Aleksandr Puzanov
Aleksandr Puzanov | |
---|---|
rus. Алекса́ндр Миха́йлович Пуза́нов | |
RSFSR-nin Baş Naziri | |
20 oktyabr 1952 – 24 yanvar 1956 | |
Əvvəlki | Boris Chernousov |
Sonrakı | Mixail Yasnov |
22 fevral 1957 – 30 iyun 1962 | |
SSRİ və Rusiyanın Yuqoslaviyadakı səfiri | |
30 iyun 1962 – 12 aprel 1967 | |
SSRİ və Rusiya-nın Bolqarıstandakı səfiri | |
12 aprel 1967 – 4 may 1972 | |
SSRİ və Rusiya-nın Əfqanıstandakı səfiri | |
3 oktyabr 1972 – 10 noyabr 1979 | |
16 oktyabr 1952 – 5 mart 1953 | |
Sov.İKP Kuybışev Regional Komitəsinin birinci katibi | |
19 aprel 1946 – 21 oktyabr 1952 | |
Əvvəlki | Vasili Zhavoronkov |
Sonrakı | Mixail Efremov |
iyun 1944 – aprel 1946 | |
Əvvəlki | Porfiry Hopov |
Sonrakı | Aleksander Boçkarev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lejkovka, Yuryevets, Kostroma quberniyası, SSRİ |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya |
Partiya | Sovet İttifaqı Kommunist Partiyası, 1925-ci il |
Fəaliyyəti | diplomat, siyasətçi, aqronom |
|
|
Təltifləri |
Aleksandr Puzanov (rus. Алекса́ндр Миха́йлович Пуза́нов; 25 oktyabr 1906 – 1 mart 1998, Moskva) — Sovet dövlət xadimi, RSFSR Nazirlər Sovetinin sədri.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Aleksandr Puzanov 12 (25) oktyabr, 1906-cı ildə Lejkovka Kəndli ailəsində anadan olub. Kilsə məktəbində oxuyub. 1926-1930-cu illərdə Plyos Kənd Təsərrüfatı Kollecində oxuyub. 1924-cü ildən Kandaurovski kənd Sovetinin sədri, Puçevski İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. Kolleci bitirdikdən sonra Seredski rayon şöbəsində aqronom işləmişdir. 1931-1933-cü illərdə şəhərətrafı təsərrüfatların İvanovo vilayəti Trestinin direktor müavini vəzifəsində çalışmışdır. 1 mart 1998-ci ildə Moskvada vəfat edən A.Puzanov Vaqankovo qəbiristanlığında dəfn edildi.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1934-1940-cı illərdə SSRİ Xalq Komissarları Sovetinin nəzdindəki Sovet Nəzarəti Komissiyasında, 1940-1943-cü illərdə SSRİ Dövlət Nəzarəti Xalq Komissarlığının baş nəzarətçisi, 1943-1944-cü illərdə SSRİ Dövlət Nəzarəti Komissarının müavini kimi çalışmışdır. 1944-cü ilin iyununda Puzanov Kuibışev İcraiyyə Komitəsinin sədri seçildi. 1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyası Kuybışev vilayət komitəsinin birinci katibi seçildi.
Onun dövründə bölgə həm iqtisadi göstəricilər, həm də sosial-mədəni sahədə mühüm nəticələr əldə etdi. Bunu 1952-ci ildə Puzanovu RSFSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edən İ.V.Stalin qeyd etdi. 16 oktyabr 1952-ci ildə Sov.İKP MK Komitəsinin Rəyasət Heyətinə namizəd olmuşdur. Lakin Stalinin ölümündən sonra 1953-cü il martın 6-da seçilən Sov.İKP MK Rəyasət Heyətinin yeni tərkibinə daxil olmadı.
A.Puzanov N.S.Xruşşovun Krımı Ukraynaya verməsi təşəbbüsünə qarşı çıxdı və buna görə də sonradan (1956-cı ilin yanvarında RSFSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən azad edildi). 1956-cı il fevralın 27-dən 1957-ci ilin fevralına qədər Sov.İKP MK KP MK Bürosunun üzvü idi.
1957-ci ildə diplomatiya sahəsinə keçən Puzanov SSRİ-nin 1957-1962-ci illərdə Şimali Koreyadakı, 1962-1967-ci illərdə Yuqoslaviyadakı, 1967-1972 Bolqarıstandakı, 1972-1979-ci illərdə Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri olmuşdu.
Puzanov o günləri belə xatırlıyır:
Qəfil men Qromıko imzası ilə teleqramma aldım sizin Kabildəki səfir işindən təkidlə azad edilmək istəyinizi nəzərə alaraq başqa işə keçməyiniz qəbul olundu. Qəribədir, mən heç vaxt istəyimi dilə gətirməmişdim. Nə demək olar ki? Hər şey aydın idi. 21 noyabr Birliyə uçdum.[2] Deyirlər ki, onun yerdəyişməsini “sovet səfirliyi müxalifəti dəstəkləyir və zərər verir” fikrini bəyan edən Həfizulla Əmin təkid edirdi[3] |
1979-cu ilin noyabr ayından SSRİ Xarici İşlər Nazirliyinin mərkəzi aparatında işləmişdir. 1980-ci ildən təqaüdçü olan Puzanov Moskvanın mərkəzində yaşayırdı. 1952-1976-cı illərdə Sov.İKP Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Lenin ordeni (3 dəfə, 08.05.1948; 23.10.1956; 24.10.1966);
- "Oktyabr inqilabı" ordeni (22.10.1976);
- "Qırmızı əmək bayrağı" ordeni (22.10.1971);
- Xalqlar Dostluğu ordeni (28.04.1980);
- "Şərəf nişanı" ordeni (24.10.1986);
- Digər medallar.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Коммунистическая партия в портретах её самарских лидеров. 1917—1991 гг.: биографический справочник / сост. Е. Н. Дубровина (отв. сост.), К. А. Катренко, А. Г. Удинцев. Самара: БМВ и К, 2010. С. 144—149.
- Пузанов Александр Михайлович // Большая советская энциклопедия. Изд. 2-е. Т. 35. М.: Большая советская энциклопедия, 1955. С. 284—285.
- Сушков А. Ф. Р. Козлов: от чернорабочего до инспектора ЦК ВКП(б) // Веси [г. Екатеринбург]. 2015. № 9 (115). Ноябрь. Прил. С. 33—90.
- Центральный комитет КПСС, ВКП(б), РКП(б), РСДРП(б): Историко-биографический справочник / Сост. Ю. В. Горячев. М.: Издательский дом «Парад», 2005. 496 с.
- Чернев А. Д. 229 кремлёвских вождей. Политбюро, Оргбюро, Секретариат ЦК Коммунистической партии в лицах и цифрах. Справочник. М.: Журнал «Родина», Научный центр «Руссика», 1996. 333 с.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Пузанов Александр Михайлович". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Наш обозреватель попытался восстановить цепь событий, финалом которых стал штурм дворца Амина". 12 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Совершенно СЕКРЕТНО — Ошибка нелегала «Миши»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- 12 oktyabrda doğulanlar
- 1906-cı ildə doğulanlar
- 91 yaşında vəfat edənlər
- Uzunömürlülər
- 1 martda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- Vaqankovo qəbiristanlığında dəfn olunanlar
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 25 oktyabrda doğulanlar
- Moskvada vəfat edənlər