40°31′09″ şm. e. 28°49′41″ ş. u.HGYO

Armudlu (Yalova)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Armudlu
40°31′09″ şm. e. 28°49′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 277 km²
Mərkəzin hündürlüyü 14 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.625 nəf. (2018)
Xəritəni göstər/gizlə
Armudlu xəritədə
Armudlu
Armudlu

Armudlu ilçəsiYalova ilinin ilçəsi.

Armudlu ilçəsi Mərmərə dənizinin şərqində, Gəmlik körfəzinin şimalında yerləşir. Elçə şimal-şərqdən Yalova elinin mərkəzi, cənub-şərqdən Gəmlik, şərqdən Orxanqazi, şimal-qərbdən və şimaldan dənizlə əhatə olunmuşdur. Yalova elinin mərkəzinə 55 km, Gəmliyə 27 km məsafədə yerləşən elçənin, Mudanya və İstanbulla dəniz əlaqəsi var.

Armudlu adının "Armodo" və "Armodies" sözlərindən yarandığı düşünülür. Bu sözlərin mənası "Donanma" və "Donanmaya nəzarət edən şəxs"dir. Bundan başqa, tarixən Enrutluq, Emrudili, İmrudili kimi də tanınmışdır. Armudlu adının yaranma tarixçəsilə bağlı iki rəvayət mövcuddur:

  • 1. Bizans kralının qızı Armodiesin bədəninin hər yerində yaralar çıxmışdı. Kral qızının vəziyyətindən utandığı üçün əsgərləri ilə birlikdə qızını müasir mineral bulaqların olduğu yerə gətirmişdir. Qız buradakı termal sularla hər gün çimib və bütün yaraları sağalıb. Kral qızının sağaldığını görüb onu yenidən yanına alır və Armodies adı dəyişərək Armudlu adına çevrilmişdir.
  • 2. Övliya Çələbi isə Armudlu adının necə yarandığı ilə bağlı məşhur Səyahətnaməsində belə yazır: Nahiyədir və naib tərəfindən idarə olunur. Naiblər Bursa bəyi tərəfindən seçilir. Qəsəbə səhraya bitişik, əstrafında çoxlu bağ və armud bağçaları olan gözəl bir yerdir. Ona görə də qəsəbənin adı Armudludur.

Cümhuriyyətin quruluşundan əvvəlki dövr

[redaktə | mənbəni redaktə et]

Armudluda yaşayan ilk insanların kim olduğu və nə vaxt yerləşdikləri məlum deyil. Tarixi qeydlərdə e.ə. V əsrdə Bitiniya Krallığının tərkibində, e.ə. I əsrdən sonra Romalıların tabeliyində, Romanın ikiyə bölünməsindən sonra Bizans İmperiyasının tərkibində, daha sonra gah Bizansın, gah da Səlcuqluların tabeliyində olmuşdur. Son olaraq 1324-cü ildə Orxan Qazinin dövründə Osmanlının tabeliyi altına girmişdir. 1324-cü ildən Osmanlının tərkibinə qatılması, Armudlunun Osmanlıdan öncə də yaşayış mərkəzi olduğunu sübut edir. Bununla bağlı ən önəmli dəlil Övliya Çələbinin Səyahətnaməsində yer alır. Səyahətnamədə, Övliya Çələbi 1050-ci ildə Səfər ayının altıncı günü Mudanya qəsəbəsinə çatdığını və oradan gəmi ilə Bozburun Dokuna gəldiyini yazır. Osmanlı, Armutlunu torpaqlarına qatdıqdan sonra Mudanya və Zeytunbağından gətirdiyi türkləri buraya yerləşdirmişdir. Uzun bir vaxt ərzində türklər və yunanlar burada birgə həyat sürmüşlər.

Türkiyə Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

Cümhuriyyətin elan edilməsilə burada yaşayan yunanlar Armudludan köç etmişlər. Cümhuriyyət dövründə də Yalova elinin formalaşdırılması ilə bağlı olaraq Osmanlıdan qalan "İdarəyi-Ümumiyyəyi-Vilayət Qanunu Müvəqqatı" qanununun işləkliyi qorunub, daha öncə Bursaya bağlı olan ərazi Bursanın el olması ilə birlikdə Gəmlik elçəsinə bağlı bir bucaq olub. Atatürk isə ilk dəfə 9 Avqust 1934 tarixində Armudlu mineral bulaqlarına getmək məqsədilə Armudluya gəlib. Armudlu 6 İyun 1995 tarixində 550 Saylı Qanun Hökmündəki Qərarnamə ilə "elçə" statusu qazanaraq Yalova elinə bağlanıb.

  1. 1 2 GEOnet Names Server. 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]