Adnan Qəhvəci
Adnan Qəhvəci | |
---|---|
türk. Adnan Kahveci | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 1993 (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, mühəndis, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Adnan Kahveci (türk. Adnan Kahveci; 20 fevral 1949, Trabzon – 5 fevral 1993, Bolu) — elektrik mühəndisliyi üzrə professor, sabiq Türkiyə deputatı, sabiq maliyyə və gömrük naziri.
Həyatı
[redaktə | vikimətni redaktə et]1949-cu ildə Trabzonun Körpübaşı mahalı Beşköy diyarının Yılmazlar kəndində anadan olmuşdur. İbtidai məktəb illərində "Milliyyət" qəzetinin keçirdiyi yarışmada birinci olmuşdur. Təhsilinə İstanbul Kabataş Liseyində davam etmişdir. 1966-cı ildə cari ilin birincisi kmii məzun olmuşdur. Universitetə qəbul imtahanında birinci olmuş və İstanbul Universitetinə daxil olmuşdur. Təhsilinə ABŞ-də İndianadakı Purdue Universitetində davam edərək elektrik mühəndisi ixtisası üzrə məzun olmuşdur. Missuri Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu universitetdə bir müddət akademik işlərinə davam etdikdən sonra Türkiyəyə qayıdaraq Boğaziçi Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
Universitetdəki vəzifəsindən sonra Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyində texniki məsləhətçi vəzifəsi ilə siyasi həyata addım-addım yaxınlaşır. Qorqud Özala məsləhətçiliklə başlayan bürokratiyayla tanışlığı 12 sentyabrdan sonra Turqut Özala məsləhətçiliklə davam etdi. 12 sentyabr dövründə Baş nazirlik müşavirliyinə təyin edildi və o dövrdə Turqut Özalla tanış oldu.
5 fevral 1993-cü ildə həyat yoldaşı və iki uşağı ilə birlikdə Bolu-Gərədə yaxınlarında şosedə əks yola girərək yol qəzası keçirdi. Yol qəzası saxta olaraq hazırlanmış yol vasitələri ilə Adnan Kahveçinin əks yola girməsinə səbəb olmuşdur. Hadisə yerində Adnan Kahveçinin yoldaşının ürəyi hadisə yerində dayanmışdır. Oğlu Cihan Kahveçi qəzada ölməmişdir. Adnan Kahveçi, yoldaşı və qızı xəstəxanada həyatlarını itirmişdir. Adnan Kahveçi və yoldaşı hadisə anında həyatlarını itirərkən, 17 yaşındakı uşaqları Əslixan Ceylan Kahveçi yaralı olaraq xilas oldu, ancaq komaya girdi və 10 gün sonra öldü. Adnan Kahveçinin məzarı yoldaşı və qızıyla birlikdə İstanbulun Anadolu hissəsində Qartal-Yaxacıq qəbiristanlığındadır.
Ən çox istifadə etdiyi ifadə: "Məncə bir insanın uğurlu olub-olmaması o insan ölənə qədər bəlli olmur".
Haqqında Türkiyənin televiziya kanallarından biri TRT-də "Tanıklar" serialı göstərilib.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 20 fevralda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Trabzonda doğulanlar
- 5 fevralda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- 43 yaşında vəfat edənlər
- Türkiyədə vəfat edənlər
- Ana Vətən Partiyasının üzvləri (Türkiyə)
- Perdyu Universitetinin məzunları
- Kabataş liseyinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- TBMM XVIII çağırış deputatları
- TBMM XIX çağırış deputatları
- Üstü açılmamış cinayətlər
- Yol-nəqliyyat hadisəsində ölənlər