Dəstəmaz
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Dəstəmaz — İslamda xüsusi qayda ilə yerinə yetirilən müstəhəb əməl. Dəstəmaz aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
- Niyyət edilir (Niyyət etdim Allah rızası üçün dəstəmaz almağa )
- Üz yuyulur
- Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulur
- Sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulur
- Başa məsh çəkilir
- Sağ ayaq topuğa qədər yuyulur.[1]
- Sol ayaq topuğa qədər yuyulur.[1]
Dəstəmaz özü-özlüyündə müstəhəb olmasına baxmayaraq namaz qılmaq üçün vacibdir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah" demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetirmək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir.
Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.
Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.
- Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.
Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü və daha artıq dəfələrdə isə haramdır.
Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başın qabaq tərəfinə məsh edilməlidir. Sağ əllə məsh edilməsi ehtiyat vacibdir. Yuxarıdan aşağı olması isə müstəhəbdir.
Başın alın tərəfində olan dörd qismətdən biri məsh yeridir. Onun hər hansı yerinə, məsh qədərində çəksələr kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmağın uzunluğu, eni isə üç bağlı barmaq qədər məsh etsin.
Başı məsh etdikdən sonra, əldə qalan dəstəmaz suyu ilə ayaqlara–barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya qədər məsh etməlidir.
- Corabın və ya ayaqqabının üstündən məsh çəkmək batildir.
Dəstəmaz alınması vacib olan əməllər
[redaktə | mənbəni redaktə et]Altı şey üçün dəstəmaz almaq vacibdir:
- Meyyit namazından başqa sair vacibi namazlar üçün;
- Unudulmuş təşəhhüd və səcdə və ehtiyat vacibə görə səcdeyi-səhv üçün; (Əgər onlar ilə qıldığı namaz arasında hədəs (sidik kimi) baş vermiş olarsa.)
- Kəbənin vacibi təvafı üçün;
- Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya nəzir etsə;
- Əgər bədənin hər hansı yerini Quranın yazılarına vurmağı nəzir etmişsə;
- Nəcis olmuş Quranı suya çəkmək, yaxud onu, tualet və s. kimi yerlərə düşdüyü halda çıxartmaq üçün-əgər əli və bədənin başqa yerlərini Quranın yazılarına vurmağa məcbur olsalar. Amma dəstəmaz almaq qədərindəki fasilədə Qurana ehtiramsızlıq olarsa, dəstəmaz almadan Quranı tualetdən çıxartmaq, yaxud nəcis olduğu halda suya çəkmək lazımdır. Mümkün qədər gərək Quranın yazısına əl vurulmasın.
Dəstəmazın düzgün olma şərtləri
[redaktə | mənbəni redaktə et]- suyu pak olsun.
- dəstəmazın suyu mütləq olsun.
- dəstəmazın suyu mübah olsun (qəsbi olmasın) və dəstəmaz alınan yerin fəzası da mübah olsun.
- dəstəmazın suyunun qabı da mübah olsun.
- dəstəmazın suyunun qabı qızıl və ya gümüş olmasın.
- dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun.
- namaz və ya dəstəmaz üçün kifayət qədər vaxt olsun.
- dəstəmazı qürbət qəsdi ilə, yəni Allah Təbarək və Təalanın əmrini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinləmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.
- dəstəmazı əvvəldə qeyd olunan ardıcıllıqla yerinə yetirsin. Yəni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yuyub əvvəlcə başına, sonra isə ayaqlarına məsh etsin. Ehtiyat-vacibə görə sağ ayağa sol ayaqdan əvvəl məsh etsin. Əgər bu ardıcıllıqla alınmasa, batildir. Ayaqların məshində sağı soldan qabağa salmaq müstəhəbdir. Sağ ilə solu bir yerdə məsh etmək olar. Amma əgər solu sağdan müqəddəm etsə dəstəmazı batildir.
- dəstəmazın əməllərini fasiləsiz olaraq yerinə yetirsin.
- üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin: başqası ona dəstəmaz alsa, yaxud kömək etsə, dəstəmazı batildir.
- sudan istifadə olunmasının şəxsə heç bir maneəsi olmasın.
- dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.
Dəstəmaz almağın qaydası
[redaktə | mənbəni redaktə et]- Niyyət etmək: "dəstəmaz alıram qürbətən iləl-lah" sözlərini qəlbdən keçirmək;
- Üzü alının tük bitən hissəsindən çənəyə qədər yumaq;
- Sağ qolu dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq;
- Sol qolu dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq;
- Sağ əlin rütubəti ilə başın qabaq hissəsinə məsh çəkmək;
- Sağ əlin rütubəti ilə sağ ayağın barmaqlarının ucundan ayağın üstündəki dik yerə qədər məsh çəkmək;
- Sol əlin rütubəti ilə sol ayağın barmaqlarının ucundan ayağın üstündəki dik yerə qədər məsh çəkmək;
Baş və ya ayaqlar yaş olarsa, məsh etməzdən qabaq onları qurulamaq vacibdir. Amma quruladıqdan sonra qalmış rütubətin eybi yoxdur. Dəstəmazdan qabaq ayaq və qolların qurulanması isə vacib deyildir.
Dəstəmazın müstəhəb əməlləri
[redaktə | mənbəni redaktə et]- Üzü yumazdan qabaq əlləri yumaq;
- Ağıza su alıb yaxalamaq;
- Buruna su alıb yaxalamaq;
- Aşağıdakı duaları oxumaq:
Dəstəmazın əvvəlində suyu tökərkən desin: "Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahil-ləzi cə᾽ələl-maə təhurən və ləm yəc᾽əlhu nəcisən".
Yəni: "Bağışlayan və mehriban Allahın adı ilə. Bütün həmd və sitayişlər suyu murdar deyil, pak və pakedici yaradan Allaha məxsusdur".
Üzü yuyarkən belə desin: "Allahummə bəyyiz vəchi yəvmə təsvəddu fihil-vüsuhu və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh"
Yəni: "İlahi! Üzlər qaraldığı gündə mənim üzümü ağ et və üzlər ağardığı gündə mənim üzümü qara etmə".
Sağ qolu yuduqda desin: "Allahummə ə᾽ətini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsira".
Yəni: "İlahi! Mənim əməl kitabımı sağ əlimə, Behiştdə əbədi qalmaq üçün icazənaməni isə sol əlimə ver, mənim hesabımı çox yüngül et".
Sol qolu yuduqda desin: "Allahummə la tu᾽tini kitabi bişimali vəla təc᾽əlaha məğlulətən ila unuqi və əuzu bikə min muqəttiatin-niran".
Yəni: "İlahi! Mənim əməl kitabımı sol əlimə vermə və onu boynumun zəncirinə çevirmə və oddan hazırlanmış paltarlardan Sənə pənah aparıram".
Başa məsh etdikdə desin: "Allahummə ğəşşini birəhmətikə və əfvikə və bərəkatik".
Yəni: "İlahi! Məni Öz rəhmət, əfv və bərəkətinlə bürü".
Ayaqlara məsh etdikdə desin: "Allahummə səbbitni ələs-sirati yəvmə təzillu fihil-əqdamu vəc᾽əl sə᾽yi fima yurzikə ənni".
Yəni: "İlahi! Ayaqlar lərzəyə düşüb titrədiyi zaman məni siratda sabit saxla, səy və təlaşımı Səni məndən razı edən yollarda qərar ver".
Cəbirə dəstəmazinin hökmü: Yaraya, sınmış üzvə bağlanan parça, yara və bu kimi şeylərin üzərinə qoyulan dərman cəbirə adlanır.
Əgər dəstəmaz üzvlərindən birində yara, çiban, sınıq olsa belə ki, onun üzü açıq olsa və suyun da ona zərəri olmasa gərək adi qaydada dəstəmaz alına və bu zaman cəbirə lazım deyil.
Əgər yara və çiban üz və əllərdədirsə və onun üstü açıqdırsa, suyun onun üzərinə tökməyin zərəri varsa, onda əgər yaş əli çəkməyin zərəri olmasa ehtiyat vacibə görə yaş əli onun üzərinə çəkib, pak parçanı onun üzərinə qoyub yenə yaş əli onun üzərinə çəksin və əgər bu əməlin də ziyanı olsa və yaxud çiban və yaranın yeri nəcis olmuş olsa və yaxud yaş əli çibanın və yaranın üzərinə çəkə bilməsə gərək yaranın və çibanın ətrafına dəstəmazda deyildiyi kimi, əlini çəkə və ehtiyat vacibə görə üzərinə parça qoyub yaş əl ilə üzərinə məsh çəkə. Əgər parçanı üzərinə qoymaq mümkün olmasa yaranın və çibanın ətrafını yuyub ehtiyat vacibə görə təyəmmüm də etməlidir.
Əgər yara və çiban başın qabağında ya ayaqların üzərindədirsə və onun üstü açıqdırsa, onların üzərinə məsh edə bilmirsə (yara bütün məsh yerini tutubsa), yaxud başqa sağlam yerlərdə məsh etmək mümkün olmasa bu halda ehtiyat vacibə görə pak parçanı onun üzərinə qoyub əlində qalan dəstəmaz suyu ilə məsh edə; ehtiyat lazıma görə təyəmmüm etməlidir. Əgər parçanı qoymaq mümkün olmasa məsh çəkmək lazım deyil, amma gərək dəstəmazdan sonra təyəmmüm edə.
Əgər çibanın, yaranın və sınığın üzü bağlı olsa belə ki, onu açmaq mümkün olsa və suyun da ona zərəri olmasa gərək onu aça və dəstəmaz ala (bu yaranın və s əldə, üzdə, başın qabağında və yaxud ayaqların üzərində olmasının fərqi yoxdur).
Əgər yaranın olduğu üzvü açmaq mümkün olsa amma su vurmağın zərəri olsa o zaman yaş əl ilə onun üzərinə məsh çəkməyin zərəri olmasa ehtiyat vacibə görə yaş əl ilə onun üzərinə məsh çəkə və sonra pak olan parçanı onun üzərinə qoyub parça üzərindən də yaş əl ilə məsh çəkə.
Dəstəmazı batil edən şeylər
[redaktə | mənbəni redaktə et]Aşağıda qeyd olunan işlərin hər hansı birindən sonra namaz üçün dəstəmaz almaq vacibdir. Bu işlər "dəstəmazın səbəbləri"və ya "dəstəmazı batil edən şeylər" adlanır.
- Sidik;
- İfrazat;
- İfrazat məxrəcindən xaric olan mə’də və ya bağırsaq yeli;
- Gözün görmədiyi və qulağın eştmədiyi yuxu (amma əgər göz görməsə amma qulaq eşitsə və əksinə olduqda dəstəmaz batil olmaz);
- Ağlı aradan aparan şeylər (dəlilik, məstlik, huşdan getmə kimi);
- Qadının istihazəsi,
- Qusul alması lazım olan işlər (cənabət kimi) və ehtiyat vacibə görə məss-meyyit.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məhəmməd Baqir buyurur: – Bir gün Ömər Peyğəmbər səhabələrini bir yerə topladı. Əli də onların arasında idi. Ömər ayaqqabının üstündən məsh çəkmək barəsində onlardan soruşduqda, Müğeyrət ibni Şöbə dedi:
– Mən Peyğəmbərin ayaqqabılarının üstündən məsh çəkdiyini gördüm. Əli buyurdu:
– "Maidə" surəsi nazil olandan əvvəl idi, ya sonra?
Müğeyrə:
– Bilmirəm. Əli buyurdu:
– Quran məsh etməyin hökmünü belə bəyan etmişdir ki, ayaqların üstünə çəkilməsi vacibdir. Bu hökmü əhatə edən Maidə surəsi Peyğəmbəri-Əkrəmin vəfatından 2–3 ay qabaq nazil olmuşdur.