Ampeloqrafiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ampeloqrafiya (yun. (ἄμπελος, "şərab" + γράφος, 'yazmaq') – mühit və insan fəaliyyətinin təsiri altında üzüm növləri və sortlarının əlamətlərinin dəyişilməsi qanunauyğunluqları haqqında elm. Ümumi və xüsusi Ampeloqrafiya kimi 2 hissədən ibarətdir. Ümumi Ampeloqrafiya. üzümkimilər fəsiləsinin sistematikasını, sortların təsnifatını və mənşəyini, xüsusi Ampeloqrafiya. isə ayrı-ayrı sortların botaniki təsvirini, onların aqrobioloji və texnoloji xarakteristikasını öyrənir. Üzüm sortlarının təsviri Beynəlxalq Ampeloqrafiya Komissiyasının qəbul etdiyi vahid sistem üzrə aparılır. Ampeloqrafiya üzümün seleksiyası və sortlar üzrə rayonlaşdırılması, onun yeni rayonlara yayılması məsələlərini həll edir. Ampeloqrafiya terminini ilk dəfə 1661-cı ildə Polşa alimi F.Y.Saks təklif etmişdir. Ampeloqrafiyanın elmi əsasları isə 1806-cı ildə İspan alimi S.Klemente tərəfindən qoyulmuşdur. Azərbaycanda Ampeloqrafiya məsələləri ilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu və onun təcrübə təsərrüfatları məşğul olur. Bu sahədəki tədqiqatların nəticələri R.Allahverdiyevin “Azərbaycan SSR ampeloqrafiyası” (rus dilində) əsərində ümumiləşdirilmişdir.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 452. ISBN 978-9952-441-02-4.