Emil Bok
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Emil Bok | |
---|---|
rum. Emil Boc | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 sentyabr 1966[1][2] (58 yaş) |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, iqtisadçı |
Dini | şərqi ortodoks xristianlıq |
|
|
emilboc.ro | |
Vikianbarda əlaqəli mediafayllar |
Emil Bok (rum. Emil Boc; d. 6 sentyabr 1966) — Rumıniya baş naziri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Emil Bok 6 sentyabr 1966-cı ildə doğulmuşdur. 1991-ci ildə Babeş-Bolyai Universitetinin Tarix və Fəlsəfə fakültəsindən, 1995-ci ildə Babeş-Bolyai Universitetinin Hüquq fakültəsindən məzun olmuş, 2000-ci ildə isə Babeş-Bolyai Universitetinin Politologiya və siyasət fəlsəfəsi üzrə doktorantura təhsili almışdır.
Doktorantura təhsili aldığı müddətdə, yəni 1996-cı ildə o, Kluj Barosunda hüquqşünas olaraq çalışmışdır. Təhsilini tamamladıqdan sonra, yəni 2000–2008-ci illərdə Babeş-Bolyai Universiteti, Politologiya və Dövlət İdarəçiliyi və Hüquq fakültələrində mühazirəçi olaraq çalışmışdır.
Bununla yanaşı o, George Lazar adına Pedaqoji Texnikumda müəllim, Müasir tarix və siyasi elmlər fakültəsində kiçik elmi işçi, Siyasət və idarəetmə elmləri fakültəsində mühazirəçi assistent olaraq da fəaliyyət göstərmişdir.
Emil Bok evlidir. İngilis və fransız dillərini bilir.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Emil Bok 2000–2004-cü illərdə Deputatlar Palatasının üzvü, 2001–2004-cü illərdə Deputatlar Palatasının Hüquq Komitəsinin sədr müavini, 2003–2004-cü illərdə Demokrat Partiyasının Deputatlar Palatasındakı qrupunun sədri olmuşdur. Həmçinin o, 2003-cü ildə Rumıniya Konstitutsiyasını Təftiş Komissiyasının sədr müavini olmuşdur.
Emil Bok 2004–2009-cu illərdə Kluj-Napoka Bələdiyyəsinin sədri də olmuşdur.
Emil Bok 22 dekabr 2008-ci ildə baş nazir seçilmişdir.
Partiya fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Emil Bok 2000–2004-cü illərdə Demokrat Partiyasının Kluj Qəza təşkilatının sədri olmuşdur.
2003–2004-cü illərdə Emil Bok Demokrat Partiyası icraçı sədri, 2004-cü ilin dekabr ayından 2007-ci ilin dekabr ayınadək isə Demokrat Partiyasının sədri olmuşdur.
Emil Bok 2007-ci ilin dekabr ayından etibarən Demokrat Liberal Partiyanın sədri olmuşdur.
- ↑ Emil Boc // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Emil Boc // Munzinger Personen (alm.).