Ekzoplanet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alimlərin təsəvvürünə görə ekzoplanet (qaz nəhəngi)
Nəzəri cəhətcə mövcud olan ekzoplanet — iki peykli planet-okean

Ekzoplanet (q.yun. εξω, exo — kənarda) və ya günəşdənkənar planet — Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan planet. Bu ulduzlar Günəşdən uzaqda — 4,22 işıq ili məsafəsində yerləşir. Ona görə də onları kəşf etmək mümkün olmurdu. Məsələ 1980-ci illərdə həll edilməyə başlandı[1]. Onlar elmi metodların təkmilləşməsi nəticəsində aşkar olundu.

2016-cı ilin fevralına 1321 planet sistemində 2073 ekzoplanetin mövcud olması təsdiqlənmişdir. Onlardan 507-də birdən cox planet vardır. Süd yolundakı ekzoplanetlərin ümumi sayı hazırda 100 milyard təşkil edir. Onlardan təxminən 5-dən 20 milyarda qədəri mümkündür ki, "Yerəoxşar" olsunlar. Məlum ekzoplanetlərin əksəriyyəti qaz nəhəngləridir və daha çox Yupiterə oxşayırlar. Aydındır ki, bu aşkaretmə metodlarının məhdud olması ilə izah olunur (qısa periodlu böyük kütləli planetləri aşkar etmək asandır).[2]

Ekzoplanetlərin kəşf olunma tarixi

[redaktə | mənbəni redaktə et]

Digər ulduzun ətrafında planet sistemin olmasını ilk dəfə Mədrəs rəsədxanasının astronomu kapitan Ceykop söyləmişdir (1855). O, qoşa sistem 70 İlandaşıyanda (Zmeyanosec) "planetar cismin" olmasının böyük ehtimalı olduğunu söyləmişdir. 

1916-cı ildə Eduard Barnard digər ulduzlara nəzərən səmada yerini "sürətlə" dəyişən qırmızı ulduz aşkar etmişdir. Astronomlar onu Ucan Barnard ulduzu adlandırdı. Bu Yürə yaxın olan ulduzlardan biridir və kütləsi Günəşin kütləsindən 7 dəfə kiçikdir.

İlk dəfə olaraq Günəşdən kənar planet kanadalı B. Kempbell, Q. Olker və S. Yanq tərəfindən 1988-ci ildə narıncı subnəhəng Qamma Sefey A-da aşkar olmuşdur. Lakin bu öz təsdiqini 2002-ci ildə tapmışdır. 1989-cu ildə D. Latam tərəfindən HD 114762A ulduzu ətrafında ifrat böyük kütləli planet (və ya cəhrayı cırtdan) tapılmışdır. Lakin onun planet statusu 1999-cu ildə təsdiqini tapdı. PSR 1257+12 neytron ulduzunun ətrafında ilk ekzoplanetlər aşkar olundu. Onları 1991-ci ildə astronom A. Volşçan kəşf etdi.

Bu planetlər artıq ifrat yeninin partlayışından sonra yaranmış ikiknçi kimi qəbul edildi. 1995-ci ildə astronomlar Mişel Mayor və Dide Kelo ifratdəqiq spektrometrin köməyi ilə 51 Peqas ulduzunun 4,23 sutka periodla yellənməsini aşkar etdilər.[3]

Normal ulduzun (pulsarın deyil) ətrafında fırlanan ilk ifrat Yer 2005-ci ildə Qlize 876 ulduzunun ətrafında aşkar olunub. Onun kütləsi təxminən 7,5 yer kütləsi qədərdir.

2004-cü ildə cəhrayı cırtdan 2M1207-də ekzoplanetə namizədin infroqırmızı süalarda ilk şəkili alınmışdır. 16 noyabr 2008-ci ildə ilk dəfə olaraq Peqas bürcündə HR 8799 ulduzunun ətrafında fırlanan tam planet sisteminin – üç planetin şəklini almaq mümkün oldu.13 noyabr 2008-ci ildə həmçinin ilk dəfə olaraq, birbaşa müşahidələrin nəticəsində Fomalqaut ulduzunun ətrafında Fomalqaut b ulduzunu aşkar etmək mümkün olmuşdur. 

5 dekabr 2011-ci ildə " Kepler " teleskopu ilə həyat zonzsında ilk ifrat Yer- Kepler-22 b aşkar olunmuşdur.

20 dekabr 2011-ci ildə " Kepler " teleskopu ilə Kepler-20 ulduzu ətrafında Yer ölçüsündə və kiçik olan ilk ekzoplanetlər—Kepler-20 e(radiusu: 0,87 Yer radiusu, kütləsi:0,39–1,67 Yer kütləsi qədər) və Kepler-20 f (radiusu:1,03 Yer radiusu , kütləsi:0,045 Yupiter kütləsi) aşkar edilmişdir.

22 fevral 2012-ci ildə Harvad-Simtson astrofizika mərkəzinin alimləri Yerdən 40 işiq ili məsafədə sudan ibarət olan ilk ekzoplaneti-GJ1214 b-ni kəşf etdilər. Planetin –qırmızı cırtdan –ulduzunun ətrafında fırlanması 38 saat, ulduzdan məsafəsi isə təxminən 2 milyon km-dir. Planetin səthində temperatur təxminən 230 S –dir.[2]

Ekzoplanetlərin öyrənilməsi layihələri və alətləri

[redaktə | mənbəni redaktə et]

Astronomik peyklər

[redaktə | mənbəni redaktə et]

COROT (EKA) – ixtisaslaşdırılmış 30 sm-lik orbital kosmik teleskop. Bir çox ulduzun onun qarşısından planet keçən zaman parlaqlıq əyrilərini çəkir. 27 dekabr 2007 ildə kosmosa buraxılıb. Fərz edilirdi ki, onun köməyilə Yer tipli onlarla planet aşkar etmək olacaq. 2010-cu ilin mart ayına kimi COROT 7 ədəd ekzoplanet və 1 ədəd çəhrayı cırtdan aşkar etmişdir.

"Kepler" (NASA) – güzgüsünün diametri 0,95 m olan Şmidt sistemli kosmik teleskop. Eyni zamanda 100000 ulduzu izləyə bilir. 7 mart 2009-cu ildə buraxılıb. Ölçüləri Yerin ölçüləri ilə identik olan 50 planeti və Yerin ölçülərini 2,2 dəfə aşan ~ 600 planeti aşkar etmək planlaşdırılmışdır. "Kepler" Günəşin ətrafında 1 a.v. radiuslu orbitdə fırlanır. İstismar müddəti 3,5 il müəyyən edilmişdi. Sonradan onun misiyasının 2016-cı ilədək uzadıldıçı elan olundu, lakin may 2013 –də teleskop sıradan çıxdı. Bu vaxta qədər " Kepler " yəqinliklə 132 ekzoplanet kəşf etdi. Günəşdən kənar planetlərin etibarlı namizədlərinin siyahısı 2740 obyekt təşkil edir.[2]

İşlənilən layihələr

[redaktə | mənbəni redaktə et]
  • PEGASE – ilkin olaraq 2010–2012-ci ilərdə planlaşdırılıb.
  • TESS – buraxılması 2017-ci ilə planlaşdırılıb.
  • ECHO – layihənin nəzəri işlənilməsi gedir. 2022-ci ildə buraxılacaq.
  • Advanced Technology Zarge – Aperture Space Telescope (ATLAST) – 2025-ci ildən sonra buraxılacaq.

Kosmik missiyalardan başqa gələcəkdə Yer instrumentlərinin inkişaf etdirilməsi planlaşdırılır. Məsələn, quraşdırılan Avropa Fövqaladə böyük teleskopunda ekzoplanetlərin atmosferini öyrənən avadanlıqlar quraşdırılacaqdır.[2]

Yer rəsədxanaları

[redaktə | mənbəni redaktə et]

Tranzit metodu ilə müşahidə aparanlar.

[redaktə | mənbəni redaktə et]
  • Super WAPS — ən uğurlu yerdən görünüş. 70-dən artıq ekzoplanet 2012-ci ilə tranzit metodu ilə tapılmışdır. İki rəsədxanadan ibarətdir.
  • Super WAPS- North Palma adasında (Kanar adaları) Roke de los Muçaços rəsədxanasında və Super WAPS- South – Cənubi astronomiya Rəsədxanasında yerləşirlər. Hər biri 8 enlibucaqlı, aperturası 111 mm olan avtomatik teleskopdan ibarətdir.

Şüa sürəti dopler metodu ilə müşahidə aparanlar.

[redaktə | mənbəni redaktə et]
  • HARPS – yüksəkdəqiqlikli spektoqraf. 2002-ci ildə Çilidə olan Zasiliya Rəsədxanasındakı 3,6 m-lik teleskopda quraşdırılıb.(ESO-nun bir hissəsidir).
  • Keka Rəsədxanası – dünyada 2 ən iri güzgü teleskoplu Rəsədxana. İlkin güzgülərin (hər bir teleskopda onlar cəmi 3 ədəddir) diametri 10 m-dir.
  • Gaia – kosmik Rəsədxana. Əsas məqsədi bizim Qalaktikanın 3 ölçülü xəritəsini qurmaqdır. Bundan başqa 10000 yaxın ekzoplanet kəşf edə biləcəyi fərz edilir. 19 dekabr 2013-cü ildə orbitə çıxarılıb.

Ekzoplanetlərin axtrarılmasinda aşağıdakı metodlar mövcuddur:

  1. Dopler metodu – ulduzun radial sürətinin spektrometrik ölçülməsi.[3]
  2. Tranzit metodu planetin ulduzun fonunda keçməsiylə bağlıdır.
  3. Qravitasiyalı mikrolinzalama metodu. Müşahidə olunan obyekt (ulduz, qalaktika) və Yerdəki müşahidəçi arasında başqa ulduz olmalıdır (o, linza rolunu oynamalıdır).
  4. Astrometrik metod. Planetin qravitasiyası təsirinin altında ulduzun məxsusi hərəkətinin dəyişməsinə əsaslanıb.
  5. Pulsarların radiomüşahidəsi. Əgər pulsarın ətrafında planetlər fırlanırsa onda süalanan siqnal oscilliruyuşiy (toxunan) xassəyə malik olur.
  6. Düzünə (birbaşa) müşahidə. Ekzoplanetlərin, onları ulduzun işığından təcrid etmək vastəsilə birbaşa şəkillərin alınma metodu mövcuddur.[2]

Kəşf olunan ekzoplanetlərə hal-hazırda planetin ətrafında fırlandığı ulduzun adından ibarət olan və latın əlifbasının "b" hərifindən başlayaraq əlavə sətir hərfli adlar verilir (məs.51 Peqas b). Sonrakı planetə "c" sonra "d" və beləcə əlifba üzrə hərflər verilir. Bu zaman "a" hərfli adlandırmada istifadə edilmir, belə ki, belə adlandırma məxsusi olaraq ulduzun özünü nəzərdə tutmuş olardı. Bundan başqa, buna diqqqət yetirmək lazımdır ki, planetlərə adlar fırlandıqları ulduzdan uzaqlaşma ölçüsünə görə deyil onların kəşf olunma ardıcıllığı ilə verilir. Yəni "c" planeti, "b" planetindən ulduza yaxın ola bilər. Sadəcə olaraq o gec kəşf olunmuşdur (məs: Qlize 876 sistemində olduğu kimi). Ekzoplanetlərin adlarında istisnalar olmuşdur. İş ondadır ki, 1995-ci ildə 51 Pegas sisteminin kəşfinə kimi ekzoplanetləri başqa cür adlandırırdılar. PSR 1257+12 pulsarında aşkar olunan ekzoplanetlər böyük (baş) hərflərə PSR 1257+12B və PSR 1257+12C adlandırılmışdır. Bundan başqa ulduza daha yaxın olan yeni planetin aşkar edilməsindən sonra o, D ilə deyil PSR 1257+12 A adlandırıldı. Sonradan bu planetlər qarışdırmadan (səhv salmadan) qaçmaq üçün ekzoplanetlərin müasir adlandırma sisteminə adları dəyişdirildi. Bəzi ekzoplanetlərin əlavə qeyri formal "ləqəb"i olur.(məs: 51 Pegas b qeyri formal olaraq ""Bellerofont" adlandırılır). Lakin bu ənənə geniş yayılmayıbdır.

Ekzoplanetlərin xassələri

[redaktə | mənbəni redaktə et]

Axtarış proqramına daxil edilmiş ulduzların təxminən 10 %-də planetlər aşkar olunmuşdur. Müşahidə texnikasının təkmilləşdirilməsi və məlumatların toplanma ölçüsü üzrə onların sayı artır.

2012-ci ilə kütləsi Neptun kütləsi qədər və ondan kiçik olan planetlər çoxluğu aşkar edilmişdir Kepler teleskopu ilə 2326 namizəddən aşkar olunmuş 207 planet təxminən Yer ölçüsündədir, 680-ı super Yer ölçüsündədir,1181-i Neptun ölçüsündədir,203-ü Yupiterin ölçüsü ilə müqayisə edilir, 55-i isə Yupiterdən böyükdür.

Planet-nəhənglərin sayının ulduzda olan ağır elementlərin (metalların) miqdarından asıllığı müşahidə olunur.

Qravitasiya mikrolinzalama metodu ilə edilən son kəşflər qaz nəhənglər əvəzinə Uran və Neptun tipli orta kütləli planet sistemlərinin geniş yayılmasını söyləyir.

Avropalı astronomlar, Lazur sahilli Rəsədxanadan olan Tristan Qiyonun rəhbərliyi altında, planetlərin sıxlığını, onların ulduzlarındakı metalla müqayisə edən zaman müəyyən korrelyasiya olduğunu təyin etmişlər. 

Bizim Günəş kimi metalla zəngin olan ulduzların ətrafında əmələ gələn planetlər kiçik nüvəyə malik olur, ulduzları 2–3 dəfə çox metalla zəngin olan planetlər isə daha böyük nüvəyə malik olurlar.

Böyük eksentrisitetlə olan orbitlərdə hərəkət edən ekzoplanetlərdən (hansıların ki, tərkibinə bir neçə qat maddə-qabığın təbəqəsi, mantiya və nüvə maddəsi daxildir) qabarma qüvvələri istilik enerjisini azad edə bilər.

Yer şəraitinə ən yaxın olan ekzoplanet 2009-cu ildə kəşf edilmiş Qlize 581 c ekzoplanetidir. İlkin qiymətləndirməyə görə onun temperaturu 0÷40 s diapazonunda dəyişir həmçinin nəzəri olaraq bu planetdə maye su ehtiyatının olması mümkündür (yəni canlı həyatın mövcudluğu).

Ekzoplanet sistemləri

[redaktə | mənbəni redaktə et]
  • 51 Peqasa- baş ardıcıllığın ilk günəşəbənzər ulduzu, hansının ki, ətrafında ekzoplanet aşkar edilmişdir.
  • Θ Andromeda – baş ardıcıllığın ilk ulduzu hansının ki, ətrafında çoxplanetli sistem aşkar edilmişdir.
  • Tay Kita — ən yaxın aşkar olunmuş çoxplanetli sistem (5 planet kəşfi hələ təsdiq olunmayıb).
  • Ԑ Eridana- Günəşi hesab etməsək, bu teleskopsuz görünən planetlə olan yaxın ulduzlardan 3-cüsüdür.
  • 55Rako – indiki ana onun 5 planeti məlumdur, onlardan biri 55 Rake, ölçüsü 2 Yer ölçüsündə, tranzit isti (qaynar) super yerdir.
  • µ Jertvennika – məlum olan ən kiçik kütləli ekzoplanetə malikdir. Yer qrupu planetlərinə aid olduğu mümkündür.
  • Ɣ Sefeya – birinci nisbətdən sıx qoşa ulduz. Komponentlərindən birində (ɣ Sefeye A) planet kəşf edilib.
  • Gliese 876 — ətrafında planet sistemi aşkar olunan birinci qırmızı cırtdan.
  • HD 209458 — ən nəzərəçarpan ekzoplanetlərdən birinə məxsusdur. – HD 209458 b ("Osiris") – buxarlanan planetdir.
  • OGLE – 235/MoA-53 – qravitasiyalı mikrolinzalama effekti metodu ilə aşkar edilən birinci ulduzdur.
  • 2 M 1207 – ekstragünəş planet sisteminin şəklinin ilk alınması ehtimal edilir.
  • PSR 1257+12 – pulsar, onun planet sistemi Günəş sisteminin hüdudlarından kənarda ilk dəfə aşkar edilmişdir. Planetlərdən birinin kütləsi ≈0,025 M yer 
  • HD 189733 – ekzoplanetlərin öyrənilməsi tarixində ilk dəfə olaraq HD 189733B planetinin səthi üçün temperatur xəritəsi tərtib olunmuşdur.
  • Qlize 581 c, Qlize 581 d, HD 85512 b və Kepler-22 b – məlum ekzoplanetlərdən bunlar kifayet qədər Yerlə oxşardılar.
  • KOİ-961d – kütləsi, hal-hazırda 2012-ci ilin oktyabr məlum olan ekzoplanetlərdən ən kiçiyidir (< 0,9xM yer).
  • WASP-17b – ulduzun özünün fırlanmasının əksi istiqamətində ulduzun ətrafında fırlanan ilk aşkar olunmuş planetdir.
  • COROT-7b– ilk super Yerdir (2009 fevral), tranzit metodu ilə aşkar olunub və ölçüsü 1,58 Yer ölçüsündədir.
  • GJ 12146 – ilk planet okeandır (nəzəri cəhətdən).
  • HD 10180 – bu ulduzun ətrafında max-al sayda (9) planet (2012) aşkar edilib.
  • Qlize 581g – maye suyun olmasının böyük ehtimalı olan planet.
  • Kepler-10b – ilk dəmir planet (sıxlığı 8,8 qr/sm³).
  • Kepler-11 – Lebed bürcündəki bizdən 613 pazsek məsafədə olan ulduzdur. Onun ətrafında azı 6 planet fırlanır.
  • WASP-196 – ulduz ətrafında 0,7888399 xYer sutkası (18,932 saat).ərzində fırlanan ekzoplanetdir.
  • WASP-336 – 2011-ci ilə məlum olan ən isti (qaynar) ekzoplanetdir. Temperaturu 3200°s
Yer tipli yaxın ekzoplanetlərin siyahısı:
[redaktə | mənbəni redaktə et]
Adı Təsviri  Həyata yararlığı Ulduz Günəşdən məsafəsi 
Альфа Центавра B b 1 Səthinin fərz olunan temperaturu: 1200 °C Альфа Центавра B 4,37
Gliese 876 d 2  Səthinin fərz olunan temperaturu: 157–377 °C Gliese 876 15
Gliese 581 e 3 Olduqca yüksək temperatur səbəbindən güman edilir ki, atmosferi yoxdur Gliese 581 20
Gliese 581 c 4 Şübhəlidir. Yəqin ki, yaşayış üçün yararlı olmayan zonada yerləşir. Gliese 581 20
Gliese 581 d 5 Mümkündür ki, psixroplantdir. Həyat üçün yararlı zonanın daxilində yerləşir Gliese 581 20
Глизе 667 Cc 6 Mümkündür ki, mezoplanetdir Gliese 667C 22
61 Девы b 7 Ulduza yaxın olma səbəbindən olduqca yüksək temperaturludur 61 Девы 28
HD 85512 b 8 Mümkündür ki, termoplanetdir. Qlize667Cc –nin kəşf olunmasına kimi daha çox həyatayararlı planet hesab olunurdu  HD 85512 36
55 Cancri e 9 Ulduza yaxın olma səbəbindən olduqca yüksək temperaturludur 55 Cancri 40
HD 40307 b 10 Ulduza yaxın olma səbəbindən olduqca yüksək temperaturludur HD 40307 42
HD 40307 c 11 Ulduza yaxın olma səbəbindən olduqca yüksək temperaturludur HD 40307 42
HD 40307 d 12 Ulduza yaxın olma səbəbindən olduqca yüksək temperaturludur HD 40307 42

"Xabbl" nəhəng ekzoplanetin firlanmasını aşkarlayıb

[redaktə | mənbəni redaktə et]

Arizona Universitetində olan astronomlar "Xabbl" kosmik teleskopunun köməyi ilə Yerdən 170 işıq ili məsafədə olan nəhəng ekzoplanetin fırlanmasını aşkar etmişlər.

Alimlər geniş bucaqlı kameranı, Xabbl kosmik teleskopunun bortunda istifadə edərək 2M1207b planetinin infraqırmızı diapazonda fotometrik şəkillərini almışlar. Müşahidə 8 saat 40 dəqiqə davam etmişdir.

Kameranın yüksək ayırdetmə bacarığı, astronomlara ekzoplanetin öz oxu ətrafında fırlanması səbəbindən, parlaqlıq əyrisinin dəyişməsini qeyd etməyə imkan vermişdir. Buludlar müxtəlif yarımdairələrdə işığı müxtəlif cür əks etdirir və bu, alimlərə planetdə günün davam etməsinin 10–11 saat olduğunu təyin etməyə imkan vermişdir.

belə fırlanma sürəti Yupiter və saturnla müqayisə ediləndir, hansıki uyğun olaraq 9,9 və 10,5 saatdır.

2M12076-ekzoplanetini kütləsinə görə Yupiterin kütləsini 4 dəfə aşır və cəhrayı cırtdanın ətrafında fırlanır. Nəhəng planetin orbiti ana ulduzdan 5 a.v. və ya 8 milyard km məsafədədir. Alimlər fərz edirlər ki, 2M1207b ekzoplaneti protoplanet diskindən əmələ gəlməmişdir, sönmüş çəhrayı cırtandır.

Planetlərin yaranması barədə 90-cı illərə qədər olduqca məntiqli və düzgün şəkil mövcüd idi, lakin elə bu dövrdə bizim planetlərin yaranması barədə baxışlarımıza birbaşa və ya dolayısı olaraq toxunan bir neçə kəşf edildi.

Birincisi- Koyper zolağının kəşfi, ikincisi- ilk çəhrayı cırtdanların kəşfi, üçüncüsü- digər ulduzlarda protoplanet disklərinin ilkin olaraq birbaşa müşahidələrinin başlanılması və nəhayət ən başlıçası-bu, Günəşdənkənar planetlərin kəşf edilməsidir.

Artıq mövcud olmuş nəzəriyyəyə daxil edilməli olan əsas yeniliklər onunla bağlı oldular ki, günəşdənkənar planetlər arasında böyük miqdarda qaynar Yupiterlər kimi adlanan planetlər aşkarlandı. Bunlar planet nəhənglərdir, hansılarınkı kütlələri bəzən Yupiterin kütləsini əhəmiyyətli dərəcədə aşırlar və hansıkı öz ulduzlarından olduqca böyük olmayan məsafədə fırlanırlar. Onların bir coxunun öz ulduzlarından olan orbitləri, Günəş sistemində Merkurinin Günəşdən olan orbitindən yaxındır.

Planet sistemlərinin öyrənilməsi müəyyən cətinliklərlə qarşılaşır.

Çox yaxşı bildiyimiz bizim Günəş sistemi artıq 4,5 milyard ildir ki, mövcuddur. Biz bilmirik ki, onun hansı xassələri anadangəlmədir, hansılarsa əlverişli olaraq əldə olunmuşdur. Digər sözlərlə əsas nə yaradacağımızı biz bilmirik , əvvəlcə nə peyda olub sonra isə Günəş sisteminə nə əlavə olunub.

Kəşf olunmuş ekzoplanetlərin əksəriyyəti bizim Günəş sisteminin planetlərindən ya orbitlərinin böyük yarımoxlarının kiçik qiymətləri ya da orbitlərinin böyük eksentrisetləri ilə fərqlənirlər.

"Qaynar Yupiter"-lər adlanan ekzoplanetlər öz ulduzlarına çox yaxın olan orbitlərdə yerləşirlər. Orbitin minimal radiusu təxminən 10 dəfə Merkurinin orbitinin radfiusundan kiçikdir.

Lakin son zamanlar, müşahidələrin vaxtının və dəqiqliyinin artması nəticəsində bizim Günəş sisteminə oxşayan planet sistemləri aşkarlanmışdır. Burada Yupiter tipli planet-nəhənglər orbitlər üzrə kiçik eksentrisetlərlə, ulduzdan bir neçə a.v. məsafədə dövr edirlər. Buna misal olaraq hərəsində 5 planet olan HD68988 və 55 Cnc sistemlərini göstərmək olar. 55 Cnc (55 Xərçəng) sistemində kütləsi ~ 4-Myup olan 55 Cnc d planeti aşkar edilibdir. Bu planetin ulduzdan məsafəsi Yupiterin Günəşdən olan məsafəsindən bir qədər böyükdür (orbitinin böyük yarımoxu a=5,84 a.v.) və olduqca kiçik eksentrisitetə malikdir: e~0,063. HD68988 sistemində kütləsi ~ 5Myup, Yupiterin orbitinə oxşayan (a= 5,32 a.v.) və ekzoplanetlər üçün tipik olmayan (e~0,01 demək olar dairəvi) yerdə qalan planetlər ulduza yaxın orbitlərdə (a<0,64 a.v.) yerləşirlər.

2007-ci ilin payızında aşkar edilmiş 55 Cnc ulduzunun beşinci planetinin kütləsi ~ 45 Myer-qədərdir. Fərzz olunur ki. Bu ekzoplanet həyat üçün yararlı olan zonada yerləşibdir, haradaki temperatur şərtləri maye suyun mövcud olmasını göstərir. Ekzoplanet demək olar dairəvi orbitə (a=0,775 a.v.) malikdir, bu Yerin orbitindən bir qədər kiçikdir.

Lakin bu, Günəşlə müqayisədə 55 Cnc ulduzunun bir qədər kiçik parlaqlığı ilə kompensasiya olunur, Müasir vasitələr artıq kütləsi Yerin kütləsindən 5 dəfə böyük olan GJ581 c planetini aşkar etməyə imkan vermişdir. Lakin bu ancaq o səbəbdən baş verib ki, planet öz ulduzuna olduqca yaxın məsafədə (a=0,0730 a.v.) yerləşir, yəni Merkurinin Günəşə olan məsafəsindən təxminən 5 dəfə az.

2006-cı ilin 27 dekabrında orbitə xüsusən Yer tipli planetləri aşkar etmək üçün COROT (Convection Rotation and planetary Transits-konveksiya, fırlanma və planetlərin keçməsi) kosmik teleskopu çıxarılmışdır. Cihazın həssaslığı ulduzun işıqlanmasının dəyişməsini qeyd etməyə imkan verir və bu da onun qarşısından, təkcə Yerdən bir neçə dəfə böyük olan daş planetin keçməsinə göstəriçi ola bilər.

COROT işləməsi müddətində ~ 120 min ulduzu öyrənməlidir. Gözlənilir ki, COROT-un missiyası ərzində aşkar edilmiş planet sistemlərinə EKA-nın 2015-ci ildə kosmosa çıxarılacaq "Darvin" eləcə də NASA-nın TPF (Terrestrial Planet Finder- Yer tipli planetləri axtarmaq) layihəsi üzrə nəzərdə tutulmuş infraqırmızı teleskoplar sistemlərinin köməyi ilə müşahidələr davam etdiriləcəkdir. Hər iki layihənin məqsədi ekzoplanetləri biləvasitə müşahidə etmək və onlarda həyatın olmasını axtarmaqdır. 2009-cu ildə kosmosa buraxılmış "Kepler" kosmik stansiyasının köməyi ilə Yer tipli və ondan kiçik ölçüdə yüzlərlə planetin həyat zonası məsafəsində aşkar edilməsi nəzərdə tutulubdur. Şübhə yoxdur ki, müşahidə periodnun uzunluğunun və dəqiqliyinin artırılma ölçüsünə görə Günəş sisteminə oxşayan planet sistemlərinin sayı artacaqdır. Əsas odur ki, günəşdənkənar planet nəhənglərin əksər coxluğu metallığı günəşdəkindən daha yüksək və ya bərabər olan ulduzların ətrafında aşkar edilmişdir.

(Metallıq- heliumdan ağır olan bütün elementlərin toplam məzmunu (nisbi konsentrasiyası). Adətən ulduzun metallığı Günəşə nisbətdə ölçülür və təxminən lg (Z/Zo)-dır.). Bu fakt planet-nəhənglərin onların Günəş sistemində iki pilləli prosesin köməyi ilə yaranmasına oxşar planet sistemlərində yaranmasına güclü arqument verir: başlanğıcda bərk cisimlərin akkresiyası yolu ilə kütləsi bir neçə Yer kütləsində olan planet nüvələri əmələ gəlir, sonra isə bu nüvələrə qazın sürətli akkresiyası baş verir. (Safronov, 1969, Ruskol,1982, Zin 2004, Zisseker 2007).

Əgər planet-nəhənglərin yaranması qaz-toz diskində qravitasiya dayanıqsızlığı yolu ilə baş vermişdirsə(Boss,2001), onda planet-nəhənglərin yaranma ehtimalı ulduzun və diskin metallığından asılı olmamalıdır. Belə ki, müşahidə olunan günəş tipli ulduzların istənilən metallığında ulduzətrafı disklərdə qazın miqdarı, toz komponentinin miqdarından olduqca çoxdur.[2]

  1. Ирина Якутенко. "Заполняя пустоту" (rus). Lenta.ru. 2011-02-03. 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-28.
  2. 1 2 3 4 5 6 Kamal Hüseynov "Ekzoplanetlər"
  3. 1 2 Məsimova A. B. "Günəş sistemindən kənar planetlər"