Elizabet Blekbörn
Elizabet Blekbörn | |
---|---|
ing. Elizabeth Blackburn | |
| |
Doğum tarixi | |
Doğum yeri | Avstraliya, Hobart |
Elm sahələri | Molekulyar və hüceyrə biologiyası |
Elmi dərəcəsi | Böyük Britaniya doktorluq dərəcəsi |
İş yerləri | London Kral Cəmiyyəti, Amerika Mikrobiologiya Akademiyası |
Alma-mater | Kembric Universiteti, Melburn Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Frederik Senger |
Tanınmış yetirməsi | Karol Qreyder |
Üzvlüyü | |
Mükafatları | Nobel mükafatı laureatı |
biochemistry2.ucsf.edu/labs/blackburn | |
Vikianbarda əlaqəli mediafayllar |
Elizabet Elen Blekbörn (d.26.11.1948, Avstraliya, Hobart ş.) — Amerika sitogenetiki, Nobel mükafatı laureatı (2009, K. Qreyder və C. Şostak ilə birlikdə).[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]London Kral cəmiyyətinin (1992), Amerika Mikrobiologiya Akademiyasının üzvüdür (1993). Melburn Universitetini (1972) bitirmişdir. 1975-ci ildə Kembric Universitetində (Böyük Britaniya) doktorluq dərəcəsini almışdır.[4]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1975–77-ci illərdə Yel Universitetində (ABŞ, Konnektikut ştatı) molekulyar və hüceyrə biologiyası sahəsində çalışmış, Berklidəki Kaliforniya Universitetində (1978-ci ildən), San-Fransiskodakı Kaliforniya Universitetində (1990-cı ildən), Solk İnstitutunda fəaliyyət göstərmişdir. Telomeraza fermentini, bu fermentin köməyi ilə xromosomların mühafizə mexanizmini kəşf etmişdir.[4]
Mükafat və təltifləri
[redaktə | mənbəni redaktə et]- Avstraliya mükafatı (1998)
- Harvi mükafatı (1999)
- Keio Tibbi Elm Mükafatı (1999)
- Kaliforniya İlin Elm Adamı 1999-cu il
- Kaliforniya Hall of Fame (2011)
- Nobel Mükafatı Laueratı (2009)
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Blekbörn həyat yoldaşı Con Ve Sedat ilə San-Fransiskoda yaşayır və onların Benjamin adında bir oğulları var.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.salk.edu/news-release/nobel-laureate-elizabeth-blackburn-named-salk-institute-president/.
- ↑ 1 2 www.nasonline.org (ing.).
- ↑ 1 2 Fellows Directory (brit. ing.).
- ↑ 1 2 3 Belkbörn// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 582.
- ↑ UCSF's Elizabeth Blackburn Receives Nobel Prize in Physiology or Medicine, By Jennifer O'Brien. Arxivləşdirilib 2009-12-11 at the Wayback Machine Press release.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yaşayan insanlar
- 26 noyabrda doğulanlar
- 1948-ci ildə doğulanlar
- Melburn Universitetinin məzunları
- Kembric Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- London Kral Cəmiyyətinin üzvləri
- Əlifba sırasına görə alimlər
- Nobel mükafatı laureatları
- Nobel mükafatlı qadınlar