Degenerativ xəstəlik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Degenerativ xəstəlik
XBT-9-KM 796.4[1]

Degenerativ xəstəlik toxuma və ya orqanlara təsir edən və zamanla daha da pisləşən degenerativ hüceyrə dəyişikliklərinə əsaslanan davamlı prosesin nəticəsidir.[2]

Neyrodegenerativ xəstəliklər zamanı mərkəzi sinir sisteminin hüceyrələri fəaliyyətini dayandırır və ya neyrodegenerasiya nəticəsində ölür (məsələn, altsheymer xəstəliyi).[3] Degenerativ xəstəliklərin digər iki ümumi qrupu qan dövranı sisteminə təsir edənlər (məsələn, koronar arteriya xəstəliyi) və neoplastik xəstəliklərdir (məsələn, xərçəng xəstəliyi).[2]

Bir çox degenerativ xəstəliklər mövcuddur və bəziləri yaşlanma ilə əlaqələndirilir. Bəzən bu cür xəstəliklərin əsas və ya qismən səbəbi genetikadır.[4] Beləliklə, bəziləri Hantinqton xəstəliyi kimi açıq-aydın irsi xarakter daşıyır.[5] Bəzi səbəblərə isə viruslar, zəhərlər və ya digər kimyəvi maddələr aiddir. Səbəbi məlum olmayan xəstəliklər də mövcuddur.[4]

Bəzi degenerativ xəstəliklər müalicə edilə bilər. Mümkün olmayanlarda simptomları yüngülləşdirmək mümkün ola bilər.[2]

  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  2. 1 2 3 "What is Degenerative Disease". docdoc.com.sg. 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  3. "neurodegenerative disorder". National Cancer Institute. 2011-02-02. 2018-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  4. 1 2 "Neurodegenerative Diseases". 2018-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
  5. Nopoulos, PC. "Huntington disease: a single-gene degenerative disorder of the striatum". Dialogues in Clinical Neuroscience. 18 (1). 2016: 91–98. doi:10.31887/DCNS.2016.18.1/pnopoulos. ISSN 1294-8322. PMC 4826775. PMID 27069383.