Bəhai terrasları
Bəhayi bağları (Hayfanın asma bağları) - Bəhailik dininə məxsus özəl bağ. Hayfa şəhərində yerləşən bu bağ 18 terrasdan ibarətdir. Terraslar və Babın məbədi Karmel dağındadır. Ümumən ərazi Hayfa şəhərinin ərəblər yaşayan Vadi Nisnas və Hadar Karmel rayonuna aiddir. Bəhai bağları İsrailin turizm baxımdan ən görməli məkanlarından biri hesab olunur. Bağların memarı iran mənşəli memar Fariborz Sahbadır. Ümumi mühəddislik quruluşu Hayfanın Karban and Co. şirkətinə məxsus. Ərazi Ümumdünya Bəhai Mərkəzi ilə birlikdə Qərbi Qalileyin YUNESKO-nun Ümumdünya İrsinə daxil.
Simvolikası
[redaktə | mənbəni redaktə et]Terraslar Babın ilk on səkkiz şagirdlərini tərənnüm edir. "Varlıqların hərfləri"ndə onların adları göstərilsə də, terraslar ayrılıqda bu hərflərlə əlqaləli deyil[1] [2].
Dizayn
[redaktə | mənbəni redaktə et]Doqquz konsentrik dairələr 18 terrasın əsas geometrikliyini təmin edir. Ümumən dairələr və terraslar Bab Məbədinə identifikasiya olunub. Onsəkkiz terras və bir Bab Məbədinin terrası toplam 19 edir. On doqquz rəqəmi bəhayi dinində özəmli hesab olunur.
1987-ci ildə Ümumdünya Bahayi Mərkəzi kanadalı memar Fariborz Sahbaya 18 memorial terrasın layihələşdirilməsi tapşırır. Hansı ki, bu terraslar Babın Məbədinə istiqamətlənsin. Terraslar Karmel dağı boyu bir km-dək yuxarıya qalxır. Ən yüksək yerində hündürlük 225 metrdir. Bağların eni 60-400 metr arasında dəyişir. Terraslara gedişin daimiliyini təmin etmək üçün bir neçə piyada keçidləri və körpülər tikilmiş. Keçidlər Yafe Hof küçəsi ilə Hatsionut və Abbas küçələrini birləşdirir.
Terraslar və bağlar unikal stili ilə diqqəti cəlb edir. Bağlarda əsasən təbii elementlərdən - güllər və sudan istifadə olunub. Daş və metal ornamentlər estetik xüsusiyyət daşıyır və heç bir müqəddəs məna daşımır. Dağın ekoloji durumuna və su ehtiyatlarının qorunmasına xüsusi diqqət ayrılıb. Terraslar kənarlara tədricən təbii bağlara keçir və bağlarda quraqlığa davamlı ağaclar, güllər əkilmiş.
Terraslar ictimayətə 2001-ci ildə açıq elan olunmuş.[3] Ümumi sahəsi 200 000 kv.metr olan bağlar kənarlardan pilləkənlər vasitəsi ilə bir birləri ilə əlaqəlidir.[4] Bağın kənarında, orta terraslarda Ümumdünya Bahayi Mərkəzinin binaları yerləşir. Binalara giriş qadağandır.[5]
Ekologiyası və suvarma sistemi
[redaktə | mənbəni redaktə et]Terraslarda suvarma sistemi xüsus kompyuterlə nizamlanır. Metroloji məlumatlara əsaslana bu sistem yüzlərcə klapanların köməyi ilə suyu ətrafa fısqırta bilir. Proses əsasən gecələr və səhər tezdən həyata keçirilir. Terrasların kənarı ilə, kiçik pilləkənlərlə axan su hər terrasda qapalı sistemələ sirkuliyasiya olunur.[6]
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
12-ci terrasın görünüşü
-
Terrasların aşağıdan görünüşü
-
Ümumdünya Bəhayi Arxivinin binası
-
Bəhayi terraslarının kənarında yerləşən bağlar
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Info.bahai.org: The Projects on Mount Carmel". 2015-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
- ↑ "UHJ letter: Letters of Living; Dawn-Breakers; Quddus; Terraces". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
- ↑ Momen, Moojan. Bahá'í World Center // Bahá’í Encyclopedia Project. Evanston, IL: National Spiritual Assembly of the Bahá’ís of the United States. 2009. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
- ↑ Gardens of Worship: Recreating Eden (season 3, episode 30, 2006) Arxiv surəti 1 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-03-01 at the Wayback Machine
- ↑ "Yael Hammerman: Distinctive Design of the Bahá'í Gardens". 2019-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
- ↑ "Bahá'í World Centre: Environmental Considerations in the Bahá'í Gardens". 2019-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.