Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 1982 (42 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasi fəal[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bəxtiyar İlyas oğlu Hacıyev (28 mart 1982, Zod, Vardenis rayonu) — azərbaycanlı siyasətçi, ictimai fəal, keçmiş siyasi məhbus.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Bəxtiyar Hacıyev 1982-ci il martın 28-də Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1989–2000-ci illərdə Ağdaş Özəl Türk Liseyində tam orta təhsil alaraq oranı qızıl medalla bitirib.
1998–2000-ci illərdə Respublika Fənn Olimpiadası çərçivəsində "Fizika" fənni üzrə 2 və 3-cü yerləri tutmuş, 2000-ci ildə isə İngiltərədə keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO) həvəsləndirici mükafat qazanmışdır.
2000–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavr səviyyəsi üzrə ali təhsil almışdır. Daha sonra ali təhsilini davam etdirmək məqsədilə 2004–2006-cı illərdə Xəzər Universitetində magistr səviyyəsi üzrə təhsil alıb. Magistr səviyyəsi üzrə təhsil alan zaman Beynəlxalq Elm Olimpiadası (IJSO) Beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan komandasının rəhbəri olmuşdur. Həmçinin ABŞ-də yerləşən Təhsil İnkişaf Mərkəzinin (EDC) dəstəyilə Şəffaf Təhsil Şəbəkəsinin (TEN) regional koordinatoru vəzifəsində çalışmışdır.
2005-ci ildə BMT Baş Assambleyasının 60-cı sessiyası zamanı Azərbaycanın gənc nümayəndəsi olmuş və Baş Assambleyanın plenar iclasında çıxış etmişdir.
2007–2009-cu illərdə Harvard Universitetinin Con Fiscerald Kennedi adına İdarəetmə Məktəbində "İctimai siyasət" ixtisası üzrə magistr təhsili alaraq ictimai idarəetmə elmləri üzrə magistr dərəcəsi almışdır.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2010-cu il parlament seçkilərində namizəd olsa da seçilə bilməyib.
Həbs edilməsi
[redaktə | mənbəni redaktə et]2011
[redaktə | mənbəni redaktə et]27 yanvar 2011-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu Gəncə şəhər prokurorluğunda Bəxtiyar Hacıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıldığını bəyan edib. Bəyanatda bildirilmişdir ki, 30 iyun 2006-cı ildə Bəxtiyar Hacıyevin həqiqi hərbi xidmətə çağırışa dair möhlət hüququ bitmiş, lakin o, Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gəlməmişdir. Bu səbəbdən Bəxtiyar Hacıyev 24 yanvar 2011-ci il tarixdə Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına aparılsa da, hərbi xidmətdən imtina etmişdir.[2] Həmin il 2 il müddətinə azadlıqdan məhrum olunub. 2012-ci ilin iyununda Bakı Apellyasiya Məhkəməsi onun cəzasının 1/2 hissəsini çəkdiyini nəzərə alaraq apellyasiya şikayəti təmin edib və Hacıyev azadlığa buraxılıb.
2022
[redaktə | mənbəni redaktə et]Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında növbəti dəfə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.
2023-cü il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib. Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.[3]
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri V. Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir. Yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa Şurası Parlament Assambleyası və ABŞ Dövlət Departamenti tərəfindən Bəxtiyar Hacıyev siyasi məhbus olaraq tanınıb, onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılması üçün Azərbaycan hökumətinə çağırışlar edilib.
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bəxtiyar Hacıyev: "Mən Ermənistanda, Vardenisdə doğulmuşam" (ing. I was born in Armenia, in Vardenis Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine)
- ↑ "Hərbi xidmətdən boyun qaçırmaq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur". genprosecutor.gov.az (az.). Azərbaycan Respublikası Baş Prokurorluğu. 27 yanvar 2011. 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fev 2022.
- ↑ "Məhkəmə Bəxtiyar Haciyevin vəsatətlərini təmin etməyib". Amerikanın Səsi (az.). 20 sentyabr 2015. 2024-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2023.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 28 martda doğulanlar
- 1982-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Zodda doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- Xəzər Universitetinin məzunları
- Harvard Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı bloqqerlər
- Azərbaycanlı məhbuslar və məhkumlar
- Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər
- Ermənistandan deportasiya olunmuş azərbaycanlılar