Bayquşlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bayquşlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Bayquşlar
Beynəlxalq elmi adı

Bayquşlar (lat. Strigidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Bayquşun bədəni 17–74 sm uzunluğunda, ağırlığı isə 50 qr-dan 3,25 kq-dək olur. Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar.

Dişi bayquş yuvasında qoyduğu 8–10 yumurtadan 2–3 cücə çıxarır. Onlar kənd təsərrüfatına zərər vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. Bayquşlar əkin sahələrinə, meşədəki ağaclara zərər verən həşərat və xırda gəmiriciləri məhv etdiyindən xeyirli quşlardır.

Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.ABŞ-dəki Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox fərqlidir.

F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir.Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır.

Dr. Qeyllud insanda boyun fəqərələri arasındakı boşluğun sadəcə damarın keçəcəyi genişlikdə olduğunu, lakin bayquşda bu kanalın damardan 10 dəfə geniş və hava torbacığı ilə örtülü olduğunu deyir.Bayquşlarda əsas arteriyaya əlavə birləşən və qan üçün alternativ daşıma yolu olan çoxlu sayda kiçik damarlar da var. Beləliklə, başını çevirərkən əsas arteriyadan qan keçməsində maneə yaranarsa, əlavə damarlar işə düşür.

Bayquşların boyun arteriyasının kəllənin alt hissəsinə yaxın yerdə böyük bölmələri olduğu və bunların qan rezervuarı funksiyası daşıdığı da müəyyən edilib. Elmi işini bayquşlar haqqında yazan Kok-Merkado: "Bayquşlarla bağlı hər şeyi bildiyimizi düşünürdük, ancaq texnologiya sayəsində yeni xüsusiyyətlərini kəşf edirik", — deyib. Bu elmi tədqiqat "Science" jurnalı ilə ABŞ Milli Elm Fondunun birlikdə təşkil etdiyi "2012-ci il Beynəlxalq Elm və Mühəndislik Əsərləri" sərgisində mükafata layiq görülüb.

Bayquşların soyuqdan qoruyan tükləri

[redaktə | mənbəni redaktə et]

Bayquşlar gecə quşlarıdır. Bu səbəblə ov etmək üçün temperaturun aşağı olduğu gecələrdə hərəkətə keçirlər. Bədən quruluşlarını tədqiq etdikdə digər yırtıcı quşlar arasında bayquşların ən qalın tüklərə sahib olduqlarını görürük. Məsələn, qarlı bölgələrdə yaşayan bir bayquş növünün, xüsusilə ayaqlarının üzəri olduqca qalın tüklərlə örtülüdür.

  • Striginae sensu Sibley & Ahlquist