Böyük Kaç Rannı
Böyük Kaç Rannı | |
Ölkələr | Hindistan Pakistan |
Sahəsi | 30 000 km2 |
[[commons:Category: Rann of Kutch Vikianbarda|Böyük Kaç Rannı Vikianbarda]] |
Böyük Kaç Rannı (ing. Great Rann of Kutch) — Mövsümdən asılı olaraq bataqlaşan şoranlıq ərazisi. Tar səhrasının bir hissəsini təşkil edir. Qucarat ştatının Kaç dairəsinə daxildir.
Ran sözü (hind. रण) hindi dilindən tərçümədə "şoranlıq" mənasını verir. Ərazisi 30 000 km² ərazini əhatə edir və Kaç körfəzi ilə Hind çayının mənsəbi arasında yerləşir. Şoranlığın şimalı ilə Kaş körfəzinə Luni çayı tökülür. Yağışlar mövsümündə şoranlıq bütünlüklə su ilə örtülür və burada köçəri quşlar müşahidə edilir. Rütübətli illərdə Kaçdan Kambey körfəzinə qədər ərazilər bataqlıqlaşır.
Əvvəllər bölgə Ərəbistan dənizinin şelf ərazisi olmüşdür. Sonradan isə Hind okeanından tektonik preoseslər sayəsində ayrılmış və gölə çevrilmişdir. Bu hələ Makedoniyalı İsgəndərin dönəmindən öncə baş vermişdir. 3000 il öncə isə Racastanın şimalında mövsümdən asılı olan bir çaya çevrilir. 1863-cü ildə Böyük Kaç Rannın geoloji strukturunu Ferdinand stoliç araşdırmışdır.