36°15′39″ şm. e. 50°00′06″ ş. u.HGYO

Cümə məscidi (Qəzvin)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cümə məscidi
Xəritə
36°15′39″ şm. e. 50°00′06″ ş. u.HGYO
Ölkə
Şəhər Qəzvin
Yerləşir Qəzvin şəhristanı
Sifarişçi Xumartaş Abdulla oğlu (Qəzvin hakimi)
Tikilmə tarixi VIII əsr
Üslubu Səfəvi memarlığı[d]
Material daş[d], kərpic, Gips
Vəziyyəti stabil
Cümə məscidi (İran)
Cümə məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzvin Cümə məscidi – Azərbaycanın ən qədim məscidlərindən biri. Kompleksə məsciddən başqa bir neçə mühüm tikili də daxildir.[2][3] Qəzvin cümə məscidi Azərbaycan memarlığında özünəməxsus yeri olan abidələrdəndir.[4]

Qəzvin Cümə məscidi uzun formalaşma tarixi olan və iç həyət ətrafında müxtəlif çağlarda tikilmiş bina və yerləşgələr toplusundan ibarət mürəkkəb quruluşlu abidədir. Məscid keçmiş atəşpərəst məbədinin yerində tikilmişdir. Onun ilk özül daşı VIII əsrdə qoyulmuş, son tikinti işləri XX əsrin ortalarında aparılmışdır. Bu tarixlər arasında məscid dəfələrlə genişləndirilmiş, yenidən qurulmuşdur. Qəzvin Cümə məscidi kompleksinə daxil olan abidələrdən ən dəyərlisi sözsüz ki, Əmir Xumartaş Türbəsi, ya da Xumartaş Məqsurəsi adı ilə tanınan səlcuqlu dövrü abidəsidir. Abidə xalq arasında daha çox Xumartaş Günbədi adı ilə tanınır. Orta əsr yazarları Qəzvin Cümə məscidindən danışanda bildirirlər ki:[4]

" Azərbaycan ölkəsindəki Qəzvin şəhərinin came məscidinin möcüzələrindən biri məscidin qarpız biçimli çox uca məqsurəsidir. Başqa ölkələrdə ona tay yoxdur. "

Xumartaş günbədinin indi bayır tutumunu üst-üstə kub, səkkiz üzlü və günbəz yaradır. Sferik səthi lentvari saya bəzəklə örtüldüyündən günbəzin biçimcə qarpıza oxşarlığı var. Xumartaş məqsurəsini Səlcuqlu sultanı Sultan Mahmud zamanında Qəzvin hakimi Xumartaş Abdulla oğlu 1106–1114-cü illər arasında tikdirmişdir. Onun kvadrat planlı ibadət salonu tək günbəzlə (diametri 10, 3 m) örtülüdür.[4]

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. "Province of Qazvin". iranchamber.com. 2021-10-31 tarixində arxivləşdirilib.
  3. "مسجد جامع قزوین، کهن‌ترین مسجد جامع ایران ([[Azərbaycan dili|azərb]]. Qəzvin məscidi İranın ən qədim məscidi‎)". 16 dekabr 2010. 2018-01-23 tarixində orijinalından arxivləşdirilib.
  4. 1 2 3 Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. səh. 49.