Dyoma rayonu (Ufa)
Rayon | |
Dyoma rayonu | |
---|---|
rus. Дёмский район başq. Дим районы | |
54°42′ şm. e. 55°49′ ş. u.HGYO |
|
Ölkə |
Rusiya Başqırdıstan Respublikası |
Daxildir | Ufa şəhər dairəsi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1887-ci il, 1944-ci il |
Sahəsi |
|
Saat qurşağı |
UTC +6 yayda UTC +7 |
Əhalisi | |
Əhalisi | ▲ 74,701 nəfər (2017) |
Etnik tərkib | Ruslar, başqırdlar |
Dini tərkib | Xristiyanlar, müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 347 |
Dyoma rayonu (rus. Дёмский район, başq. Дим районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Dyoma rayonu Ufa şəhərinin cənub-qərbində, Ağidel çayının sol sahilində, Dyoma çayının mənsəbində yerləşir. Rayonun adı, rayonda başlayan Dyoma çayından götürülüb. Rayonun ərazisində Rusiyanın ən iri dəmir yolu stansiyalarından biri olan, Dyoma stansiyası yerləşir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Rayonun şimalında Lenin rayonu, qərbində Kirov rayonu, şərqində və cənubunda isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun sahəsi 56,37 km²-dır.
Tarixi
[redaktə | mənbəni redaktə et]6 mart 1944 tarixində RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı İlə, Dyoma qəsəbəsinə rayon statusu verilmişdir. Qəsəbənin yaranması və inkişafı, rayonun ərazisindən keçən dəmiryolu nəqliyyatı ilə bağlıdır. 1887-ci ildə Samara-Zlatoust dəmir yolunun tikinti layihəsinə əsasən, üç trans-boşaltma yolundan və şpallar emprenye zavodundan ibarət idi. Böyük Vətən müharibəsi dövründə Dyoma rayonunda yerləşən dəmir yolu qovşağının əhəmiyyəti çoxalmışdı. Polad şəbəkəsinin işçiləri Üçüncü Reyx üzərində qələbəyə layiqli bir töhfə vermişdilər. 1941-ci ildə Dyoma rayonunda qurulan 112-ci Başqırd Atlı diviziyası müharibədə çox böyük bir müvəffəqiyyət göstərmişdir. 1940-cı illərdə işləyən kəndin sahəsi təxminən 17,000 m², əhalisi isə 5 min nəfər idi. Demək olardı ki, əhalinin hamısı öz şəxsi evlərdə yaşayırdı. Ümumi sahəsi 10,500 m² olan 700 ev və bir neçə iki mərtəbəli binalar var idi.
Əhali
[redaktə | mənbəni redaktə et]2002[1] | 2003[2] | 2004[2] | 2005[2] | 2006[2] | 2007[2] | 2008[2] |
---|---|---|---|---|---|---|
53,002 | ▼52,906 | ▼52,749 | ▲52,913 | ▲53,108 | ▲53,254 | ▲53,484 |
2009[3] | 2010[4] | 2013[5] | 2014[6] | 2015[7] | 2016[8] | 2017[9] |
▲54,112 | ▲64,294 | ▲68,028 | ▲70,365 | ▲71,588 | ▲73,019 | ▲74,701 |
2002-ci ildə keçirilən Ümumirusiya əhalinin siyahıya alınmasına əsasən, rayonun əhalisi 53,089 nəfərdir, bunlardan 34,800 nəfər əmək qabiliyyətli və işsiz, 25,100 nəfəri əmək qabiliyyətli və işlidir.[qeyd 1] Məktəbə şagirdlərinin sayı 5,519 nəfər, təqaüdçülərin sayı isə 12,313 nəfərdir.[1]
2002-ci ildən 2010-cu ilə qədər Dyoma rayonun əhalisi 11,217 nəfər və ya 21.1% artmışdır ki, bu da Ufa şəhərinin bütün rayonlarındaki, ən böyük əhali artımıdır.[1][2][3][4]
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Rayonun xarakterik xüsusiyyətlərindən biri Ufa şəhərinin kommunal sistemindən olan muxtariyyətidir. Bunlara qazanxanalar, təmizləyici qurğular və iki su anbarı daxildir. Dyoma-Zaton su kəmərinin işə salınması, rayonda kütləvi yaşayış binalarının tikintisinə başlamağa imkan verir.
Rayonda əhəmiyyətli istehsal, elmi və texniki iş potensialı var. İqtisadiyyatın əsas şöbəsi dəmiryolu nəqliyyatıdır.
İdman
[redaktə | mənbəni redaktə et]29 nömrəli idman məktəbində güləş və döyüş sinifləri var idi. 104-cü sinif məzunu olan Reqina Uralovna Şarafütdinova, Rusiya kuboklarında güləş üzrə 48 kq-a qədər çəki kateqoriyasında iştirak edir.[10]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxsləri nəzərə alaraq.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Всероссийская перепись населения 2002 года. Том. 1, таблица 4. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских поселений, сельских населённых пунктов - райцентров и сельских населённых пунктов с населением 3 тысячи и более Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine (rus.). 3 fevral 2012 tarixində.
- ↑ 1 2 3 4 5 6 7 Подготовка к проведению всероссийской переписи населения на территории городского округа г. Уфа Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine (rus.)
- ↑ 1 2 Численность постоянного населения Российской Федерации по городам, посёлкам городского типа и районам на 1 января 2009 года Arxivləşdirilib 2019-05-13 at the Wayback Machine (rus.). 2 yanvar 2014 tarixində yoxlanılmışdır. 2 yanvar 2014 tarixində Arxivləşdirilmişdir.
- ↑ 1 2 Всероссийская перепись населения 2010 года. Численность населения по населённым пунктам Республики Башкортостан Arxivləşdirilib 2017-11-17 at the Wayback Machine (rus.). 20 avqust 2014 tarixində yoxlanılmışdır. 20 avqust 2014 tarixində.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2013 года. — М.: Федеральная служба государственной статистики Росстат, 2013. — 528 с. (Табл. 33. Численность населения городских округов, муниципальных районов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов) Arxivləşdirilib 2020-04-28 at the Wayback Machine (rus.). 16 noyabr 2013 tarixində yoxlanılmışdır. 16 noyabr 2013 tarixində.
- ↑ Таблица 33. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2014 года Arxivləşdirilib 2020-04-27 at the Wayback Machine (rus.). 2 avqust 2014 tarixində yoxlanılmışdır. 2 avqust 2014 tarixində.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2015 года Arxivləşdirilib 2020-05-14 at the Wayback Machine (rus.). 6 avqust 2015 tarixində yoxlanılmışdır. 6 avqust 2015 tarixində.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2016 года (rus.)
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2017 года (31 iyul 2017). 31 iyul 2017 tarixində yoxlanıldı. 31 iyul 2017 tarixində Arxivləşdirildi.
- ↑ Демская спортсменка вернулась с победой Arxivləşdirilib 2019-12-07 at the Wayback Machine (rus.)