Artur Miller

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Artur Miller
ing. Arthur Miller
Doğum tarixi 17 oktyabr 1915(1915-10-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 fevral 2005(2005-02-10)[2][3][…] (89 yaşında)
Vəfat səbəbi ürək çatışmazlığı, ürək-damar xəstəliyi[d], xərçəng xəstəliyi
Həyat yoldaşları
Təhsili
Fəaliyyəti dramaturq, esseist, ssenarist, jurnalist, romançı, yazıçı, nasir
Fəaliyyət illəri 1935-ci ildən
Üzvlüyü
İmza
ibiblio.org/miller/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Artur Miller (ing. Arthur Miller; 17 oktyabr 1915[1][2][…], Nyu-York, Nyu-York ştatı[4]10 fevral 2005[2][3][…]) — ABŞ dramaturqu.

Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943–1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar.

Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dəki böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri mövzu anlamı səviyyəsinə qaldıra bilirlər.

Məşhur dramaturqun 1968-ci ildə yazılmış "Qiymət" pyesi illüziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadır.

Artur Miller 10 fevral 2005-ci ildə vəfat edib.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Arthur Miller // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Arthur Miller // Internet Broadway Database (ing.). 2000.
  4. 1 2 Миллер Артур // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]