Bənövşəyi içki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bənövşəyi içki
Növü Narkotik içki
Rəngi Bənövşəyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bənövşəyi içki (ing. Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur.[1]

Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir.

Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir.[2] Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır.[3] Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.[4]

Bu içkinin bir neçə tanınmış şəxsiyyətlərin ölümünə səbəb olduğu təsdiq edilmişdir. Tənəffüs problemləri olan şəxslərin kodein istifadəsi zamanı ölümcül reaksiya yaradan bu kokteyl bir çox narkotikdən belə olduqca təhlükəlidir.[5][6] Lakin, içkinin təsirləri doza ilə əlaqəlidir və həddindən artıq dozada istifadənin tənəffüs və ya ürək dayanması ilə nəticələnməsi tədqiq edilmişdir.[7]

Kodein-prometazin şərbəti, Jolly Rancher konfeti və Sprite daxil olmaqla bənövşəyi içki hazırlamaq üçün tələb olunan maddələr.

Lean, "psixoaktiv maddələrdən istifadə etməklə ayaqda durmaqda çətinlik çəkmək" mənasını verir.[8] Kokteylin hazırlanmasında istifadə olunan öskürək şərbətlərinin bənövşəyi olması səbəbilə içkiyə "bənövşəyi içki" adı verilmişdir. Kokteyl adətən bənövşəyi rəngdə olur və afro-amerikan əsilli ingilis tərəfindən hazırlanmışdır.[9] Kokteylin digər adlarına sizzurp, şərbət, drank, barre, bənövşəyi jele, wok, Texas çayı, çirkli Sprite və Tsikuni daxildir.[10][11][12]

Kokteylin hazırlanması üçün həm prometazin, həm də kodein ehtiva edən öskürək şərbəti, Sprite, Mountain Dew və ya üzümlü Fanta tələb olunur.[13][14] Öskürək şərbəti və spirtsiz qazlı içki qarışdırıldıqdan sonra qarışığa daha yaxşı dad vermək üçün Jolly Rancher adlı mentollu konfetlər əlavə edilir.[15]

Purple drank kokteylinə əsaslanan bir sıra içkilər qanuni olaraq ABŞ-da satılır.[16] 2008-ci ilin iyun ayında Texas, Hyustonda yerləşən "Innovative Beverage Group", "Drank" adlı bir içki istehsal etməyə başlamışdır. Məhsulun tərkibində kodein və ya prometazinə rast gəlinməsə də, valerian kökü, qızılgül və itburnu kimi bitki mənşəli maddələrin istifadəsilə melatonin hormonunun birləşməsiylə bənövşəyi içki kokteylinin təsirlərini tam olaraq çatdırması barədə iddialar meydana çıxmışdır.[17][18] Ticarət bazarındakı oxşar "anti-enerji" və ya sakitləşdirici içkilər "Purple Stuff", "Sippin siropu" və "Lean" adlarından istifadə edir.[19]

  1. Tamara Palmer. Country Fried Soul: Adventures in Dirty South Hip-hop. Outline Press Limited. 2005. səh. 188.
  2. Melissa Leon. "Lil Wayne Hospitalization: What the Hell Is Sizzurp?". The Daily Beast. 17 mart 2013. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  3. Amina Khan. "Doctor explains sizzurp's powerful high -- and deadly side effects". 18 mart 2013. 2014-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  4. Allison Samuels. "Rapper Lil Wayne and His Struggle With Sizzurp 'Drank'". The Daily Beast. 18 mart 2013. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  5. Marah Eakin. "Learn all about the long, lean history of "sizzurp" with this 7-minute audio primer". A.V. Club. 26 mart 2013. 2017-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  6. "Lil Wayne Hospitalized - In Critical Condition After More Seizures". TMZ.com. March 15, 2013. January 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2014.
  7. "Alcohol Interactions with Other Drugs". Alcohol and Other Drugs Program Public Health Division, Health Department of Western Australia. 1999. 18 yanvar 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 4, 2013.
  8. Richard Klemme, USE OF PROMETHAZINE WITH CODEINE SYRUP: COUGH/COLD EPIDEMIC OR SIGNIFICANT ABUSE? Arxiv surəti 16 may 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib may 16, 2008, at the Wayback Machine, Texas State Board of Pharmacy Newsletter, Volume XXV, Number 2, Spring 2001. The name "lean" refers to "abusers’ propensity of having difficulty in standing up straight."
  9. Bryan Robinson, Cough Syrup Abuse in Texas Takes Center Stage Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine, ABC News, 17 avqust 2005
  10. "Archived copy". oktyabr 26, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: oktyabr 19, 2015.
  11. "(U//LES) LulzSec Release: Arizona "Purple Drank" Warning". Publicintelligence.net. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  12. Shaheem Reid, Lil Wayne On Syrup: 'Everybody Wants Me To Stop ... It Ain't That Easy' Arxivləşdirilib 2010-12-22 at the Wayback Machine, MTV.com, 28 fevral 2008
  13. "Dextromethorphan (Oral Route) Description and Brand Names - Mayo Clinic". www.mayoclinic.org. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2019.
  14. Painter, Kim. "Sizzurp: What you need to know about cough syrup high". USA TODAY (ingilis). 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2019.
  15. "T.I. Arrest -- Sippin' on Sizzurp?". TMZ (ingilis). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2019.
  16. Streit, Kate. "Here's What You Need To Know About Lean—The Cough Syrup Drink That Mac Miller Spoke About Before His Death". Simplemost (ingilis). 2018-09-14. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.
  17. "'Slow Your Roll' With DRANK From Innovative Beverage Group – the World's First Extreme Lifestyle Relaxation Beverage". Yahoo. June 10, 2008. December 2, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 16, 2008.
  18. Adventures in Press Releases: The Anti-Energy Drink Arxiv surəti 4 aprel 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib aprel 4, 2009, at the Wayback Machine By Sarah DiGregorio in Edible News, 4 iyun 2008
  19. Boyce Watkins, Company Makes Money from Deadly Urban Trend: "Sipping Syrup" Arxivləşdirilib 2020-11-02 at the Wayback Machine, AOL Black Voices, 29 sentyabr 2009