DVD-RW
DVD-RW — DVD-R-də olduğu kimi eyni ölçüləri paylaşan DVD formatlı diskin optik yığıcısı adlanır. DVD-RW disk adətən 4,7 GB bərabər eyni DVD-R tutumlu optik disklərin yenidən yazılmasını mümkün edir. Bu format 1999-cu ilin noyabr ayında Pioneer tərəfindən hazırlanmış və DVD Forumu tərəfindən təsdiq edilmişdir. Kiçik Mini DVD-RW 8sm diametrə malik olub, 1,46 GB həcm tutur.
DVD-RW-nin DVD-R-dən əsas üstünlüyü silmək bacarığının və məlumatları yenidən yaza bilmək imkanının olmasıdır. Pioneerə görə, DVD-RW diskləri dəyişikliyə ehtiyac olduqda 1000 dəfəyə qədər təhlükəsiz yazıla, silinə və yenidən yazıla bilər. Onların 30 ilə qədər müddətə oxunaqlı qalması istifadəçi tərəfindən ehtimal olunur. Lakin istehsalçılar və dəyişən texnologiya bu ömrə təsir göstərə bilər.
DVD-RW ilk dəfə 1999-cu ildə Yaponiyanın texnologiya bazarına təqdim olunub. Bir ilə yaxın müddətdən sonra əksər DVD cihazların oxşar problemləri kimi lazımi qədər işləməyib. Məlumatların ehtiyat surətlərindən söhbət gedilən zaman bu optik disk məlumat saxlamaqda idealdır. DVD-RW diskləri adətən məlumatları qeyri-uçucu formatda saxlamaq üçün istifadə edilir, məsələn, fayl kolleksiyaları və ya ehtiyat surətlərin yaradılması zamanı. Onlar həmçinin ev DVD videomaqnitofonları üçün istifadə olunur. Yenidən yazılan disklərdən istifadənin üstünlüklərindən biri də məlumatların yazılması zamanı səhvlər olduqda disk məlumatları məhv etmir, onları saxlayır, səhv məlumatları isə silir.
DVD-RW formatında yenidən yazmağın mümkünlüyü onun rəqabətli olmasının göstəricisidir. Yazılan DVD disklər üçün vahid standartın olmamasından hibrid diskləri çox vaxt "DVD±RW" adlandrırlar. DVD-RW CD-RW texnologiyasına oxşayır. DVD-RW diskləri birtərəfli və ikitərəfli, həmçinin birtəbəqəli və ikitəbəqəli ola bilər.
Yazılı tərəfi polikarbonat təbəqə ilə başlanan bir neçə qatdan ibarət ola bilər. Elektrik izolyasiya qatı diskdəki yazı qatından artıq istiliyi çıxarmaq üçün örtülən qatdır. Digər aşqarlanmış yazı qatı digər dielektrik qatında yerləşir. Növbəti metallik qat diskdəki materialların oxunmasından ötrü lazer şüalarının əks etdirilməsinə kömək edir. Yazı təbəqələrinin zədələnmədən müdafiə məqsədilə diskin qalan hissəsi yuxarı metallik hissədən polikarbonat döşənəklə ayrılır. DVD-RW və DVD+RW disklərinin yazı qatı üzvi boya deyil, GeSbTe metal xəritəsinin xüsusi fazada dəyişikliyidir. Xəlitə kristal və amorf fazaları arasında lazer şüalarının gücündən asılı olaraq əksetdirmə xüsusiyyyətlərinin dəyişilməsilə irəli və geri keçid edə bilər. Məlumatları bu üsulla yazmaq, silmək və yenidən yazmaq olar. DVD-R disklərinə uyğunlaşdırılan Standart RW-lərdə 650nm qırmızı yarımkeçirici lazer dioddan istifadə edilir. Orta enerji sərfi 250MVt-dan 4000MVt-a qədərdir. İstehlak gücü yazının sürətindən və iki təbəqəli quruluşda olmasından asılı olaraq dəyişilir. Məlumatların buraxma qabiliyyətinin artırılması üçün daha yüksək tezlik dəyişdiriciləri daha çox güc tələb edirlər. İkitəbəqəli disklər məlumatların ikinci təbəqəyə daxil olması üçün daha çox güc tələb edirlər.
Həcmi 8,5 GB olan ikitəbəqəli DVD-RW diskləri üçün xüsusiyyətlər DVD Forumunda bəyənilmişdir. Lakin ikitəbəqəli yenidən yazılan disklərə Blu-ray və HD DVD kimi yeni və yüksək tutumlu formatlarla gözlənilən istehsal dəstəyi rəqabət və xərclər üzündən özünü doğrultmadı. Cədvəl: Tutum müqayisəsi
Diametr sm | Disk Tipi | Verilənlər sektorları(2,048 B) | Tutum Bytes | Tutum MiB | Tutum GB |
---|---|---|---|---|---|
12 | DVD-R, DVD-RW (SS-SL) | 2,298,496 | 4,707,319,808 | 4489.250 | 4.7 |
12 | DVD+R, DVD+RW (SS-SL) | 2,295,104 | 4,700,372,992 | 4482.625 | 4.7 |
12 | DVD-R DL (SS) | 4,171,712 | 8,543,666,176 | 8147.875 | 8.5 |
12 | DVD+R DL (SS) | 4,173,824 | 8,547,991,552 | 8152.000 | 8.5 |
12 | DVD-R DS, DVD-RW DS (SL) | 4,596,992 | 9,414,639,616 | 8978.500 | 9.4 |
12 | DVD+R DS, DVD+RW DS (SL) | 4,590,208 | 9,400,745,984 | 8965.250 | 9.4 |
12 | DVD-R DS (DL) | 8,343,424 | 17,087,332,352 | 16,295.750 | 17.0 |
12 | DVD+R DS (DL) | 8,347,648 | 17,095,983,104 | 16,304.000 | 17.0 |
• SL / DL – Single/Dual layer • SS / DS — Single/Double sided