16°24′43″ şm. e. 120°35′36″ ş. u.HGYO

Bagio

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bagio
Bayraq
Bayraq
16°24′43″ şm. e. 120°35′36″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1900
Sahəsi
  • 57,51 km²
Mərkəzin hündürlüyü 853 m
Əhalisi
Əhalisi
  • 366.358 nəf. (1 may 2020)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +63 74
Poçt indeksi 2600
Digər
baguio.gov.ph
Xəritəni göstər/gizlə
Bagio xəritədə
Bagio
Bagio
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bagio - Filippində şəhər.

Bagio paytaxt Maniladan 250 km. şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurort şəhəridir. Şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır.[2]

Əhalisi 273 min (2005). Luson adalarında, Mərkəzi Kordilyer dağlarında, 1450–1600 metr hündürlükdə dir. Filippin hökumətinin yay iqamətgahıdır. ABŞ-nin hakimiyyət orqanları (1898–1934-cü illərdə Filippin ABŞ-nin müstəmləkəsi olmuşdur) tərəfindən 1905-ci ildə Amerika vətəndaşlarının istirahət yeri kimi salınmışdır; amerikan arxitektoru D.H.Börnhemin layihəsi əsasında tikilmişdir. 1954-cü ildə Bagioda SEATO-nun yaranması haqqında müqavilə imzalanmışdır. Turizm mərkəzi (ildə təqribən 1 mln. nəfər), dağ-iqlim kurortudur. Sahilyanı subekvatorial iqlimdən fərqli olaraq Bagionun iqlimi sərindir (iyunun orta temperaturu təqribən 19 °C). Şəhəri əhatə edən şam meşələri iqlim müalicəsiı üçün əlverişlidir. Müq. Luis universiteti (1911-ci ildən), Bagio universiteti (1948-ci ildən), Filippin universitetinin filialı, Filippin Hərbi Akademiyası, botanika bağı var. Bagio qızıl sənayesi rayonunun mərkəzidir. Sənətkarlıq inkişaf etmişdir. 1978-ci ildə Bagioda dünya şahmat birinciliyi uğrunda A.Y. Karpovla B.L.Korçnoy arasında görüş keçirilmişdir.

  1. 2020 Census of Population and Housing (2020 CPH) Population Counts Declared Official by the President. Philippine Statistics Authority, 2021.
  2. "Arxivlənmiş surət". 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-09.