Donrovın Namdaq
Donrovın Namdaq | |
---|---|
monq. Донровын Намдаг | |
Doğum tarixi | |
Doğum yeri | Soyn-noyon-xanski, Monqolustan |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Ulan-Bator, Monqolustan |
Vətəndaşlığı | Monqolustan |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı |
İstiqamət | Realizm |
Janrlar | dramaturq, rejissor, yazıçı və şair |
İlk əsəri | "Üç kədərli təpə" liberotto (monq. Учиртай гурван толгой)(1934) |
Mükafatları | Monqolustan əməkdar artisti[1] |
Donrovın Namdaq (monq. Донровын Намдаг, rus. Донровын Намдаг; 16 dekabr 1911 -11 mart 1984) - Monqolustanlı dramaturq, rejissor, yazıçı və şair. Müasir Monqolustan dramının banilərindən biri. Monqolustanın əməkdar artisti.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]O, 1911-ci il 16 dekabrda Monqolustanın Sayn-Noyon-Xanski aymagında anadan olmuşdur. Uşaq yaşlarından yazmağı öyrənən Donrovın, 1920-ci ildə orta məktəbə daxil oldu. 1925-ci ildə isə Ulan-Batora köçür.
1926-1927-ci illərdə Almaniyada alman dilində təhsil aldı. 1927-1929-cu illərdə Badarçem, Batsux, Qombo, Xaalay, Namxayserenom, Nasardorjem, Sədəd, Sərəxand, Paqmadulam və Şevenom ilə birlikdə Almaniyada Vixersdofda oxudu. Get-gedə komsomollara yaxınlaşdı və üzv oldu. Məktəbi bitirdikdən sonra iqtisadiyyat üzrə texnikuma daxil olsa da, Ulan-Batordan geri çağırıldı.
Namdaq, Ulan-Batorda ilk olaraq məktəbdə işləmişdi. 1930-cu ildə Sovet rejissoru Andrey Andreyeviç Yefremov ilə görüşdü. Yefremovla birgə müvəqqəti teatr studiyası təşkil etdi. Oktyabr Məktəbində Latın dili və coğrafiyasının tədrisinə başladı. 15 avqust 1931-ci ildə yaranan Monqolustan Mərkəzi Dövlət Teatrına aktyor kimi daxil oldu. Yefremovanın idarə etdiyi S. Büyannemexin "Үнэн" əsərində bir kölə rolunu oynadı.
1932-ci il 16 may tarixində "1932-ci il Monqolustan qiyamı" adlanan hadisələrdən sonra Namdaq, Nasardorjem və Buyannemex Mançjo-Qonun idarə etdiyi hökumət tərəfindən ittiham edilərək həbs edilir. Lakin oktyabrda Namdak və Nasardorjem azad edilir. Bu hadisələrdən ilhamlanaraq Namdaq "Mübarizə" pyesini yazmağa başlayır.
1933-cü ildə Mərkəzi Teatrın rejissoru olur. O ilk idarə etdiyi əsər isə Buyannemexin "Эрдэнэт соёмбын эзэн, Эрэлхэг жанжин Сухбаатар" əsəri olur. 1934-cü ildə Nasardorjem ilə birlikdə opera üçün "Üç kədərli təpə" adlı libretto yazır və Mübarizə pyesini nəşr etdirir. 12 oktyabrda Yazıçılar Birliyinin qurultayında D. Nasardorjem, S. Buyanemexom, T. Nasardorjem, Ulziy-Oçirom, U. Çimzdom, S. Çimed, Dorjcurenom, Lamjavom və N.O. Navaan-Yundenom ilə birlikdə iştirak etmişdi. 1935-ci ildə "Ундэсний соёлын зам" jurnalında "Çərçivə və təkər ətrafında dönmə" hekayəsi dərc olunur.
Sonuncu əsəri "İnsanlar iki dəfə ölür" qısa hekayəsi olan Namdaq, 11 mart 1984-cü ildə ciddi xəstəlik səbəbindən öldü. 1987-ci ildə onun bütün əsərlərini birləşdirən III cild kitab nəşr edilir.[3]
Əsərləri
[redaktə | mənbəni redaktə et]Əsərin adı | Monqol dilində adı | janrı | İli |
---|---|---|---|
"Üç kədərli təpə" | Учиртай гурван толгой | Libretto | 1934[Q 1] |
"Mənə deyil" | Би биш | Pyes | 1934 |
"Mübarizə" | Тэмцэл | Pyes | 1934 |
"Çərçivə və təkər ətrafında dönmə" | Хүрээ тойруулж, хүрд эргүүлэхдээ | Hekayə | 1935 |
"Canavar paketi" | Сүрэг чоно | povest, Kino ssenari | 1936 |
"Həyatın qiyməti" | Амь ба амьдралын үнэ | Pyes | 1936 |
"İstismarçı və köməkçisi" | Мөлжигч ба туслагч | Pyes | 1940 |
"Şarai çayının üç kralı" | Шарай голын гурван хаан | Pyes | 1941 |
"Toy" | Их хурим | Pyes | 1947 |
"Gənclik" | Залуу үе | Pyes | 1948[Q 2] |
"Sinif yoldaşım" | Нэг ангийхан | Pyes | 1949[Q 3] |
"Qatar" | Галт тэрэг | 1950 | |
"Göy dağında canavar" | Уулын хөх чоно | 1950 | |
"Alma" | Алим | Povest | 1952 |
"Bağda" | Цэцэрлэг дээр | Pyes | 1953 |
"Yeni yol" | Шинэ зам | Pyes | 1954 |
"Çətinliklərin saatı" | Цаг төрийн үймээн | roman | 1960 |
Үрэгдсэнийг хүлээгч | Hekayə | 1962 | |
"Günah və xeyirxahlıq" | Нүгэл буян | Kino ssenari | 1963 |
"Yaşlı qurd ulayır" | Хөгшин чоно улисан нь | Povest | 1963 - 1965 |
"Yeni ev" | Шинэ байшинд | Pyes | 1966 |
Хярааны хонхорт | Pyes | 1967 | |
"Səs-küy" | Ээдрээ | Pyes | 1968 |
"Üzüm" | Үр тариа | Povest | 1978 |
Haqqında yazınlan kitablar
[redaktə | mənbəni redaktə et]- Ү. Хүрэлбаатар. Донровын Намдаг, намтар уран бүтээл. — Улаанбаатар, 2001
- Уварова Г. А. Современный монгольский театр. 1921—1945. — М., «Искусство», 1947
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Bu əsəri Daşdorjin Nasardorjem ilə birlikdə hazırlamışdı
- ↑ Bu əsəri Ş. Nasardorjem ilə birlikdə hazırlamışdı
- ↑ Bu əsəri Çadraabalın Lodoydamboy ilə birlikdə hazırlamışdı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Donrovın Namdaq Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine İstifadə tarixi:2015-10-3
- ↑ Ү.Хүрэлбаатар, Донровын Намдаг, намтар уран бүтээл, 2001 он
- ↑ Донровын Намдаг — биография Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine İstifadə tarixi: 2015-11-3