Begiçev adaları
Begiçev adaları | |
---|---|
rus. Острова Бегичева | |
Ümumi məlumatlar | |
Ən böyük adası | Böyük Beqiçev |
Hündür nöqtəsi | 201 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
74°18′ şm. e. 112°15′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
|
Begiçev adaları[1] — Laptevlər dənizinin cənub-qərbində, Xatanqa körfəzinin girəcəyində yerləşən iki adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Yakutiya ərazidində yerləşir. Adalar 1908-ci ildə rus dənizçisi və səyahətçisi Hikifor Akekseeviç Beqiçev tətəfindən kəşf edilmişdir və onun şərəfinədə adlandırılmışdır.
Böyük Beqiçev
[redaktə | mənbəni redaktə et]Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür. Adada Müşk öküzü, Tülkü, Maral, sahil zonasında isə Morja rast gəlmək olar. Bəzən isə Ağ ayılar görünür.
Kiçik Beqiçev
[redaktə | mənbəni redaktə et]Uzunluğu 5.2 km, eni 4 km, sahəsi 15 km² təşkil edirdi. Kiçik Beqiçev adası materikdən 25 km aralıda yerləşir. Burada kiçik göllər vardır
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Begiçev adaları // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 336. ISBN 978-9952-441-07-9.