41°41′54″ şm. e. 44°48′09″ ş. u.HGYO

Barataşvili körpüsü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Barataşvili körpüsü
gürc. ბარათაშვილის ხიდი
Xəritə
41°41′54″ şm. e. 44°48′09″ ş. u.HGYO
Keçid avtomobillər və piyadalar üçün
Üslubu Aşırımlı
Material dəmir-beton
Uzunluğu 160
Eni 26
Açılışı 1911
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barataşvili körpüsü (gürc. ბარათაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Avlabari rayonunu Qədim Tbilisi ilə birləşdirir. 1960-cı illərin arxitekturasına uyğundur.

Körpü Barataşvili küçəsinin girəcəyində yerləşir. Körpüdən Tbilisi Beynəlxalq Hava Limanına qısa yol keçir. Körpüdən yuxarı axar boyunca Saarbuken, aşağı axar üzrə isə Sülh körpüləri yerləşir. Körpü yaxınlığında Gürcüstan Mərasim Sarayı yerləşir.

İlk əvvəllər körpü yerləşdiyi rayonun adına uyğun olaraq Murxan körpüsü adlanırdı. Bu hissədə knyaz Baqration-Murxanskiyə məxsus saray olmuşdur. Çağdaş adı isə körpüyə 1966-cı ildə verilmişdir. Körpü gürcü şair və yazıçısı Nikoloz Barataşvilinin şərəfinə adlandırılır.

Мухранский мост

Bu ərazidə körpünün tikintisi hələ 1880-ci illərdən planlaşdırılır. 1882-ci ildə arxitektor A. Umanski 3 aşırımlı, metal konstruksiyalı körpünün layihəsini verir. Ancaq ilk olaraq Qalaktion Tabidze körpüsünün tikintisi qərara alınır. 1906-cı ildə İmanskinin layihəsi mühəndislər Yevgeni Poton, A. Tolçin və P. Rabseviç tərəfindən yenidən işlənilir. 19091911-ci illərdə bu layihə əsasında bir aşırımlı körpü inşa edilir. Tikinti zamanı köhnə körpünün taxta konstruksiyaları partladılır. Körpünün rəsmi aşılışı 24 arel 1911-ci ildə baş tutur. Bu aşılışda Tiflisin icra başçısı Aleksandr Xatisyanda iştirak edir.

Xarici görünüş baxımından körpü Sankt-Peterburqdakı Bolçeoxtinski və ya Riqadakı Duqava çayı üzərində yerləşən dəmiryolu körpüsünə bənzəyir. Aşırımın uzunluğu 73 m, eni isə 17 metr təşkil edirdi [1]. Hərəkət zolağının uzunluğu isə 11 metr təşkil edirdi. Körpü avtonəqliyyat, tramvay və piyadaların hərəkəti üçün nəzərdə tutulurdu.

Hazırkı körpü 19631966-ci illərdə mühəndis Qeorqi Karsivadze və arxitektor Şota Kavlaşvili, V. Kurtişvilinin layihəsi əsasında inşa edilir.

2008-ci ildə körpüdə «Gənclik» abidəsi qoyulur (müəllif Q. Caparidze).

Üç aşırımdan ibarət olan, dəmir-beton konstruksiyalı körpüdür. Körpünün ümumi uzunluğu 150 m, eni isə 26 metrdir. Körpü həm avtomobillərin həm də piyadaların hərəkəti üçün hesablanmışdır. Avtomobillərin hərəkəti üçün körpü altı zolaqlıdır.

  1. Патон Е. О. Расчет и исчисление веса железного пролетного строения арочного с ездою по низу Мухранского моста в г. Тбилиси. Пролетом 73 метра. — Киев, 1908. — С. 1,2. — 114 с.