Adenoidlər
Adenoidlər | |
---|---|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Adenoidlər (lat. adenoid, yun. ἀδήν — vəz) – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələri. Burun tənəffüsündə çətinlik, eşitmə itkisi və digər pozuntulara səbəb olur.[1]
Adenoid termini adenoidlərin hipertrofiyasına, udlaq badamcıqların anormal böyüməsinə istinad etmək üçün də istifadə olunur.[2]
Əsas məlumatlar
[redaktə | mənbəni redaktə et]Adenoidlər boğazın arxa divarında, təxminən dilçəkdən (ağız boşluğunun ortasından sallanan damcı şəkilli ət parçası) yuxarıda yerləşir.[3] Udlağın adi müayinəsi zamanı bu badamcıqlar görünmür, onu müşahidə etmək üçün xüsusi alətlər tələb olunur. Adenoidlər, üst damaq badamcıqlarından fərqli olaraq, çoxtəbəqəli epitelə malikdir.
Adenoidlərin inkişafına burun boşluğunun və badamcıqların selikli qişasının iltihabına səbəb olan xəstəliklər (qızılca, skarlatin, qrip, yuxarı tənəffüs yollarının kəskin və xroniki iltihabi xəstəlikləri və s.) səbəb olur.
Uşaqlarda
[redaktə | mənbəni redaktə et]Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır.
Fəsadları
[redaktə | mənbəni redaktə et]Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər:
- haymorit, eşitmə boruları dəliklərinin adenoidlərlə tutulmasından otitlər yarana və eşitmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.
- uşaq ağızla nəfəs aldığından orqanizmə nisbətən az oksigen daxil olur. Nəticədə psixi inkişafda ləngimələr baş verir, onlar diqqətsiz olur, tez yorulurlar.
- düzgün nəfəs alınmadığından üzün formasında dəyişiklik yaranır,[4] dişlər yerinə düzgün oturmur. Valideynlər diş əyrilikləri üçün ortodontlara müraciət edirlər. Lakin bu problemin ilkin səbəbi məhz nəfəsalmada olan problemdir.
Adenoidüz xüsusiyyətlərinə ağızdan nəfəs alma, uzadılmış üz forması, çıxıntılı kəsici dişlər, çənə hipoplaziyası, qısa üst dodaq və qaldırılmış burun dəlikləri daxildir.[5]
Diaqnostikası
[redaktə | mənbəni redaktə et]Bir neçə diaqnostik üsul var:
- Burun-udlağın rentgenoqrafiyası. Lakin xəstənin radiasiyaya məruz qalması ilə əlaqələndirilir.
- Kompüter tomoqrafiyası - əvvəlkindən daha informativ, lakin olduqca bahalı.
- Endoskopik üsul adenoidlərin diaqnostikasında “qızıl standart”dır, həm burun vasitəsilə – “endoskopik rinoskopiya”, həm də ağız boşluğundan “endoskopik epifaringoskopiya” vasitəsilə həyata keçirilir.
- Arxa rinoskopiya — xüsusi güzgü vasitəsilə ağızdan baxmaq "klassik" üsul, bəzən kiçik yaşlı uşaqlarda yerinə yetirmək çətin olur.
Müalicəsi
[redaktə | mənbəni redaktə et]Müalicə otorinolarinqoloq tərəfindən aparılır. Adenoidlərə müdaxilə səbəbləri və əsasları aşağıdakılardır:
- Adenoidlər çox böyük olduğundan burunun arxa divarını bağlayır və nəfəs almanı çətinləşdirir. Bu isə əməliyyat zərurəti yaradır. Uşaq ağızla nəfəs alır, xoruldayır, narahat yatır. Adenoidlər böyüdükdə qulaq iltihabına səbəb olur və buna adətən, məktəbəqədər yaşlı uşaqlarda rast gəlinir.
- Adenoidlərin böyüklüyü burun seliyinin daim axmasına və ya qulaq iltihabı olan uşaqlara adenomaların əməliyyatı məsləhət görülür.
- Orta qulaq iltihabı kimi, böyümüş adenomalar sinus iltihablarına səbəb ola bilər. Bir çox cərrahlar kəskin sinus problemləri olan uşaqların cərrahi müdaxiləsini məsləhət görürlər.
Adenoid xəstəliyi konservativ və ya cərrahi yolla müalicə oluna bilər (adenoidlərin çıxarılması — adenotomiya).
Adenotomiya
Adenoidlərin çıxarılması üçün mütləq göstərişlər bunlardır:
- apnoe — konservativ müalicəyə uyğun deyil
- burundan nəfəs almanın mümkün olmaması — konservativ müalicəyə uyğun deyil
- 3 aydan çox davam edən eşitmə itkisi
- orta irinli otitin fəsadları
Adenotomiya ümumi anesteziya altında 15-20 dəqiqə ərzində davam edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Энциклопедический словарь медицинских терминов. В 3-х томах. 1 (100000 nüs.). Москва: Советская энциклопедия. Главный редактор Петровский, Борис Васильевич. 1982. "Архивированная копия". 2011-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-09.
- ↑ "Definition of ADENOID". www.merriam-webster.com (ingilis). 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-05.
- ↑ Малая медицинская энциклопедия. 1 (под ред. В. И. Покровского). М.: Советская энциклопедия. 1991. ISBN 5-85270-040-1. "Архивированная копия". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-09.
- ↑ Jefferson, Yosh. "Mouth breathing: adverse effects on facial growth, health, academics, and behavior". General Dentistry. 58 (1). 2017-02-01: 18–25, quiz 26–27, 79–80. ISSN 0363-6771. PMID 20129889.
- ↑ Wahba, Mohammed. "Adenoid facies". Radiopaedia.org. Radiology Reference Article. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-06.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Anatomy diagram: 25420.000-1". Roche Lexicon - illustrated navigator. Elsevier. 2015-02-26 tarixində arxivləşdirilib.
- Adenoids: What They Are, How To Recognize Them, What To Do For Them
- Histology at usuhs.mil
- Histology at udel.edu
- /drtbalu otolaryngology online