Bayraqdar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bayraqdar — mənası:Bayraq tutan, bayraq daşıyan adam.

Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal, çevik və cəsur əsgərlərdən təyin olunur. O, hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır.

Polşa kral brayraqdarı (1605-ci ilin rəsmi)

Bayrağın daşınma qaydası

[redaktə | mənbəni redaktə et]

Farağat vəziyyətində — bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur.

Səfərli kalona vəziyyətində — komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı — 4 addım, dəstə bayraqdarı — 8 addım və s.)addımlayaraq çıxır. Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir.

Diqqət !!! mərkəzə vəziyyətində — zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır. Əgər əsgər addımlamağ vəziyyətində məs: farağat, diqqət !!! sağa verilibsə, bu zaman bayraqdar əsgər sadəcə komanda verilmiş tərəfə(sağa vəya sola)baxır.

Azad (komanda) — komandası zamanı isə bayrağın tutacağının aşağı hissəsi sağ ayağın pəncəsinə biləşdirilir və bayrağın yuxarı hissəsi isə sağ qolun tam açılması ilə önə uzadılır.

Yüyürərək marş vəziyyətində — bu zaman bayraqdar əsgər bayrağı çarpaz vəziyyətdə sinəsindən (qolları yarı bükülmüş) aralı tutaraq, sol əli ilə yuxarıdan sağ əli ilə isə aşağıdan tutub, sol ayağı isə sağ ayağından 30 sm kimi sola aralı qoyulur.