Doktor Nazim
Doktor Nazim | |
---|---|
Maarif Naziri | |
21 iyul 1918 – 8 oktyabr 1918 | |
Baş nazir | Tələt Paşa |
Monarx | VI Mehmed |
Əvvəlki | Əli Münif |
Sonrakı | Məhməd Səid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 26 avqust 1926 |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Doktor Nazim və ya Selanikli Məhməd Nazim Bəy (1870, Saloniki[1] – 26 avqust 1926, Ankara) — türk siyasətçisi, həkimi, 22 iyul 1918-8 oktyabr 1918-ci il tarixləri arasında Maarif Naziri, 1915-16-cı illərdə isə Fənərbaxça İK prezidenti.[2] İttihad və Tərəqqi Cəmiyyətinin qurucu liderlərindən və Gənc türklər inqilabının öndə gedən simalarından biridir. O, Hərbi Tibb Məktəbində oxuyarkən İttihad və Tərəqqi Partiyasının və sonradan Osmanlı imperyasiyasının bir dövrünə hakim olacaq Təşkilati Məxsusənin qurulmasında və təşkilatlanmasında və Osmanlı cəmiyyətində böyük bir çevrilmə gətirən məşrutiyyətin yenidən elan edilməsində çox mühüm rol oynayan azsaylı idarəçilər arasında idi.
1893-cü ildə Parisə gedərək 14 il cəmiyyətin inkişafı və Konstitusiya Monarxiyasının yenidən elan edilməsi üçün çalışıb.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #132204444 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Ahmet Eyicil, “Doktor Nazım Bey”, Türkiye Cumhuriyeti Devleti’nin Kuruluş ve Gelişmesine Hizmeti Geçen Türk Dünyası Aydınları Sempozyumu Bildirileri” (haz. Abdulkadir Yuvalı), Kayseri 1996, s. 197-206.
- ↑ Vahit İpekçi, Dr. Nâzım Bey’in Siyasal Yaşamı, Yeditepe Üniversitesi Atatürk İlkeleri ve İnkılap Tarihi Enstitüsü, İstanbul 2006