44°21′58″ şm. e. 38°32′03″ ş. u.HGYO

Arxipo-Osipovka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arxipo-Osipovka
rus. Архипо-Осиповка
Gerb
Gerb
44°21′58″ şm. e. 38°32′03″ ş. u.HGYO
Ölkə  Rusiya
Region Krasnodar diyarı
Tarixi və coğrafiyası
Əsası qoyulub 1864
Mərkəzin hündürlüyü 6 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.991 nəf. (2021)[1]
Milli tərkibi ruslar, ermənilər, ukraynalılar
Rəqəmsal identifikatorlar
Poçt indeksi 353485 — 353488
Nəqliyyat kodu 86141
Xəritəni göstər/gizlə
Arxipo-Osipovka xəritədə
Arxipo-Osipovka
Arxipo-Osipovka
Arxipo-Osipovka xəritədə
Arxipo-Osipovka
Arxipo-Osipovka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxipo-OsipovkaKrasnodar diyarında kənd. Gelencik şəhər-kurort rayonu ərazisinə daxildir. Arxipo-Osipvka kənd dairəsinin mərkəzi.

Kənd Qara dəniz sahilində, Vulan və Teşebs çaylarının hövzəsində yerləşir. Krasnodardan 125 km cənub-qərbdə, NovorossiyskTuapse magistral yolunun üzərində yerləşir. Arxipo-Osipovkanın inzibati yurisdiksiyası altında olan ən yaxın yaşayış məntəqələri şimal-qərbdə Tekos və şərqdə Teşebsdir. Dzubqa və Betta kəndləri çimərlik sahili və kurort yerinin olması baxımından Arkhipo-Osipovka kəndinin qonşudur. Betta xutoru Qara dənizdən 10 km qərbdə yerləşir, avtomobillə ona olan məsafə 36 kilometirdir[2].

Relyeif əsasən dağlıq və dağ ətəyidir. Kənd bütövlükdə sahildən şimala doğru uzanan formaya malikdir. Arxipo-Osipovkanın cənub hissəsi əsasən Rusiyanın və kənarda gələn turistlərin qəbulu və yerləşdirilməsi uyğundur. Mərkəzi çimərlikdən uzaq olan şimal hissəsi əkinçilik və bağçılıq sahəsi üzrə ixtisaslaşıb.

1475-ci ildən sonra bu ərazi bütün Qara dəniz sahilləri ilə birlikdə Osmanlı İmperatorluğunun bir hissəsi idi. 1829-cu ildən Adrianopol sülhü bağlandıqdan sonra ərazi Rusiyaya keçdi. Bundan sonra Vulan çayının mənsəbində, Qara dəniz sahil zolağının dayaqlarından biri olan Mixaylovski qalası inşa edildi.

Qafqaz müharibəsi bitməzdən əvvəl Adıge kəndi Psixop (adıge Psişop) kəndin yerində yerləşirdi. K. H. Meretukovun yazdığına görə, Adıgeylər arasında kənd Tsopsin kəndi kimi də tanınırdı.[3][4]

Müasir qəsəbənin əsası 1864-cü ildə Vulanskaya kəndi kimi qoyulmuşdur.

1889-cu ildə kənd Arxipo-Osipovka adlandırıldı. Kəndə 1840-cı ildə qəhrəmancasına fədakarlıq göstərmiş rus ordusu siravisi Arxip Osipovun adı verlmişdir[5].

1960-cı il martın 8-də kənd kurort şəhəri statusu almışdır.

2010-cu ilin ümum Rusiya əhalinin siyahıya alınmasına görə qəsəbənin əhalisi 7 853 nəfərdir.[6] Milli tərkib baxımdan ruslar üstünlük təşkil edir.

Xalqlar Əhalinin sayı %
ruslar 6 367 81,08 %
ermənilər 328 4,18 %
ukraynalılar 199 2,53 %
digərləri 959 12,21 %
Cəmi 7 853 100 %

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Əsas sənaye obyektləri: ağac emalı sexi, meyvə saxlama, qida istehsalı (şərab, meyvə konservləri və s.).

Kəndin yaxınlığında "Mavi axın" qaz kəmərində təzyiqi saxlayan dünyanın ən böyük qaz kompressor stansiyalarından biri "Sahil" yerləşir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Яндекс Карты". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  3. Walter Richmond [1] Arxivləşdirilib 2021-10-29 at the Wayback Machine, The Northwest Caucasus :Past, Present, Future, pp. 128, Central Asian Studies Series, 2008 ISBN 978-0-415-77615-8
  4. "Топонимы Черноморского побережья. Архипо-Осиповка. Ольгинка". Кавказский узел. 2013-12-20. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
  5. Şablon:Адыгейский топонимический словарь
  6. "Данные Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.