7°07′07″ şm. e. 73°06′58″ q. u.HGYO

Bukaramanqa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Bukaramanqa
Bayraq Gerb
Bayraq Gerb
7°07′07″ şm. e. 73°06′58″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 22 dekabr 1622
Sahəsi
  • 162 km²
Mərkəzin hündürlüyü 959 ± 0 m
Əhalisi
Əhalisi
  • 614.860 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 0057 7
Poçt indeksi 680001–680011
Digər
bucaramanga.gov.co
Xəritəni göstər/gizlə
Bukaramanqa xəritədə
Bukaramanqa
Bukaramanqa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bukaramanqa (isp. Bucaramanga) — Kolumbiyanın şimal-şərqində şəhər, Santander departamentinin inzibati mərkəzi.[2]

Əhalisi 716,5 min (şəhər ətrafı ilə təqribən 1,23 mln.; 2011) nəfərdir.[2]

Şərqi Kordilyer dağlarının qərb yamacında, 960 m yüksəklikdədir. Nəqliyyat qovşağı. Bukaramanqadan Panamerika avtomobil yolu (Santa- Fede-Boqota–Karakas, Venesuela hissəsi) keçir. Dar dəmiryoları Bukaramanqanı Puerto-Vilçes (Maqdalena çayı sahilində liman şəhəri) ilə əlaqələndirir.[2]

Bukaramanqa 1622-ci ildə salınmışdır. 1860–80-ci illərin ortalarında kinə ağacı qabığı yığılmasının iri mərkəzi idi; sonralar kinə ağacı əkinləri tədricən qəhvə, tütün və s. plantasiyaları ilə əvəz olundu.[2]

Müqəddəs ailə baş kilsəsi (1887); Santander sənaye universiteti (1947), Bukaramanqa muxtar universiteti (1952, universitet statusunu 1974-cü ildə almışdır), İpəkçilik institutu; etnoqrafiyatarix, müasir incəsənət (1989-cu ildə yaradılmışdır) muzeyləri; Botanika bağı var. Xidmət sferası (təhsil, səhiyyə, qəhvə və tütün ticarəti və s.) inkişaf etmişdir. Aparıcı sənaye sahələri: yeyinti (un,  şokolad, içki və s.), tütün, yüngül (toxuculuq, tikiş, ayaqqabı, həsir şlyapaların istehsalı), sement, kimya, neft-kimya. Bukaramanqa kənd təsərrüfatı rayonu mərkəzidir (hünd. 900–2000 m olan yamaclarda qəhvə, 900 m-ədək yamaclarda tütün, həmçinin kakao, pambıq plantasiyaları; maldarlıq, ipəkçilik). Bukaramanqa yaxınlığındakı Kaliforniya qəsəbəsində uran filizləri çıxarılır.[2]

  1. 2005 census of Colombia.
  2. 1 2 3 4 5 Bukaramanqa// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 57. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]