Badal Muradyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Badal Muradyan
bayraq
Ermənistan SSR Nazirlər Sovetinin 4-cü Sədri
bayraq2
5 fevral 1966 – 21 Kasım 1972
ƏvvəlkiAnton Koçinyan
SonrakıQriqori Arzumanyan
Şəxsi məlumatlar
Doğum tarixi 8 yanvar 1915(1915-01-08)[1]
Doğum yeri
Vəfat tarixi 30 sentyabr 1991(1991-09-30) (76 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Ermənistan Milli Politexnik Universiteti[d][1]
Fəaliyyəti dövlət qulluqçusu

Təltifləri "Lenin" ordeni

Badal Muradyan (8 yanvar 1915[1], Çubuxçu, Eçmiədzin qəzası[1]30 sentyabr 1991, İrəvan) — Ermənistan SSR Nazirlər Sovetinin 4-cü sədri.

1966-cı il sentyabrın 30-da erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağla bağlı XXIII qurultaya ünvanladıqları məktub respublika KP MK bürosunda müzakirə edildikdən sonra birinci katib Anton Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri Badal Muradyanın birgə imzası ilə Moskvaya geniş cavab göndərildi. Cavabdan aydın olur ki, əslində elm və mədəniyyət xadimlərinin adından XXIII qurultaya göndərilmiş müraciət elə Ermənistan rəhbərliyinin fikridir. Onlar Sov.IKP MK-ya yazırdılar ki, Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin müraciətdə qaldırdığı məsələ birinci dəfə deyil və bundan əvvəl də, xüsusilə son vaxtlar böyük alimlər qurupu, yaradıcılıq birlikləri, ziyalıların nümayəndələri, fəhlələr, kənd təsərrüfatı işçiləri, tələbələr və digərləri bu məsələ ilə bağlı Sov.IKP MK və Ermənistan KP MK-ya çoxsaylı analoci məktub və müraciətlər göndəriblər. Məktub və müraciət müəlliflərinin fikrincə, bu torpaqların Ermənistana qaytarılması xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək, Lenin milli siyasətinin təntənəsini bir daha nümayiş etdirəcək. Koçinyan və Muradyan belə bir əhval-ruhiyyənin Dağlıq Qarabağ vilayəti əhalisi arasında yayıldığını və bunun ifadəsi kimi vilayətdən Ermənistan KP MK-ya əhalinin müxtəlif qruplarının çoxsaylı müraciətlər göndərdiyini vurğulayırdı. Onlar xatırladırdılar ki, erməni xalqı və digər xalqlar üçün ərazi məsələləri həyati əhəmiyyət kəsb edir. Bunu onlar Ermənistan ərazilərinin 2/3 hissəsinin, guya Ermənistanın qərb vilayətlərinin Türkiyə tərəfindən “qəsb” edilməsi ilə izah edirdilər.

Koçinyan və Muradyan yazırdılar: “Indiki vaxtda Türkiyə tərəfindən ələ keçirilmiş torpaqların qaytarılması məsələsinin qoyulmasının məqsəduyğun olmadığı əhali tərəfindən anlayışla qarşılansa da, Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə qaytarılması ilə bağlı məsələlərdə biz ciddi çətinliklərlə üzləşirik”.[2]

  1. 1 2 3 4 5 6 7 8 Erməni Sovet Ensiklopediyası, VIII cild (erm.). C. 8. S. 94.
  2. "Arxivlənmiş surət". 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.