Gospel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qospel
Yarandığı dövr 1600
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Qospel və ya Gospel (ing. Gospel music) — Xristian Yevangeliya mətnlərinə əsaslanan spiritual musiqi janrı olub XIX əsrin ABŞ sonlarında yaranmışdır və XX əsrin ilk rübündə inkişaf etmişdir. Çox zaman afroamerikan və bəyaz/ağların qospelləri bir-birindən fərqləndirirlər. Ümumi cəhət odur ki, hər iki növ ABŞ-nin cənubunda Metodizm kilsələrinin mühitində üzə çıxmışdır.

İlk dəfə gospel termini Filipp Bliss tərəfindən 1874-cü ildə tərtib olunmuş "Yevangeliya yığıncaqları üçün seçilmiş Qospel mahnılar, köhnə və təzə himnlərin və mahnıların məcmuəsi" toplusunda istifadə edilmişdir.

Bəyaz qospel sıx dini musiqi kanrı kimi XIX əsrin sonlarında xalq melodiyaları ilə xristian himnlərinin qovuşmasından törəmişdir. Zaman keçdikcə qospel musiqi industriyasında tamhüquqlu yerini tutmuşdur. Qospelin ilk uğurlu ifaçılarından biri Karter Ailəsi (Carter Family) kollektivi olmuşdur ki, onların da valları 1920-30-cu illərdə böyük populyarlıq qazanmışdır.

Afroamerikan qospeli

[redaktə | mənbəni redaktə et]

Qara qospel1930-cu illərdə afroamerikan kilsə mühitində yaranmış və spiriçuels ənənəsini davam etdirərək, inkişaf etmişdir. Janrın banisi Metodist keşişi, metodist dini mətnlərə melodiyalar bəstələyən Çarlz Tindli (təxm.1859-1933) hesab olunur.

Qaraların qospeli daha çevik canlı , tez-tez istifadə olunan rəqs ritmləri ilə fərqlənir. Böyük, bədahətən söylənən replikalar, daha çox improvizəyə yol verilir. Bu janrın ən mahir ifaçısı Mexeliya Cekson sayılır.O, şəxsən təkbaşına qara qospeli Çikaqonun kilsələrindən çölə daşıyaraq, dünya ixtiyarına vermişdir. Onun ardıcılları Marion Vilyams , Della Riz (dəfələrcə öz hitləri ilə amerikan çartlarına düşən ifaçı), öz albomlarında kantri, qospel,blüz və rok-n-rollu üzlaşdıran Ruti Foster və bir çox başqa ifaçılar olmuşlar.

Qospel populyar səhnə musiqisində

[redaktə | mənbəni redaktə et]

Populyar musiqidə qospel Rey Çarlz, Elvis Presli, Littl Riçard, Conni Keş kimi ifaçıların yaradıcılığında istifadə edilmişdir.

  • Blackwell, Lois. The Wings of a Dove: The Story of Gospel Music in America. Norfolk: Donning, 1978. (ing.)
  • Boyer, Horace Clarence, How Sweet the Sound: The Golden Age of Gospel Elliott and Clark, 1995, (ing.) ISBN 0-252-06877-7.
  • Broughton, Viv, Too Close To Heaven — The Illustrated History Of Gospel Music, Midnight Books, 1996, (ing.) ISBN 1-900516-00-4
  • Albert E Brumley & Sons, The Best of Albert E Brumley, Gospel Songs, 1966, (ing.) ISBN na-paperback Amazing Grace
  • Cleall, Charles. Sixty Songs From Sankey. London: Marshall, Morgan and Scott, Ltd., 1960. (ing.)
  • Darden, Robert, People Get Ready: A New History of Black Gospel Music Continuum International Publishing Group, 2005, (ing.) ISBN 0-8264-1752-3.
  • Downey, James C. The Gospel Hymn 1875—1930. University of Southern Mississippi, MA, 1963. (ing.)
  • Eskew, Harry. «Gospel Music, I» in The New Grove Dictionary of Music and Musicians (1980), (ing.) VII, 549—554. (ing.)
  • Goff, James R. «The Rise of Southern Gospel Music» Church History, v. 67, no. 4, Dec. 1998, pp. 722ff (ing.)[1] (ing.).
  • Hanson, Kenneth, The Hymnody and Hymnals of the Restoration Movement. Butler University, BD, 1951. (ing.)
  • Heilbut, Tony, The Gospel Sound: Good News and Bad Times Limelight Editions, 1997, (ing.) ISBN 0-87910-034-6.
  • McNeil, W. K., Ed. Encyclopedia of American Gospel Music. Routledge, 2005. (ing.) ISBN 0-415-94179-2.
  • Stevenson, Arthur L. The Story of Southern Hymnology. Roanoke, VA: Stone Printing and Manufacturing, 1931. (ing.)
  • Zolten, Jerry, Great God A' Mighty!:The Dixie Hummingbirds — Celebrating The Rise Of Soul Gospel Music, Oxford University Press, 2003, (ing.) ISBN 0-19-515272-7.
  1. Lost redirect[ölü keçid]