Asuman Özdağlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Asuman Özdağlar
Doğum tarixi 16 dekabr 1974(1974-12-16)[1] (50 yaş)
Həyat yoldaşı
Uşağı 2
Atası İsmayıl Özdağlar[d]
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Asuman Özdağlar (16 dekabr 1974[1]) — türk akademikdir.[3]

16 dekabr 1974-cü ildə Özdağlar ailəsində anadan olub.[4]Atası İsmayıl Özdağlar anası isə Zahide Özdağlar olmuşdur. Onun atası İsmail Özdağlar 13 dekabr 1983-cü ildən 15 yanvar 1985-ci il tarixləri arasında Türkiyənin 45-ci hökumətində nazir səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək həbs edilmiş, keçmiş dövlət naziri olmuşdur.

Ankarada Orta Doğu Texniki Universitetinin (ODTÜ) Elektrik mühəndisliyi fakültəsində təhsil alıb. Daha sonra təhsilini ABŞ-da Massaçusets Texnologiya İnstitutunda (MIT) davam etdirib və 2003-cü ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb.[5] Həmin universitetdə dosent (2003), dosent (2008) və professor (2012) vəzifələrində çalışmışdır. Onun tədqiqat sahələrinə qeyri-xətti və qabarıq optimallaşdırma, oyun nəzəriyyəsi, sosial və iqtisadi şəbəkələr, paylanmış optimallaşdırma metodları, şəbəkənin optimallaşdırılması və nəzarəti daxildir. 2017-ci ildə MIT-də Elektrik Mühəndisliyi və Kompüter Elmləri Departamentinin (EECS) yeni rəhbəri təyin edildi. Onun sələfi Anantha Çandrakasan deyir: "Professor Özdağlar ruhlandırıcı tədqiqatçıdır və optimallaşdırma nəzəriyyəsi və alqoritmləri, oyun nəzəriyyəsi və şəbəkələr sahələrində əsl lider kimi ortaya çıxıb".[6]

  1. 1 2 3 4 https://asu.mit.edu/sites/default/files/documents/CV-Ozdaglar.pdf.
  2. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  3. "Asuman". 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  4. "Asuman Özdağlar MIT'te bölüm başkanı oldu". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  5. "Asu Ozdaglar". 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  6. "Asu Ozdaglar named head of Department of Electrical Engineering and Computer Science". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.