Ekzekvatura
Ekzekvatura — latın sözü olub "icra edirəm" mənasını verən diplomatik termin. Ekzekvatura dövlət başçısının xarici konsula verdiyi, konsulun hüquq və vəzifə imtiyazlarını, səlahiyyətlərini həyata keçirmək üçün təyin olunduğu dövlətdə tanınmasını təmin edən patentdir. Əgər konsul komissiya tərəfindən təyin olunmursa, konsul heç bir ekzekvatura almır. Bu zaman hökumət adətən konsulu tanımaq üçün başqa vasitələr təqdim edir. Ekzekvatura geri götürülə bilər ki, bu da konsulun geri çağırılmasına səbəb olur.[1]
Ekzekvaturanın növləri
[redaktə | mənbəni redaktə et]Ekzekvaturanın iki forması mövcuddur: 1) Konsul ekzekvaturası - konsula mәskunlaşdığı dövlәtdә onun üçün ayrılmış konsul dairәsindә öz funksiyalarını yerinә yetirmәk üçün verilәn icazә. Xüsusi sәnәd şәklindә konsul patentinin, yaxud patentdәki xüsusi qeydin tәqdim olunmasından sonra tәyinat ölkәsinin sәlahiyyәtli orqanları tәrәfindәn verilir. 2) Mәhkәmә qәrarlarının ekzekvaturası – ölkәdә digәr ölkә mәhkәmәsinin qәrarının mәcburi icra edilmәsinә verilәn icazә. Mәhkәmә xarici mәhkәmә qәrarının hüquqi qüvvәyә malik olmasını tanıyır, onun tәsirini öz dövlәtinin әrazisinә dә şamil edәrәk, mәhkәmә qәrardadı çıxarır. Ekzekvatura bir qayda olaraq, ikinci instansiya mәhkәmәlәri tәrәfindәn hәyata keçirilir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ public domain: Kisholm, Hyu, redaktorExequatur // Britannika Ensiklopediyası. 10 (XI). Cambridge University Press. 1911. səh. 65. One or more of the preceding sentences incorporates text from a publication now in the
- ↑ А. Я. Сухарев, В. Е. Крутских. Консульская экзекватура // Большой юридический словарь. — М.: Инфра-М. 2003.