Birrəng ağ şam
Birrəng ağ şam | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Birrəng ağ şam |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Birrəng ağ şam (lat. Abies concolor) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.
ABŞ-nin cənub-qərbi və Şimali Meksika dağlarında, dəniz səviyyəsindən 2000–3000 m-ə qədər hündürlükdə kölgəli yamaclarda və çayların kənarında bitir. 350 ilə qədər yaşayır. Hündürlüyü 40 (60) m-ə çatan, gövdəsinin diametri 1,8 m-ə qədər, konusvarı, sıx çətirli ağacdır. Yaşlandıqda çətiri a.ağıya doğru əyilir. Gövdəsinin qabığı boz, qalın və hamardır. İynəyarpaqları hər tərəfdən göyümtül-yaşıl, üstü orta damarcığın ətrafında 6-8 ağızcıq xətli, alt tərəfi kilin hər tərəfindən 5-8 ağızcıq xətlidir. Tumurcuqların diametri 3–5 mm-dir. Toxum qabıqları əsasən pazşəkillidir. Tək və qrup əkinlərində payızda iynəyarpaqları saraldıqda daha dekorativ görünür. Sərt qış aylarında donur, ancaq əkin yeri düzgün seçildikdə yüksək dekorativ keyfiyyətliyini saxlayır, qozalar və cücərən toxumlar əmələ gətirir. Tək və qrup əkinləri üçün yararlıdır. Quraqlığa davamlıdır. Mədəni şəraitdə 1831-ci ildən becərilir. Respublikamızda qışa davamlıdır. Qış qələmlərinin 10 %-i kök atır. Yaşıllaşdırmada az istifadə edilir. Bakı şəhərində 1998-ci ildən mədəni şəraitdə becərilir.