Anton Çexovun evi
Anton Çexovun evi | |
---|---|
Əsası qoyulub | 1924 |
Ölkə | |
Yerləşir | Taqanroq |
47°12′25″ şm. e. 38°55′53″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Anton Çexovun evi — Rusiyanın Taqanroq bölgəsində məşhur yazıçı Anton Çexovun anadan olduğu evdir. Hal-hazırda yazıçının ev muzeyi kimi fəaliyyət göstərir. Ev 1859-cu ildə Çexov küçəsində (əvvəlki adı ilə Kupeçeskaya küçəsi. Yazıçının ölümündən dərhal sonra 1904-cü ildə şərəfinə adlandırılıb) başqa şəxsə malik bağda kiçik tikili şəklində inşa edilib. Kiçik tikilinin sahəsi 30.5 m2 idi. Ev və torpaq sahələri 1860-cı ildə tacir Qnutov, 1880-1915-ci illərdə isə burjua Kovalenkoya məxsus olmuşdur.
Pavel Yeqoroviç Çexov və ailəsi (həyat yoldaşı Yevqeniya Yakovlevna və onların iki oğlu - dörd yaşlı Aleksandr Çexov və 2 yaşlı Nikolay Çexov) 1859-cu ilin dekabrında bu tikilini icarəyə götürdülər. Anton Çexov 17 yanvar 1860-cı ildə bu evdə anadan olub. 1861-ci ilin mart ayında Pavel Yeqoroviç Çexov ailəsi ilə başqa bir mənzilə köçdü.
1910-cu ildə 1905-ci ildə yazıçı Yevgeni Qarşin tərəfindən qurulan Çexov Dərnəyinin təşəbbüsü sayəsində Çexovun doğulduğu evə xatirə lövhəsi qoyuldu.1916-cı ildə Taqanroq şəhər bələdiyyəsi Çexov dərnəyinin təşəbbüsünü dəstəklədi və Anton Çexovun evini qorumaq üçün Çexov küçəsi 69-da ev və torpaq sahələrini satın aldı. 1920-ci ilin dekabrında ev bütün kirayəçilərdən azad edildi və 1921-ci ildə təmir edildi. 1924-cü ildə yazıçının gəncliyini izah edən ilk sərgi açıldı.
1935-ci ildə Mariya Çexova və Olqa Knipper Anton Çexovun anadan olmasının 75-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Çexovun doğma şəhərinə, Taqanroq şəhərinə gəldi. Səfər çərçivəsində Maria Çexova Yalta şəhərindən gətirdiyi bir neçə Anton Çexov və ya Çexov ailəsinin xatirələrini Taqanroqdakı xatirə muzeyinə hədiyyə etdi.
Rusiya Prezidenti Dmitri Medvedyev Çexovun anadan olmasının 150 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində 29 yanvar 2010-cu ildə xatirə muzeyini ziyarət edib.[1]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
1910-cu ilə aid köhnə poçt kartında Anton Çexovun evi
-
2006-cı ilin mayında Anton Çexovun xatirə muzeyi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Taqanroq Ensiklopediyası (Энциклопедия Таганрога), 2-ci nəşr, Taqanroq, 2003
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The President of Russian Federation Dmitri Medvedev participated in celebrating the 150th anniversary of the great Russian writer Anton Chekhov in the writer's home city of Taganrog". 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.