55°43′30″ şm. e. 24°21′50″ ş. u.HGYO

Aukştaytiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Etnoqrafik bölgə
Aukştaytiya
lit. Aukštaitija
Aukştaytiya Milli Parkında Ukoyas gölü
Aukştaytiya Milli Parkında Ukoyas gölü
Bayraq Gerb[d]
Bayraq Gerb[d]

55°43′30″ şm. e. 24°21′50″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Panevejis və ya Utena[1]
Ən böyük şəhəri Panevejis
Rəqəmsal identifikatorlar
Avtomobil nömrəsi LT
Aukştaytiya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Aukştaytiya (lit. Aukštaitija) — Litvanın şimal-şərqində etnoqrafik bölgə. Aukşaytiya dialekti Aukşaytiya bölgəsindən daha geniş ərazidə danışılır.[2]

Bölgənin adını qeyd edən ən erkən tarixi sənəd 1294-cü ilə aid olan Peter fon Dusburq yazdığı Prussiya torpaqlarının xronikalarıdır. 1420-ci ildə Aukştaytiya sözü Böyük Vitovtun məktubunda qeyd olunur.[1]

Bölgənin qərbində yerləşən Muşos-Nəmunelis və Nevejis düzənlikləri var.[3] Orda Şventoyi çayı axır. Bölgənin təpəli hissəsi də var.[1] Litvanın göllərinin çoxu bu təpəli hissədə İqnalinanın ətrafında yerləşir.[4] Ölkənin ən dərin (Tauraqnas 50,5 m) və ən böyük (Drukşyay) gölləri də Aukştaytiyada yerləşir.[5] Bölgənin şərqindəki 1300 kv.km. ərazisində uzanan Aukştaytiya Milli Parkının ərazisində 126 göl yerləşir.[6]

Aukştaytiyanın böyük hissəsi şərqi Aukştatiya ləhcəsində danışır. Bölgənin qərbi hissəsində (ŞyaulyayKaunas ətrafları) isə qərbi Aukştatiya ləhcəsində danışırlar.[1]

Əhalinin əksəriyyəti katolik litvalılardır. Visaginas şəhərinin ətrafında əhalinin çoxunu ruslar təşkil edir, Birjay ətrafında isə 10% kalvinist litvalıların azlığı var.[6]

Bölgənin qərbi düzənlikləridə çox sayda fermalar mövcuddur. Təpəli şərqdə isə köhnə üslubda saxlanılmış kəndlər var.[7]

Aukştaytiya üçün ənənəvi yeməklər müxtəlif fətir və düşbərə növləridir. Bundan əlavə, bölgədə arpa pivəsinin hazırlaması ənənəsi var[1] və burda həmçinin alma və giləmeyvə şərabları hazırlanır.[8]

  1. 1 2 3 4 5 "ETNINĖS KULTŪROS GLOBOS TARYBA ETNINĖS KULTŪROS GLOBOS TARYBA. Aukštaitija". 2020-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  2. "Etnografinių regionų metai". www.llbm.lt. 17 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2019.
  3. "News Travel". 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
  4. Lithuania by Sakina Kagda
  5. ""Lithuania in the World", No.1, 1999". 2019-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  6. 1 2 "Aukštaitija (Northeast Lithuania)". 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
  7. "THE LITHUANIANS J. Kudirka". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
  8. "Local Taste". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.