Anna Ketli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anna Ketli
Şəxsi məlumatlar
Doğum tarixi 16 noyabr 1889(1889-11-16)[1][2]
Doğum yeri Avstriya-Macarıstan İmperiyası, Budapeşt
Vəfat tarixi 7 sentyabr 1976(1976-09-07)[1][2] (86 yaşında)
Fəaliyyəti siyasətçi
Dini latın kilsəsi[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna Ketli (mac. Anna Kéthly, 16 noyabr 1889-cu il, Budapeşt, Avstriya-Macarıstan — 7 sentyabr 1976-cı il, Blankenberge, Belçika) — XX əsr, sosial-demokratiya istiqamətli macarıstan siyası xadimi. 1945–1948-ci illərdə Macarıstan sosial-demokrat partiyasının parlament fraksiyasındakı rəhbəri. 1956-cı ildə Macar inqilabı zamanı partiyanın yenidən yaradıcısı.

Anna doqquz uşaqlı kasıb bir ailədə anadan olmuşdur. 1917-ci ildə o Macarıstan sosial-demokrat partiyasına daxil olmuş və tezliklə partiyanın ən fəallarından biri oldu. 1919-cu Ketli partiya komitəsinə seçildi. Növbəti ildən isə Anna partiya qazeti olan "Népszava"da müxtəlif yazılar yazmağa başladı. 1922-ci ildə sosial-demokrtalar partiyasından parlamentə seçildi və ardıcıl olaraq 1944-cü ilə kimi parlamentdə partiyasını təmsil etdi. Faşit işğalı zamanı Budapeşti tərk etmiş və saxta sənədlə yaşamışdır.

II Dünya Müharibəsindən sonra Ketli yenidən siyasi fəallığ artdı və Macarıstan Sosial Demokrat Partiyasının yenidən qurulmasına dəstək oldu. 1945-ci ilin aprelində Müvəqqəti Millət Məclisinin üzvü və həmin ilin noyabr ayında keçirilən ümumi seçkilərdə yenidən parlamentə seçildi, bu dəfə Sosial Demokrat fraksiyasının sədri, eyni zamanda parlamentin vitse-spikeri seçildi. Müharibədən sonrakı Macarıstanda, partiyası Macarıstan Kommunist Partiyası ilə Macarıstan Zəhmətkeşlər Partiyalarının əsas rəqibi idi. 1948-ci ilin martında baş verən partiya daxili mübarizə nəticəsində o partiyadan uzaqlaşdırıldı və qısa müddət sonra parlamentdəki yerini itirərək 2 il ev dustağı edildi.

1950-ci ilin iyun ayında Ketli Sosial Demokrat Partiyasının bir neçə üzvü ilə birlikdə kommunist hökuməti tərəfindən həbs edildi. 1954-cü ilin yanvarında üç illik həbsdən sonra ona casusluq və dövlət əleyhinə cinayət ittihamı irəli sürüldü. Ketli ömürlük həbs cəzasına məhkum edildi. Qərb sosialist partiyalarının və beynəlxalq təzyiqlərindən sonra əfv olundu və sərbəst buraxıldı, lakin daimi nəzarət altında qaldı.

  1. 1 2 Anna Kéthly // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Anna Kethly // Munzinger Personen (alm.).
  3. https://library.hungaricana.hu/hu/view/OGYK_Almanach_1939-1944/?query=%22K%C3%A9thly%20Anna%22&pg=219&layout=s.