Brikston funtu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
20 Brikston funtu

Brikston funtu — 17 sentyabr 2009-cu ildə buraxılıb.[1] Brikston funtu regional valyutadır, funt sterlinqə alternativ kimi də götürülür.[2] İlk dəfə 18 sentyabr 2009-cu ildə 80 yerli şirkət tərəfindən valyuta kimi qəbul edilib.[3] Brikston funtundan başqa Devonun Totnes, Qlosterşr qraflığının Straud şəhərində və Sasseks qraflığının Lyuis şəhərlərində yerli valyutalar buraxılır.

Brikston funtunu buraxmaqda məqsəd yerli iqtisadiyyata investisiyanı həvəsləndirmək, istehsalçılar arasında qarşılıqlı dəstək mühiti yaratmaq, yerli istehsalla yerli ticarət şəbəkələri arasında əlaqə yaratmaqdır.[3] £ B 1, B £ 5, B £ 10 və £ 20 B əskinazları vardır və üzərilərində yerli məşhurlar təsvir edilib.[3] Şəhər şurası New Economics Foundation şirkəti ilə əskinaz layihəsinin tərtib edilməsi ilə bağlı saziş imzalayıb.

29 sentyabr 2011-ci ildə isə Brikston funtunun elektron versiyası buraxıldı.

Kağız pulların ikinci buraxılışında Brikston məşhurlarının şəkilləri yerləşdirildi. B £ 1 -də mədəniyyət arxivinin yaradıcısı Len Qarrisonun, B £ 5-də "Çikaqo Bullz" komandasının oyunçusu Lyol Denqin, B £ 10-də Devid Bounun, £ 20 B-də isə İkinci Dünya MÜharibəsində məxfi agent olmuş Violette Kabonun şəkilləri yerləşdirildi.[4]

Əskinazların arxa tərəfində şəhərin görməli yerlərinin təsviri verilib. Bu Skatepark Стокуэлл, Electric Avenue, Nuclear Dawn və s.

  1. "The Brixton Pound". Site.transitiontownbrixton.org. 2010-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-10.
  2. Hubberts Peak says:. "Brixton Pound Moves Town Closer To 'Transition Town' Status". Thegreenvillage.co.uk. 16 September 2009. 2 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 November 2012.
  3. 1 2 3 Laura Whateley. "Brixton has run on the pound as shoppers clamour for local currency". The Times. 13 March 2012. 18 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2012.
  4. "Brixton Pound ready for launch". Money.aol.co.uk. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-10.