Bioremediasiya
Bioremediasiya — bioloji obyektlərin — bitkilərin, göbələklərin, həşəratların, qurdların və digər orqanizmlərin metabolik potensialından istifadə etməklə su, torpaq və atmosferin təmizlənmə üsulları kompleksidir.
Tarix
[redaktə | mənbəni redaktə et]Tullantı sularının ilk sadə təmizlənmə üsulları — suvarma və filtrasiya sahələri — bitkilərin istifadəsinə əsaslanırdı.
Bioremediasiya prinsipləri
[redaktə | mənbəni redaktə et]Bitkilərin istifadəsi
[redaktə | mənbəni redaktə et]Bitki ətraf mühitə müxtəlif yollarla təsir göstərir. Əsaslar bunlardır:
- rizofiltrasiya — köklər su və bitkilərin həyat fəaliyyəti üçün zəruri olan kimyəvi elementləri sorur
- fitoekstraksiya- təhlükəli çirkləndiricilərin (məsələn, ağır metallar) bitki orqanizmində yığılması
- fitovolatilizasiya — bitki yarpaqları ilə su və uçucu kimyəvi elementlərin buxarlanması (As, Se)
- fitotransformasiya:
- fitostabilizasiya — kimyəvi maddələrin daha az hərəkətli və aktiv formaya keçirilməsi (çirklənmənin yayılma riskini azaldır)
- fitodeqradasiya — bitki və simbiotik mikroorqanizmlər tərəfindən çirkləndiricilərin üzvi hissəsinin parçalanması
- fitostimulyasiya — təmizləmə prosesində iştirak edən simbiotik mikroorqanizmlərin inkişafının stimullaşdırılması
Mikroorqanizmlərin və göbələklərin istifadəsi.
[redaktə | mənbəni redaktə et]Mikroorqanizmlərin köməyi ilə torpağın bioremediasiyası üçün üç əsas yanaşma var:
- biostimulyasiya — çirklənmiş ərazidə yerli mikrofloranın inkişafını stimullaşdırmaq.
- bioyeritmə — çirkləndiricinin parçalanmasına səbəb olan mikroorqanizm biopreparatların torpaqlara daxil edilməsi.
- fitostimulyasiya — bitkilərdən rizosfer mikroorqanizmlərin inkişafını stimullaşdırmaq üçün istifadə edilməsi.
Çirklənmənin deqradasiyasında əsas rolu mikroorqanizmlər oynayır. Bitki bir növ biofiltrdir və onlar üçün bir yaşayış mühiti yaradır (oksigenin torpağa daxil olmasını və onun yumşalmasını təmin edir). Buna görə təmizlənmə prosesi qeyri-vegetasiya dövründə də nisbətən azalmış fəallıqla baş verir.
Bioremediasiyanın tipik məqsədləri
[redaktə | mənbəni redaktə et]Dioksinlərlə çirklənməsindən sonra torpağın bərpası .
Dioksinlər torpağa havadan yağış və axar sular vasitasilə düşür. Torpaqdan dioksinlər kənd təsərrüfatı məhsullarına və suya düşür. Heyvan orqanızmində onlar yığilmaq qabiliyyətinə malikdir. Dioksin çirklənməsindən sonra in-situ və ex- situ bioremediasiya metodları istifadə olunur.
Üstünlüklər
[redaktə | mənbəni redaktə et]- yerində bərpa olma ehtimalı
- ənənəvi təmizləyici qurğularla müqayisədə aparılan işlərin maya dəyərinin nisbətən az olması
- üsul ətraf mühit üçün təhlükəsizdir
- bitkilərin yaşıl kütləsindən (Ni, Au, Cu) qiymətli maddələrin çıxarılmasının nəzəri imkanları;
- təmizləmə prosesinin monitorinq imkanları
- təmizləmə səviyyəsi ənənəvi metodlardan geri qalmır, xüsusilə tullantı sularının az həcmində (məsələn, kəndlərdə)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Kimyəvi maddələrin təhlükəsinin identifikatsiyanın yeni növü: ekoloji remidiasiya proseslərinin inhibirləşməsi // DAN. 2002-ci t. 385. 571–573 °C. № 4.
- Pleshakova E.V, Dubrovskaya E.V, Turkovskaya O.V. Neftlə çirklənmiş torpağın remediasiyası üçün Dietzia maris neftoksidləşdirici ştamının introduksiya effektliyinin və təbii mikrob assosiasıyasının stumulyasiyasının müqayisəsi. Tətbiqi biokimya və mikrobiologiya, № 1, s. 72–74.
- Makrofitlərin fitoremediasiya potensialının öyrənilməsi ilə əlaqədar onların çirkləndirici maddələrlə qarşılıqlı təsirinin yeni tədqiqatları haqqında// Su: texnologiya və ekologiya, . 2009. № 1. s. 72–74.
- Obed Schacht, Kenneth Ajibo. Soil Bioremediation: In-Situ vs. Ex-situ. (Costs, Benefits, and Effects). — WSP and Göteborg Energi, 2002.- p. 77.
İngilis dilində:
- Bioremediation (Toxic Cleanup) News from Genome News Network (GNN)
- Bioremediation Discussion Group (BioGroup)
- Technology Focus on Bioremediation of Chlorinated Solvents Website hosted by the USEPA Technology Innovation Program
- Phytoremediation Website hosted by the Missouri Botanical Garden
- Renovogen — Natural Bioremediation Methods for Contaminated Soil and Groundwater
- International Journal of Phytoremediation