoez hadisəsi eritropoetin hormonu vasitəsilə stimulə olunur ki, sonuncu da hər hansı bir toxumada oksigen çatışmazlığı (hipoksiya) nəticəsində böyrəklərdə sintez olunur. Eritrositlər sümük iliyində yetişirlər. Belə ki, sümük iliyində yerləşən kök hüceyrələrdən 6-9 gün ərzində hemositoblastlar formalaşır ki, bunlar da hələ dəmir ionları ilə birləşməmiş pro-eritroblastlara çevrilirlər. Pro-eritroblastlar dəmir ionu ilə birləşərək eritroblastları əmələ gətirirlər. Eritroblastlar sonradan nüvəsini itirərək yetişkin eritrositlərə çevrilirlər. Bəzən qanda tam formalaşmamış (məs: nüvəsini itirməmiş və s.) eritrositlərə də rast gəlinir ki, bunlar retikulositlər adlanır. Normalda qanda retikulositlərin miqdarı bütün eritrositlərin 0.5-1%-ə qədərini təşkil edir. Gün ərzində təxminən 2x1011 eritrosit əmələ gəlir. Bununla yanaşı, hamiləliyin son ayına qədər eritrositər dölün qaraciyərində də yetişmə dövrü keçirlər. Doğuşdan sonra isə eritrositlər yalnız sümük iliyində əmələ gəlir və yaşama müddətlərinin sonunda qaraciyər, dalaqsümük iliyində makrofaqlar tərəfindən parçalanırlar. Normal eritrositlərin yaşama müddəti 120 gündür.