Blor Hif döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Blor Hif döyüşü
Güllər Müharibəsi
Tarix 23 sentyabr 1459
Yeri Blor Hif düzənliyi, Hartfordşir, İngiltərə
Nəticəsi Yorkluların qəti qələbəsi
Münaqişə tərəfləri

York sülaləsi

Lankaster sülaləsi

Komandan(lar)

Riçard Nevil
(Salisburi qrafı)
Tomas Nevil
Con Nevil

Ceyms Tuşe
(Audli baronu)
Con Sutton Müharibə əsiri
(Dadli baronu)

Tərəflərin qüvvəsi

5,000

10,000

İtkilər

1,000

2,000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Blor Hif döyüşü (ing. Battle of Blore Heath) — 23 sentyabr 1459-cu ildə York-Lankaster tərəfdarları arasında baş tutan döyüş.

Birinci Sant Albans döyüşündəki qəti York qələbəsinin ardından kraliça Anjulu Marqarita tərəfindən toplanan Lankaster birlikləri Audli baronu Ceyms Tuşe rəhbərliyində, Ludlouda toplanan mərkəzi York birliklərinə qoşulmaq üçün yola çıxan Riçard Nevil rəhbərliyindəki ordunun qarşını almaq üçün vəzifələndirildi. Yaxınlaşan York birliklərini Blor Hif düzənliyindəki tarlada pusquya salmağı planlaşdırsa da, bu planı baş tutmadı və Audli baronu ani hücuma keçdi. Ancaq Riçard Nevilin işlətdiyi döyüş hiyləsilə, Lankaster birlikləri çaya doğru irələməyə məcbur oldu və çox hissəsi çayda boğularaq öldü.

Ceyms Tuşenin döyüş meydanında həlak olmasının ardından isə 500 nəfər York cəbhəsinə keçdi və əks hücumla Lankaster birliklərinə hücum etdilər. Döyüş meydanındakı xəyanətin ardından dağılan Lankaster əsgərləri gecə boyu təqib edildi.

  • Anthony Goodman, The Wars of the Roses:Military Activity and English Society, 1452-97, Routledge & Kegan Paul, 1981.
  • Ralph A. Griffiths, The Reign of King Henry VI, University of California Press, 1981.
  • Edward Hall, The Union of The Noble and Illustre Famelies of Lancastre & Yorke, 1548.
  • Michael Hicks, The Wars of the Roses, Yale University Press, 2010.
  • The Blore Heath Heritage Group (BHHG).
  • Trevor Royle, Lancaster Against York: The Wars of the Roses and the Foundation of Modern Britain, Palgrave Macmillan, 2008.
  • A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East, Vol. II, ed. Spencer C. Tucker, ABC-CLIO, 2010.
  • Bertram Wolffe, Henry VI, St. Edmundsbury Press, 2001.
  • John Gillingham, The Wars of the Roses: Peace and Conflict in Fifteenth Century England, Phoenix Press, 2001.