Elçin Əzizov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elçin Əzizov
Elçin Əzizov, Traviata operasında, Jorc Jermon, (Alfredonun atası) obrazında (bariton), Dövlət Akademik Böyük Teatr, 2013.
Elçin Əzizov, Traviata operasında, Jorc Jermon, (Alfredonun atası) obrazında (bariton), Dövlət Akademik Böyük Teatr, 2013.
Ümumi məlumatlar
Doğum tarixi (49 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
aktyor
Fəaliyyət illəri 1991 - h.h.
Janr opera
Səs tembri bariton
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən).[1]

Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı.

2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib.

2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb. İlk dəfə Jorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zaltsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).

2008-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib.

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[2]

Elçin Əzizov Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə evlidir. Cəmil adında oğulları var.

  1. Bir dəfə Qafqazda (film, 2007)
  2. Qafqaz (film, 2007)
  1. "Эльчин Азизов: третий сезон в Большом я закрыл достойно!". 2012-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  2. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]