Divali

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Divalisanskr. दीपावली DīpāvalīIAST, tam. தீபாவளி TīpāvaḷiIAST, nep. दीपावली, तिहार Dīpāvalī, TihāraIAST, hind. दिवाली DivālīIAST, qüc. દિવાળી DivāḷīIAST, marathi दिवाळी DivāḷīIAST, kann. ದೀಪಾವಳಿ DīpāvaḷiIAST, konkani धाकली दिवाळी Dhākalī DivāḷīIAST, malaya. ദീപാവലി DīpāvaliIAST, oriya ଦୀପାବଳୀ DīpābaḷīIAST, pənc. ਦਿਵਾਲੀ DivālīIAST, tel. దీపావళి, urdu دیوالی, benq. দীপাবলি, yap. ディーワーリー, sinh. දීපාවලි, çin. 屠妖節, cayn. Deva Devali) —Hindistanda ən böyük bayram.

Divalinin dini əhəmiyyəti Hindistan daxilində regional olaraq dəyişir. Ənənələrdən biri festivalı hindu eposu Ramayanadakı əfsanələrlə əlaqələndirir , burada Diwali Rama, Sita, Lakşman və Hanumanın Ramanın yaxşılıq ordusunun iblis kralı Ravananın şər ordusunu məğlub etdikdən sonra 14 illik sürgündən sonra Ayodhyaya çatdığı gündür.

5000 ildən çox mədəniyyətə sahib olan bu ölkədə qədim adət və ənənələr qorunub saxlanılır. Hindistan çox az ölkələrdəndir ki, mədəniyyəti elə də dəyişikliyə məruz qalmayıb. Bu ölkə rənglər, mədəniyyətlər, adətlər ölkəsidir. Hər 40 kilometrdə insanları, dini, dili, geyim tərzi və iqlimini dəyişəcək qədər fərqlidir.

Hind təqvimi festivallarla doludur. Bu ölkənin saysız-hesabsız milli, dini, sosial festivalları var. Ən məşhurları isə Divali, Tay Pongal, Holi, Onam bayramlarıdır. Bu bayramlar içərisində daha geniş yayılanı isə Divali hesab olunur. Novruz bayramına bənzəyən bu bayram oktyabr ayının sonu noyabr ayının əvvəllərinə təsadüf edir. Divalinin hərfi mənası "Od bayramıdır". Aydınlığın qaranlıq üzərində qələbə qazanmasını bu festivalla qeyd edirlər. Divali zamanı paytaxt Yeni Dehli işıqlara bürünür. Sonra ölkənin bütün şəhərləri aydınlanır. Divali bayramında insanlar yeni paltarlar geyinir, evlərini təmizləyir. Bu bayram günü mithai adlandırılan yemək hazırlanır. Ailə fərdlərinin bir masa arxasında əyləşərək bu yeməyi yeməsi vacibdir. Daha sonra onlar ailə üzvlərinə və dostlarına hədiyyələr bağışlayırlar.

Hindistanda keçirilən Divali festivalını görmək üçün hər il minlərlə turist bura gəlir. Turistlər də gecə ilə gündüzün bərabərliyini qeyd edir, eyni zamanda aydınlanan şəhərin gözəliyinə heyranlıqla baxırlar.

Qeyd olunan festival həftəsi boyunca ölkədə 2 milyard dollara yaxın bir bazar açılır. Xüsusilə şirniyyat, meyvə, hədiyyəlik əşya, qızıl, içki və əyləncəli partlağanlar böyük pullar xərclənən ölkədə bəzi vətəndaşların il boyunca yalnız bu həftə xərcləmək üçün yığdığı pullar əsasında alınır.

Hindu inancına görə, yaxşının pisə qalib gəlməsini təsvir edən bu festival boyunca şəhərlər yaxşılığın qazanmasını təmsil edən işıqlarla aydınlanır. Evlərini və küçələrini xüsusi işıqlarla bəzəyən hindlilər, şam yandıraraq da evlərini pisliklərdən təmizlədiklərinə inanırlar. Hindistanda xüsusilə Divali həftəsində hava yolu şirkətlərindən avtomobil firmalarına, hədiyyəlik əşyadan geyim əşyasına demək olar ki, hər bir istehlak sahəsində xüsusi endirim və kampaniyalar təşkil edilir. Bir sözlə Divali hindlilərin ən xoşbəxt günü hesab olunur.

"Divali" şimal yarımkürəsində hər ilin payızında, cənub yarımkürəsində isə, bahar fəslində keçirilir. Fici, Quyana, Hindistan, Malayziya, Mauritus, Myanmar, Nepal, Sinqapur, Şri Lanka, Surinam, Trinidad Tobaqo və son illərdə isə, Pakistanın Sindh əyalətində rəsmi olaraq qeyd edilir. "Divali" Hinduizmin ən populyar bayramlarından biri olub, aydınlığın qaranlıq, xeyirin şər, biliyin cahillik və ümidin ümidsizlik üzərində qələbəsini simvolizə edir.