Adolf Butenandt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adolf Butenandt
Adolf Friedrich Johann Butenandt
Doğum tarixi
Doğum yeri Bremerhaven Almaniya
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Münhen Almaniya
Vətəndaşlığı  (alm.)
Milliyyəti Alman
Elm sahələri Üzvi kimya, Biokimya
Elmi dərəcələri
İş yerləri
Təhsili Göttingen Universiteti
Elmi rəhbəri Adolf Vindaus
Üzvlüyü
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adolf Friedrich Johann (24 mart 1903[2][3][…]18 yanvar 1995[2][3][…], Münxen[1])— Alman biokimyaçısı

O, cinsi hormonlar üzərində işinə görə 1939-cu ildə Lavoslav Ruziçka ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya Müharibəsi səbəbindən mükafatını 1949-cu ildə–müharibədən sonra ala bilib.

Marbur Universiteti və Göttingen Universitetində təhsil alıb.

1927-ci ildə Göttingen Universitetində doktorluq dərəcəsi almışdır. Daha sonra bu məktəbdə və Danziq Texniki Universitetində dərs demişdir. 1936-cı ildə Kayzer Vilhelm İnstitutunun, daha sonra Maks Plank İnstitutunun direktoru oldu. 1960-1972-ci illərdə Maks Plank Elmin İnkişafı Assosiasiyasının prezidenti olub.[4]

Butenandt qadınlarda cinsi inkişafı və funksiyaları tənzimləyən estron hormonunu, daha sonra isə kişi cinsi hormonlarından biri olan androsteronu və qadınlarda progesteronu müəyyən edə bildi. Bu gün kortizonun genişmiqyaslı istehsalı Butenandtın bu mövzudakı işindən irəli gəlir.

  1. 1 2 3 Butenandt , Adolf Friedrich Johann // Annuaire prosopographique : la France savante. / red. B. Delmas 2009.
  2. 1 2 Adolf Butenandt // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Adolf Friedrich Johann Butenandt // Brockhauz Ensiklopediyası (alm.).
  4. "Butenandt". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.