Cəfər ibn Yəhya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cəfər ibn Yəhya | |
---|---|
ərəb. جعفر | |
Doğum tarixi | 760 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 803 |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Cəfər ibn Yəhya Bərməki və ya Cəfər əl-Bərməki (fars. جعفر بن يحيى, ərəb. جعفر بن يحيى; 767–803) Abbasilər ərəb sülaləsinin beşinci xəlifəsi Harun ər-Rəşidin dövründə vəzir vəzifəsini yerinə yetirirdi. Atası fars vəziri Yəhya ibn Xalid idi, hansı ki nüfuzlu Barmakidlər nəslindən gəlirdi. 786-cı ildə Cəfər ibn Yəhya atasının vəzifəsini miras almışdı. Cəfər ibn Yəhya çalışırdı ki elmi inkişaf etdirsin və Bağdadı hind elmi ilə tanış etmək üçün çoxlu işlər görmüşdü.[1] Qeyd edilir ki, Cəfər ibn Yəhya xəlifəni inandırmışdı ki, Bağdadda kağız fabriki açılsın. Kağız hazırlanma sirrini onlar 751-ci ildə baş vermiş Talas döyüşündən sonra götürülən çinli məhbuslardan öyrənmişdilər.
Müxtəlif əsərlərdə təsviri
[redaktə | mənbəni redaktə et]Cəfər ibn Yəhya Harun ər-Rəşidlə yanaşı Min bir gecənin bir neçə nağıllarında peydə olur, tez-tez baş qəhrəman rolunda çıxış edir. Məsələn, "Üç Alma" nağılında qətlin sirrini açmaq və günahkarı tapmağa çalışan xəfiyyədi, halbuki "Attafın nağılı"nda daha çox fırıldaqçı şəklində göstərilib.
Lakin daha sonraki əsərlərdə Cəfər ibn Yəhya həm cani, həm də sehrbaz kimi təsvir olunub:
- 1940-cı ildə çəkilən Bağdad oğrusu filmində Konrad Feydt böyük vəzir Cəfərin rolunu oynayır, hansı ki kralı devirir və şahzadəni yoldan çıxartmaq istəyir.
- Prince of Persia oynunda taxtı ələ keçirmək və şahzadəni özünə zorla evləndirmək istəyən Cəfər adlı hiyləgər sehrbaz təsvir olunub. Cəfər 1993-cü ildə çıxan oyunun davamında da iştirak edir.
- 1992-ci ildə Disney şirkətinin istehsal etdiyi Ələddin cizgi filmində Cəfər adlı qəddar vəzir və cadugər təsvir olunub. Onun xarakterində Ələddinin orijinal nağıldaki naməlum vəzir və qəddar sehrbazın əlamətləri cəmləşib.
- Prince Of Persia oynunun sonraki versiyalarında adssız "Vəzir" əsas düşməndi, onun xarkateri oyunun birinci hissələrindəki Cəfərin xarakteri əsasında qurulub.
- Fransa istehsalı Iznogoud multserialında Cəfər bacarıqsız qəsbkar şəklində göstərilib, hansının ki Harun əl-Puppsu devirmək istəyi həyata keçmir.
- Magi:sehrli labirintlər animesinda Sindbadın müşaviridir. Keçmişdə isə amansız qatil olub.
- Calal Bərgüşadn Sıyrılmş Qılınc tarixi romanında baş vəzir Cəfəri Xürrəmilərin qəhrəmanı kimi göstərir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ van Bladel, Kevin (2011). "The Bactrian Background of the Barmakids". In A. Akasoy, C. Burnett and R. Yoeli-Tlalim. Islam and Tibet: Interactions along the Musk Routes. London: Ashgate. pp. 43–88.