Dişicik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amarillis (Amaryllis stigma) dişiciyində sütüncuq və ağızcıq

Dişicik (lat. Pistillum) — çiçəkli bitkilərdə çiçəyin mühüm orqanlarından biri.

Dişicik çiçək yatağının ortasında olub üç hissəyə bölünür: yumurtalıq (bir, yaxud bir neçə yumurtaçıqlı), ondan ayrılan sütuncuq (adətən, bir və ya bir neçə) və tozlanma vaxtı tozcuğu tutan ağızçıq. Müxtəlif bitki növlərində dişiciyin forma və quruluşu müxtəlifdir. Bəzi bitkilərdə sütuncuq inkişaf etmir və ağızcıq bilavasitə yumurtalığın üstündə oturur. Dişiciyi əmələ gətirən meyvə yarpaqçığının miqdarına və onların bitişməsi xarakterinə görə yumurtalıq biryuvalı, ikiyuvalı və çoxyuvalı olur. Mayalandıqdan sonra yumurtacıqdan toxum, yumurtalıqdan isə meyvə inkişaf edir. Yumurtalığı örtülü olan dişiciyin əmələ gəlməsi bitkilərin təkamülündə mühüm mərhələdir. Bu, çiçəkli bitkilərin dünyada sürətlə artmasına və onların əvvəllər daha çox yayılmış ali sporlu və çılpaqtoxumlu bitkiləri sıxışdırıb azaltmasına səbəb olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]