Alqayıt
Alqayıt | |
---|---|
Alqayıt Bayram oğlu Xəlilov | |
| |
Doğum adı | Alqayıt |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | infarkt |
Dəfn yeri |
|
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Aşıq Bayram Xəlilov |
Anası | Seyid Maral |
Təhsili |
|
İxtisası | Tarix-filologiya |
Fəaliyyəti | müəllimlik, şairlik |
Fəaliyyət illəri | 1967–2013 |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | şeir |
Janrlar | qoşma, gəraylı |
Xəlilov Alqayıt Bayram oğlu (28 noyabr 1939, Daşkənd, Basarkeçər rayonu – 12 yanvar 2013, Xırdalan) — Azərbaycanlı aşıq, el şairi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Aşıq Alqayıt 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir.[1]
Aşıq Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" (1998) kitabında Alqayıtın həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.209–213).
Alqayıtın həyatı və yaradıcılığı haqqında 2007-ci ildə Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.116–124).
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Qalx ayağa Azərbaycan" (2000),
- "Yaralı qartal", Bakı, "Hərbi nəşriyyat", 2006, 560 səh., 1000 tiraj.
- "Seyid Bayram ocağı" (2007),
- "Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011
Məqalələri
[redaktə | mənbəni redaktə et]- "Sənətkar ömrü", 2008.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
- 28 noyabrda doğulanlar
- 1939-cu ildə doğulanlar
- Daşkənddə (Göyçə) doğulanlar
- 73 yaşında vəfat edənlər
- 12 yanvarda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- Xırdalanda vəfat edənlər
- Xırdalan qəbiristanlığında dəfn olunanlar
- Daşkənd kənd orta məktəbinin məzunları
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Göyçə şairləri
- Göyçə aşıqları
- Azərbaycanlı aşıqlar
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Göyçədə doğulanlar
- Abşeron rayonunda vəfat edənlər
- Xırdalanda dəfn olunanlar