Dyula Andraşi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gyula Andraşi
mac. Andrássy Gyula
Universitetin adını daşıdığı Andraşi Gyulanın Gyula Benczúr tərəfindən 1884-cü ildə çəkilmiş portreti
Universitetin adını daşıdığı Andraşi Gyulanın Gyula Benczúr tərəfindən 1884-cü ildə çəkilmiş portreti
Baş Nazir
17 fevral 1867 – 14 noyabr 1871
ƏvvəlkiBertalan Szemere
SonrakıMenyhért Lónyay
Xarici işlər naziri
14 noyabr 1871 – 8 oktyabr 1879
ƏvvəlkiFriedrich Ferdinand Beust
SonrakıHeinrich Karl von Haymerle
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Koşitse
Vəfat tarixi (66 yaşında)
Dəfn yeri
Fəaliyyəti siyasətçi, diplomat, iqtisadçı
Həyat yoldaşı Katinka Kendeffy
Uşaqları Tivadar
Ilona
Manó
Gyula
Dini Roma-Katolik kilsəsi
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gyula Andraşi (alm. Gyula (Julius) Graf Andrássy von Csík-Szent-Király und Kraszna-Horka‎; 8 mart 1823[1][2][…]18 fevral 1890[2][3][…]) — Macar dövlət adamı. Avstriya- Macarıstan İmperiyasının qurulmasında və Avstriya-Alman ittifaqının yaradılmasında böyük pay sahibi olmuşdur.[4]

Hersoq Gyula Andraşi 1823-cü ildə Koşitsedə anadan olmuşdur. Ailəsi dönəmin varlı ailələrindən biri idi. Gənc yaşlarında mülayim islahatçı Stephen Schenyini dəstəkləsə də, sonralar radikal yönümlü Macar islahatçı partiyasına üzv olmuşdur. Partiya başçısı Lajos Kossuz Macarıstanın Avstriya nəzarəti altında olmasına qarşı çıxaraq, millətçi siyasət tərəfdarı idi.[5]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Siyasi karyerasına 1844-cü ildə başlayan Andraşi, 1848-ci ildə isə Macar azadlıq hərəkatının iştirakçısı olmuşdur. 1849-cu ildə Lajos Kossuzu tərəfindən İstanbula göndərilmişdir. Eyni il Avstriyaya qarşı üsyanda bir tabora komandanlıq etdiyinə görə haqqında ölüm hökmü verilir. Bu səbədən 1850–1857-ci illər ərzində siyasi mühacir olaraq LondonParisdə yaşamışdır.[4] 1857-ci ildə ümumi əfvdən faydalananlardan biri də Gyula Andraşi idi. Beləliklə Macarasıtana geri qayıdan Andraşi 1865-ci ildə Macar parlamentində sədr köməkçisi seçilir. 1867-ci ildə Avstriya ilə sazişin əldə edilməsində və hazırlanmasında böyük pay sahibi olmuşdur. Bu sazişlə Avstriya-Macarsıtan imperiyası yaradılmışdır.

Baş nazir və Müdafiə naziri vəzifəsində çalışdığı illər

[redaktə | mənbəni redaktə et]

17 fevral 1867-ci ildən 14 noyabr 1871-ci ilə qədər Baş Nazir və Müdafiə naziri vəzifələrini yerinə yetirmişdir. Bu dövrdə Avstriya ilə aparılan konstutsion danışıqlarda iştirak etdi. O düşünürdü ki, slavyanlar Macasırtanın ərazi bütövlüyü üçün təhlükədir və eləcə də Rusiyanın Balkanlardakı istəklərindən şübhə duyurdu. Bu təhlükənin qarşısını almaq üçün Almaniya ilə münasibətləri daha da yaxşılaşdırmaq üçün çalışmışdır. Bundan başqa o, Osmanlı dövlətinin tamamilə yox edilməsinə qarşı çıxmış, belə bir planın sadəcə slavyanların xeyrinə nəticələnəcəyini bildirmişdir.[6]

Xarici işlər naziri olduğu illər

[redaktə | mənbəni redaktə et]

1870–1871-ci ildə Fransa–Prussiya müharibəsində tərəfsiz bir siyasət xətti izləyən Andraşi, 14 nyabr 1871-ci ildə dualist monarxiyanın xarici işlər naziri vəzifəsinə təyin olunur. Andraşi anti-rus cəbhəsinin üzvü idi. O Rusiya əleyhinə Almaniya ilə birgə ittifaq yaratmaq istəyirdi. 1872-ci ildə Üç imperator zirvə görüşü keçirilir. Burada Avstriya- Macarsıtan imperatorluğunun Balkanlardakı mənafelərinin qorunması üçün Rusiya ilə razılıq əldə edilir. Buna baxmayaraq 3 mart 1878-ci ildə Ayastefanos müqaviləsinin imzalanması Andraşini qəzəbləndirmişdir. Müqavilədə Rumınya, Serbiya, Monteneqronun müstəqillik əldə etməsi və "Böyük cənub Slavyan dövləti"nin yaradılması nəzərdə tutulmuşdu. Müqavilədən 2 gün sonra Andraşi bildirir ki, Rusiyanın Avropaya aid mühüm məsələləri təkbaşına həll etməyə haqqı yoxdur və Berlin konqresinin çağırılmasını təklif edir. Berlin konqresi nəticəsində həm Rusiya müharibənin gəlirlərindən məhrum buraxılmış, həm də Avstriya-Macarıstana Bosniya-Herseqovinanı ilhaq etmək hüququ verilmişdi.[7] Bu Andraşinin ən böyük uğuru idi. Lakin bu zamana qədər sülh yönümlü siyasəti ilə tanınan Andraşinin Bosniya-Herseqovinanı işğalı narazılıqlara yol açır. Həm Macar azadlıq hərəkatındakı rolu səbəbilə, həm də səhhətinə görə 8 oktyabr 1879-cu ildə öz vəzifəsindən istefa etməyə qərar verir. 7 oktybar 1879-cu ildə istefasından bir gün əvvəl Almaniya ilə ikili ittifaq müqaviləsi imzalmağa nail olmuşdur.

O cümlədən Macarıstan Elmlər akademiyasının da üzvü olan Andraşi 18 fevral 1890-cı ildə vəfat etmişdir.

  1. В. В—в Андраши, Юлий (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. Iа. С. 755.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Gyula, Count Andrassy // Encyclopædia Britannica (ing.).
  4. 1 2 MACAR KAYNAKLARINA GÖRE GYULA ANDRÁSSY VE OSMANLI-MACAR İLİŞKİLERİ [ölü keçid]
  5. Gyula Andrássy
  6. "İkinci Meşrutiyet dönemi öğrenci ayaklanmaları". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  7. "https://Gyula Grof Andrassy". 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.