Cənnətin uşaqları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cənnətin uşaqları
بچه‌های آسمان
Janr dram
Rejissor Məcid Məcidi
Prodüserlər Əmir İsfəndiyari
Məhəmməd İsfəndiyari
Ssenari müəllifi Məcid Məcidi
Baş rollarda Məhəmməd Əmir Nəci
Əmir Fərrux Haşemiyan
Baharə Səddiki
Nəfisə Cəfər-Məhəmmədi
Operator Pərviz Malekzadə
Bəstəkar Keyvan Cahanşahi
İstehsalçı The Institute for the Intellectual Development of Children & Young Adults
Distribütor Miramax, Netflix
İlk baxış tarixi 1 fevral 1997[1], 9 sentyabr 1999[2], 22 yanvar 1999[3]
Müddət 89 dəq.
Büdcə 180 000 $
Gəlir 933.933 $[4], 1.628.579 $[5]
Ölkə İran İran
Dil farsca
İl 1997
Rəng rəngli
Çəkiliş yeri Tehran
IMDb ID0118849

Cənnətin uşaqları (fars. بچه‌های آسمان‎) — İran kinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film.

Məcid Məcidi bu filmi çəkərək 1999-cu ildə Oskar mükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə bir uğuru heç vaxt yaşamamışdır. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlər sırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq buna baxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir.

Cənnətin uşaqları — sənədli film janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir.

Məzmun kifayət qədər sadədir. Günlərin bir günü Əli bacısının ayaqqabısını itirir. Ancaq ailə çox kasıb olduğundan nə balaca qız, nə də balaca oğlan bu barədə atalarına demirlər. Çətinliyin öhdəsindən özləri gəlməyə çalışırlar.

Bu film — həyatın mənasını əks etdirən kiçik dəyərlər haqqındadır. İnsanı qayğı, kasıblıq, kömək və sevgi kimi dəyərlər haqda düşündürməyə məcbur edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]