Aşqar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır.

Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bentsın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pfortshaym şəhərindən Manhaym şəhərinə avtomobillə səyahət etmişdir.

XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi.

Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır. Bu - 1919-cu ildən aviasiya yanacağına əlavə edilən və onun oktan ədədini yüksəldən Ekstalin (M-metilalanin) idi. 1929-cu ildə GM şirkəti tetraetil qurğuşunu detonasiyaya qarşı aşqar kimi istifadə etməyə başladı. İkinci Dünya Müharibəsi zamanı Almaniyada aşqarların üzərində daha çox işləyirdilər. Bu, Vermaxt tanklarının əksəriyyətinin karbürator mühərriklərilə təchiz olununmasi ilə əlaqədar idi. Həmçinin keyfiyyətli neft mənbələrinin olmaması benzinin həddindən çox aşağı keyfiyyətə malik olduğuna gətirib çıxarırdı. Hal hazırda yanacağın ekoloji və istismar keyfiyyələtinə qoyulan tələblərin sərləşməsi dizel və benzin yanacağının istehsaıçıları tərəfindən xüsusi kompozisiyalı aşqarlardan istifadə edilməsini tələb edir.

Aşqarların növləri

[redaktə | mənbəni redaktə et]
  • depressor aşqarları;
  • yeyilməyə qarşı;
  • yuyucu;
  • oksidləşməyə qarşı;
  • dispersedici;
  • yuyucu-dispersedici;
  • korroziyaya qarşı;
  • köpüklənməyə qarşı;
  • bərpaedici; və s.

Aşqarların çoxu çoxfunksiyalıdır. Əmtəə yağlarında aşqarların ümumi miqdarı 15-20% təşkil edir. Aşqarların nəqlini, saxlanılmasını və baza yağlarında həll edilməsini asanlaşdırmaq üçün tərkibində depressor və özlülük aşqarları olan aşqar paketlərindən istifadə olunur. Adətən motor yağına aşağıdakı aşqarlar daxil olur:

  • Külsüz dispersedici aşqarlar (dispersantlar);
  • detergentlər;
  • oksidləşməyə qarşı;
  • yeyilməyə qarşı;
  • korroziyaya qarşı;
  • köpüklənməyə qarşı;
  • depressor aşqarları.

Neft və neft məhsullarının donma temperaturunu aşağı salan depressor aşqarları

[redaktə | mənbəni redaktə et]

Bu qrup aşqarlar uzun molekulyar zəncirli və ağır molekulyar çəkili polimerlərdir.

Təsir mexanizmi olduğuna görə parafinli neft və mazutlarda adətən aşağı temperaturlarda yaranan parafin kristallarının əmələ gəlməsinin qarşısını alırlar. Bu aşqarlar neft və neft məhsullarının donmasına səbəb olan kristalları modifikasiya edir və parafin matrisalarının böyüməsinin qarşısını alır.

Neft və neft məhsullarının boru kəmərlərindən ötürülməsi zamanı axıcılıq xassələrini yaxşılaşdırması üçün onlara depressor aşqarları əlavə edirlər. Depressor aşqarları neft və neft məhsullarının başqa xassələrinə heç bir təsir göstərmir və onların tərkibində olan aşqarlarla qarşılıqlı əlaqəyə girmirlər. Bu növ aşqarlar distillyasiya prosesində məhv edilir və alınan distillatın keyfiyyətinə heç bir təsir göstərmir.[1]

Detergent-dispersləşdirici aşqarlar

[redaktə | mənbəni redaktə et]

Detergent-dispersləşdirici aşqarlar - şərti olaraq iki qrupa bölünür: küllü və külsüz.

Küllü detergent-dispersedici aşqarlar

[redaktə | mənbəni redaktə et]

Bu qrup aşqarlara alkilfenol, salisilat, alkilsalisilat və qismən tiofosafatlar daxildir.

Mühərrikin yüksək temperatur iş rejimlərində lazımi təmizliyini təmin edir.

Külsüz detergent-dispersedici aşqarlar

[redaktə | mənbəni redaktə et]

Yuyucu və dispersedici aşqarlara əsas etibari ilə müxtəlif metalların fenolyatları, əvəzolunmuş fenollar, onların sulfid və disulfidləri, əvəzolunmuş fenollar və formaldehidin kondensasiya məhsullarının fenolyatlarıdır.

Detergent-dispersedici aşqarlar yağa dispersedici və yuyuculuq xassələri verir. Yağlara qoyulan əsas tələblərdən biri – mühərrikin hissələrində his və lak çöküntülərinin əmələ gəlmə meyilliyinin aşağı olmasıdır. Çöküntülərin yaranması mühərrikin istismarı zamanı yağların oksidləşmə stabilliyinin kifayət qədər az olması ilə izah olunur. Detergent-dispersedici aşqarların əlavə edilməsi mühərrikin aşağı temperatur iş rejimlərində qurum əmələ gəlməsinin qarşısını alırlar.

Detergent-disperedici aşqarların azalma səbəbi işlək yağda həll edilməyən kondensasiya olunmuş oksidləşmə məhsullarının yığılması ilə izah olunur. Eyni zamanda aşqarın qələvi ədədi aşağı düşür.Detergent-dispersedici aşqarların istehsalı bütün aşqar istehasılının 64% təşkil edir.

Yeyilməyə qarşı aşqarlar

[redaktə | mənbəni redaktə et]

Sürtünməyə məruz qalan avtomobil mühərriyinin detallarına yağın yeyilməyə qarşı təsirinin artırılması üçün istifadə olunur.

Yeyilməyə qarşı aşqarların çoxu sinkin dialkilditiofosfat duzlarıdır.

Bu aşqarların aktiv inqrediyentləri detalların metal səthi ilə kontaktı nəticəsində onların üstündə mühafizəedici təbəqə yaradır. http://dic.academic.ru/

Oksidləşməyə qarşı aşqarlar

[redaktə | mənbəni redaktə et]

Bu aşqarlar - sinkin dialkil- və ditiofosfat duzları, külsüz ditiofosfatlar, müxtəlif metalların ditiokarbonatları, fenolun törəmələri və s.

Oksidləşməyə qarşı aşqarların təsir mexanizmi əmələ gələn azad radikalları stabil birləşmələrə çevirilməsi və hidroperoksidləri parçalanmasından ibarətdir. Bu aşqarlar yağın oksidləşmə sürətini və oksidləşmə məhsullarının yağda yığılma sürətini azaldır.[2]

Paslanmaya qarşı aşqarlar

[redaktə | mənbəni redaktə et]

Yanacağın boru kəmərləri vasitəsilə nəql edildiyi, motorlu nəqliyyat vasitələrində və ya metal konteynerlərdə uzunmüddətli saxlanması, eləcə də dəniz və dəniz donanmasının gəmilərində geniş subasma zamanı mühafizəsi üçün nəzərdə tutulmuşdur.

Mühafizəedici aşqarların rolu

[redaktə | mənbəni redaktə et]

Yanacaqların metallara korroziya təsiri yanacaqların korroziya məhsulları ilə çirklənməsinə səbəb olur, bu da yanacaqların nasosla vurulma qabiliyyətini və onların yeyilməyə qarşı xassələrini pisləşdirir. Bundan əlavə, boru kəmərləri, rezervuarlar və yanacaq baklarının materialı korroziya nəticəsində sıradan çıxır. Birbaşa qovulan yanacaqlarda mühafizəedici təsirə malik kifayət qədər heteroatomlu birləşmələr var. Tərkibində korroziyaya qarşı müqavimətin azaldılması ilə xarakterizə olunan spirt tərkibli yanacaqlara mütləq mühafizəedici aşqarlar əlavə edilməlidir. Bu cür yanacaqların istehsalının artması ilə əlaqədar olaraq mühafizəedici aşqarların rolu artır.

1930-cu illərin ortalarında, paslanmaya qarşı metal səthləri passivləşdirən natrium xromat və nitrit tətbiq olunurdu. 1946-cı ildə Sinclair Oil Co şirkəti ilk dəfə olaraq, yanacaqda həll olan PD-119 inhibitorunu tətbiq etdi. O vaxtdan etibarən, ABŞ-də bu aşqarın tətbiqi həcminə görə yanacaqlara əlavə olunan bütün aşqarlar arasında birinci yerdədir. 1990-cı illərin ilk yarısında ABŞ-da aşqarların illik orta istehlakı min tondan çox idi: paslanma inhibitorları - 40, antioksidantlar - 26, depressorlar -10, stabilizatorlar - 8, digər (yuyucu, antistatik, deaktivatorlarmetallar və s.) - 38. Yanacaqlara aşqarların tətbiq olunduğu yerlərdə onlar praktiki olaraq tətbiq edilmir, çünki ABŞ-da və digər inkişaf etmiş ölkələrdə çoxfunksiyalı yuyucu aşqarlar kifayət qədər səmərəlidir.

Təsir prinsipi

[redaktə | mənbəni redaktə et]

Korroziya kimyəvi və elektrokimyəvi yollarla baş verir. Birinci halda, proses ilk növbədə əvvəldən yanacaqda olan və ya oksidləşmə zamanı əmələ gəlmiş kimyəvi fəal birləşmələrin metallarına birbaşa təsiri nəticəsində baş verir. Bunlar aqressiv kükürd birləşmələri (merkaptanlar, hidrogen sulfidi, elementar kükürd) və üzvi turşulardır. Avtomobil yanacaqlarında bu növ aşqarlar istifadə edilmir. Standart yanacaqlarda korroziyaya səbəb olan komponentlər olmamalıdır. Elektrokimyəvi korroziya kondensasiya etmiş suyun təsiri nəticəsində fazalar arasındakı sərhəddə baş verir. Aşqarlar səthi-aktiv maddələr (SAM) olub təsir prinsipinə görə iki qrupa bölünür. Birincisi (nitratlı yağlar, ikivalentli metalların alkilsulfonatları) mühafizə olunan səthdə oksidləşdiricinin təsirinə mane olan möhkəm hemosorbsiya təbəqəsi formalaşdırır. İkincisi (üzvi turşuların efirləri və duzları və s.) yanacaq-su sərhəddində səthi gərginliyi azaldır və metalların yanacaqla nəmləndirilməsini artırır və bununla da suyu metalın səthindən çıxarır. Əmtəə mühafizəedici aşqarları çox vaxt hər iki növ SAM-dan ibarət olub sinergetik effektlər nümayiş etdirən kompozisiyalardır.

Korroziya əleyhinə işlədilən aşqarlar – sürtkü yağlarının tərkibində olan naften turşuları iri və ya kiçik molekullu ola bilər. Təcrübə göstərmişdir ki, kiçik molekullu naften turşuları mühərrik hissəciklərini böyük molekullu turşulara nisbətən daha tez sıradan çıxarır. Odur ki, sürtkü yağlarını mühərrikdə işlətməzdən əvvəl ona korroziya əleyhinə işlədilən aşqarlar əlavə edilməlidir. Belə aşqarlar sürtünən metal hissələri ilə yağ arasında nazik təbəqə əmələ gətirir və metalın yeyilməsinin qarşısı alınır. Hazırda korroziya əleyhinə işlədilən aşqarlardan üzvi birləşmələrin fosforlu və küküfdlü birləşmələri tətbiq edilir. Bu birləşmələrin sürtkü yağlarına tətbiqini professorlardan N.İ.Çernojukov, Y.A.Pinkeviç və S.E.Kreyn öyrənmişdir.

Effektlilik göstəricisi

[redaktə | mənbəni redaktə et]

Tərkibində aşqar olan yanacaqların korroziya aktivliyi aşağıdakı üsullarla müəyyən edilir:

  • suyun kondensasiyası şəraitində;
  • elektrolit iştirakı ilə;
  • Pinkeviç qurğusunda.

Suyun kondensləşməsi şəraitində КТКВ (ГОСТ 18597-73) korroziya xüsusi kolbada müəyyən edilir. Burada kolbaya aşqarlı yanacaq, metal (polad və ya bürünc) lövhə və ayrı bir qabda - su yerləşdirilir. Kolba (benzin üçün - 60 °C, dizel yanacaqları üçün - 120 °C-ə qədər) qızdırılır. Eyni zamanda, su tədricən buxarlanır və onun buxarları yanacağın üzərində yığılır. Sınaq 4 saat ərzində aparılır, bundan sonra korroziya nəticəsində lövhənin itirdiyi çəki müəyyən edilir.

Elektrolitin iştirakı ilə (ВНИИ НП: С.К.Кюрегян, К.А.Демиденко) korroziyanın qiymətləndirilməsi daha sərt üsuldur. Burada suyun əvəzinə dəniz duzunun 10%-li məhlulundan istifadə edilir. 60 °C-də aparılan sınaqlar zamanı yanacaq və su qarışığından 4 saat ərzində hava verilir. Mühafizəedici aşqarların müqayisəli qiymətləndirilməsi zamanı yanacaq əvəzinə etalon kimi qarılşıq İT (izooktan - 80% və toluol - 20%) götürülür. Üsul yanacağın keyfiyyətinin qiymətləndirilməsi üçün üsullar kompleksinə daxildir.

Pinkeviç üsulu

[redaktə | mənbəni redaktə et]

Pinkeviç üsulu (ГОСТ 5162-49) əsasən mühərrik yağları üçün işlənmiş və istifadə olunur, lakin aşqarlı dizel yanacaqlarının müqayisəli qiymətləndirilməsi üçün münasibdir, belə ki, sərt şəraitdə həyata keçirilir. Bunun sayəsində nümunələr arasındakı fərq daha aydın görünür. Üsulun mahiyyəti yanacaq və duzlu suyun (1.7% NaCl) 80 °C-də hava ilə fasilələrlə təmasda olmasından ibarətdir.

İstənilən halda, korroziya fəallığı tədqiq olunan metaldan hazırlanmış lövhə kütləsi itkisinin sahə vahidinə nisbəti kimi hesablanır.

Bəzən mühafizə əmsalı aşqar hesabına azalan korroziyanın aşqarsız yanacaqda metalın korroziyasına nisbəti ilə hesablanır.

1970-ci illərdə metalların korroziyası inhibitoru kimi yanacaqlara küllü Akor-1, və təcrübi qaydada, НГ-203 и БМП (külsüz aşqar) kimi təqdim edilirdi. Əvvəllər bu aşqarlar yağlar üçün hazırlanmışdı. Hazırda yanacaqlarda sınaqdan keçmiş bir sıra aşqarlar istifadə üçün tövsiyə edilmişdir. Akor-1 (ГОСТ 15171-78) 100 °C-də kinematik özlülüyü 65 mm2/s, küllülüyü 3,6-5,0% və qələvi ədədi 38 mg KOH/g olan tündrəngli yağlı mayedir. Norma suyun yoxluğu, mexaniki qarılıqlarn isə 0,08% -dən çox olmamasıdır.

  • Akor-1 yüksək dərəcədə küllü və toksik olduğu üçün onun motor yanacaqlarında istifadəsi tövsiyə edilmir. Bundan əlavə, yüksək özlülüyü də onun tətbiqini qeyri-mümkün edir.
  • БМП (ТУ 38.101503-74) и БМП-А (ТУ 38.401297-80) yağlı tünd qəhvəyi rəngli mayedir. Onların arasında əsas fərq sulfolaşma üçün istifadə olunan xammaldır. БМП üçün şərq neftlərindən olan olan AC-6, БМП-А üçün xüsusi alınmış alkil benzollar əsasında sintetik yağ istifadə olunmuşdur.

БМП-nin göstıriciləri: 50°С-də kinematik özlülüyü 7 мм2/с çox, Т alışma - 60°С-dən aşağı, küllülüyü 0,05%-dən çox, qələvi ədədi 2 мг КОН/г-dan yüksək, mexaniki qarışıqlar 0,05 %-dən çox olmamalıdır, tərkibində su yoxdur. Aşqarın mühafizə effekti dizel yanacağında geniş tədqiq olunmuş və nəticədə məlum olmuşdur ki, sulanmış dizel yanacağına 0,02-0,04% aşqarın əlavə edilməsi poladın korroziyasını 50-70 dəfə, əlvan metalların korroziyasını isə 200-300 dəfə aşağı salır.

Detalların konservasiyası üçün yanacağa 2-5 % НГ-203 aşqarı əlavə edilirdi. СИМ РЭН (0033) aşqarının komponenti kimi istifadə olunur. Танкор (ТУ 0275-483-04872688-2006) avtomobil benzinlərində istifadə üçün nəzərdə tutulmuşdur. Aşqar yaxşı mühafizəedici xassələrə (antioksidant və deaktivator) malikdir. Çox vaxt yuyucu aşqardan istifadə yanacağa mühafizəedici xassələr vermək üçün kifayər edir.

Yanacağa küllü aşqarın, məsələn Акор-1-in maksimal effekt verən qatılıqda əlavə edilməsi mühərrikdə çöküntünün əmələ gəlməsinə səbəb olur. Bundan əlavə tərkibində belə aşqarlar olan yanacağın yanması zamanı ətrafa atılan bərk tullantıların miqdarı artır.

Aşqarların termoanalitik tədqiqatları

[redaktə | mənbəni redaktə et]

İntensiv şəraitdə inkişaf edən müasir texnika sürtkü materiallarının qarşısında sərt tələblər qoyur. Temperatur rejiminin ekstremaldəyişməsi şəraitində texnikanın istismarını təmin etmək motor yağlarının termooksidləşmə xassələrini artırmaqla mümkündür. Müasir motor yağlarını keyfiyyətli və yüksək termooksidləşmə xassələrinə malik olan aşqarlarla birgə istehsal etmək olar. Ona görə sənayedə istehsala tövsiyə edilən keyfiyyətli ИХП-130, AKİ-150 və AKİ-156 aşqarlarının termooksidləşmə xassələri öyrənilmişdir. Termoanalitik tədqiqatlar Macarıstanın Paulik, Paulik, Erdei sistemli OD-102T tipli derivatoqrafda, hava mühitində, qızdırmanı 100C/dəq sürəti ilə dəyişən dinamik rejimdə aparılmışdır. Etalon olaraq közərdilmiş alüminium oksid istifadə edilmişdir. Nümunələrin termooksidləşdirici stabilliyinin qiymətləndirmə kriteriyası kimi termoqravimetrik əyrilərlə müəyyən olunan temperatur artımı ilə onların itirilən çəki hissələrinə bərabər uyğun temperatur qəbul edilmişdir. Məsələn, T10% və T50% nümunələrin differensial termiki analiz (DTA) əyriləri ilə qeyd olunan termooksidləşdirici destruksiyasının 1-ci mərhələsinin sonu (2-cisinin başlanğıc temperaturu), həmçinin də onların termooksidləşdirici parçalanmasının ekzotermik effektinin başlanğıc temperaturudur. Axtarılan parametrlərin təyini zamanı nəticələrin orta kvadratik xətası 0.4 kəmiyyətini ötmür, eksperimentin nisbi xətası isə orta hesabla 1.2%-dən çox deyildir. Təcrübələrdən görünür ki, tərkibində karboksilat qrupu və ya kükürd atomu olan və müqayisə üçün tətbiq edilən МACK, ВНИИНП-714, ОЛОА-218А aşqarları və ИXП-130 (tərkibində azot atomu saxlayan), AKİ-150, AKİ-156 (tərkibində eyni zamanda həm karboksilat qrupu, həm də azot atomu saxlayan) aşqarlardan fərqli olaraq termostabilliyə görə geri qalır. AKİ-156 aşqarı daha yüksək termostabilliyə malikdir, belə ki, fenil radikalının mövcudluğu AKİ-150 aşqarına nisbətən onun termostabilliyini bir qədər artırır.

Karbon turşusunun duzları

[redaktə | mənbəni redaktə et]

Motor yağlarına yuyucu aşqar kimi naften, aromatik, ok¬siturşuların (məsələn, salisil) duzları və s. istifadə edilir . İlk yuyucu aşqar kimi barium, kalsium, maqnezium, alüminium, sink, kobalt, nikel, mis, dəmir, civə və s. metallar və kalium permanqanat istifadə edilib. Yuyucu və dispersedici xassəsinə, eyni zamanda yüksək stabilliyinin olmasına görə naftenatları əlavə edərkən sürtkü yağlarının istismar xassələri daha çox yaxşılaşır. Barium və kobalt naftenatlarıbu cəhətdən daha effektlidir. Metal naftenatları adətən müxtəlif metalların mineral duzları ilə naften turşularının natrium duzları arasında əvəzetmə reaksiyasından alınır. Natrium duzları əsasən neftdən və neft məhsullarından, onların natrium hidroksidlə işlən¬məsindən alınır. İlk dəfə müxtəlif alkilsalisil turşularının sintezi və onların xassələrinin öyrənilməsinə Amerikada 1938-ci ildən Orland Rayer və Vilberi tərəfindən başlanılmışdır. 1950-ci illərdə İngiltərədə “Shell” firması alkilsalisilat aşqarların alınmasında böyük təkmilləşdirmə işləri aparmışdır. Keşmiş Sovet İttifaqında bu istiqamətdə ilk dəfə 1960-cı ildə ВНИИНП-də N.A.Dmitriyeva, Q.Q.Krasnyanskaya və V.M.Monastırskiy tərəfindən ACK (kalsium alkilsalisilat) tipli aşqarlar alınmışdır. Bu aşqarlar müxtəlif qələvili alkilsalisilat turşularının kalsium duzlarının durulaşdırıcı yağda konsentratı kimidir. Hazırda bu aşqarları alkilsalisilat aşqarlarının duzlarına və alkilsalisil turşularının kimyəvi modifikasiya olunmuş məhsullarına ayırırlar. Alkilsalisilat duzları 3 qrupa ayrılır: neytral, əsasi və yüksək qələvili . Yuyucu aşqar kimi eyni zamanda korroziyaya qarşı təsir edən salisil turşusunun oktil efirinin kalsium duzudur. Alkilsalisil turşusu ilə kalsium hidroksidin reaksiyasından kalsium alkilsalisilat aşqarı –ACK alınmışdır. ACK aşqarının analiz yolu ilə (eyni zamanda küllülüyün təyinində) aşkar edilmişdir ki, kalsium hidroksidlə alkilsalisil turşusunun neytrallaşması zamanı hidroksil qrupunun hidrogeni yox, karboksil qruplarının hidrogeni metalla əvəz olunur. Yüksək qələvili alkilsalisilat duzları daha geniş istifadə olunur. Onlar neytral duzların karbonatlaşması ilə alınır. MACK aşqarının sintezi ACK aşqarının sintezi ilə eynidir. Fərq yalnız ondadır ki, hazır ACK aşqarına əlavə olaraq kalsium hidroksid əlavə edilir, sintez zamanı promotor olaraq metil spirtindən istifadə olunur və karbon qazı ilə karbonatlaşma aparılır Qeyd edildiyi kimi karbonatlaşma prosesi cətin prosesdir və aşqarın keyfiyyəti bu prosesdən asılıdır. Ədəbiyyatda karbonatlaşma prosesindəki karbon dioksidin miqdarı, onun verilməsinin davamiyyəti, temperatur, suyun miqdarı, ilkin reagentlərin nisbəti, onların verilməsinin ardıcıllığı, su və promotorun nisbətinin təsiri verilmişdir. Yüksək qələvili alkilsalisilatlar karbohidrogen mühitində anionlu səthi aktiv maddələrin adsorbsiya təbəqəsi ilə stabilləşdirilmiş kalsium karbonatın kolloid dispersiyasıdır. Yüksək qələvili yuyucu-dispersedici aşqarların müxtəlif və bir-birinə zidd olan kolloid quruluşu təqdim edilmişdir . Yüksək qələvili aşqarların quruluşu barədə iki fərziyə irəli sürülür. Birinci fərziyəyə görə karbonatlaşmış aşqarlar kolloid dispersiyasıdır, hansılar ki, nüvə kalsium karbonat və səthi aktiv maddələrlə (SAM) əmələ gələn adsorbsiya-solvat örtüklər saxlayan mitsellərdən ibarətdir. İkinci fərziyəyə görə kalsium karbonat mitsellərin daxilində deyil, xaricindədir, yəni bilavasitə karbohidrogen mühiti ilə toxunur, ancaq bu fərziyəyə görə mitsellərin kolloid davamlılığının mahiyyəti xarici hissəsindəki karbohidrogenlərdə həll olmayan kalsium karbonatın molekullarının yerləşməsi başa düşülmür. Eyni zamanda, əgər fərziyəyə görə onlar mitsellərin xarici hissəsində yox, daxili hissəsində yerləşərsə, alkil radikallarının rolu aydın olmur. Kalsium karbonatın örtüyü ilə alkil radikallarının ekranlaşması yüksək komponentin həlledicidən solvatlaşmasına gətirir və aşqarlar sürtkü materiallarında həll olur. Belə ki, daha ehtimallı olanı yüksək qələvili aşqarların quruluşu birinci fərziyə kimidir, yəni mitsellərin nüvəsində kalsium karbonat, xarici təbəqəsində isə kalsium karbonatda xemosorbsiya olan səthi aktiv maddələrin alkil radikalları yerləşir. Yüksək qələvili aşqarların kolloid quruluşunu təsdiq etmək üçün DRAM-2,0 difraktometr ilə MACK – salisilat aşqarının mitsel quruluşu öyrənilmişdir . Tədqiqatlar birinci fərziyəni təsdiq etmişdir. Salisilatlar mitsel saxlayan nüvəsində kalsium karbonat olan və kalsium salisilatla adsorbsiya solvat örtüyünü əmələ gətirən kolloid dispersiyasıdır. Yüksək qələvili salisilatların yüksək qələvili sulfonatlarla eyni quruluşa malik olması ədəbiyyatda göstərilmişdir . I kalsium karbonatın molekullarının nüvəsi II adsorbsion-sovalt örtüyü R-alkil radikalı, h-durulaşdırıcı yağın molekulu Beləliklə, ehtimal olunur ki, metal saxlayan yuyucu aşqarlar eyni quruluşa malikdir. MACK aşqarının əsas komponenti kalsium alkilsalisilatdan, müəyyən qədər kalsium karbonat və kalsium hidroksiddən ibarətdir. Alkilsalisilat aşqarlarının sulfonatlardan və alkilfenolyatlardan fərqi mitselin ölçüsündədir, onların ölçüləri sulfonatlardan iki dəfə kiçik, alkilfenolyatlardan üç dəfə böyükdür. Yüksək qələvili alkilsalisilat aşqarları bu günə qədər sintez və tədqiq edilir. AMEA Aşqarlar Kimyası İnstitutunda salisilat tipli orta və yüksək qələvili aşqarlar alınmışdır – AKİ-173 və AKİ-174. Bunlar alkilfenol, formaldehid, ammonyak və salisil turşusunun kondensləşmə məhsulunun kalsium, yaxud karbonatlaşmış kalsium duzlarıdır. AKİ-174 aşqarı AKİ-173 aşqarının karbonatlaşmış variantıdır . Bu aşqarlar korroziya, oksidləşməyə qarşı, yuyucu və neytrallaşdırıcı xassələri yüksək olan çoxfunksiyalı aşqarlardır. Alkilsalisilat turşularının kimyəvi modifikasiya olunmuş məhsullarından çox istifadə edilənləri tərkibində kükürd və fosfor olan alkilfenolun törəmələri – Mannix əsaslarıdır. Kalsium tərkibli detergentlərdən ən yüksək termiki stabilliyə sulfonatlar, orta – alkilsalisilatlar və aşağı – alkilfenolyatlar malikdir. Yüksək qələvili alkilsalisilatlar yüksək neytrallaşma və oksidləşməyə qarşı xassələrə malikdir. Onların oksidləşməyə qarşı xassələri alkilfenolyatlardan və suksinimidlərdən yüksəkdir. Alkilsalisilat aşqarları əsas detergentlərdən biridir, onlar bir sıra motor və hidravlik yağların hazırlanmasında istifadə olunur. Sintez mərhələsində salisilat və sulfonat, ya salisilat və alkilfenolyat birləşən kompleks aşqarları böyük maraq kəsb edir. Aşqarlarda bu fraqmentlərin sintetik yolla birləşməsi, onların detergent-dispersedici xassələrini ümumiyyətlə, funksional xassələrini yüksəldir

Aşqar paketləri

[redaktə | mənbəni redaktə et]

HiTEC 9325G - motor yağlarına aşqar paketi (ABŞ) -


  • HiTEC 9325G - motor yağlarına aşqar paketi (ABŞ) -

API SG-dən API SL sinif yağları üçün nəzərdə tutulmuş və yağların özlülüyünü artıran aşqar məhluludur.

  • HiTEC 9325G aşqar paketinin istehsalçı şirkəti.

HiTEC® 9325G aşqar paketi ABŞ-ın Riçmond şəhərində Virciniya ştatında yerləşən AFTON CHEMİCAL Şirkətidir .

  • HiTEC 9325G aşqar paketinin fiziki-kimyəvi göstəriciləri.

Xarici görünüşü: Tünd qəhvəyi cüzi dumanlı maye. Alışma temperaturu, °C (PMCC): 150 dəq. Xüsusi çəkisi 15.6°C-də: 1.000 Sıxlıq 15°C-də, g/ml: 0,998 Kinematik özlülük, 100˚C-də mm2/s: 125 Molibden, % çəkisi: 0,16 Qələvi ədədi, mg KOH/g: 112 Sulfat külü: 14% Tövsiyə olunan saxlama və istifadə temperaturu: 40-45°C Maksimum saxlama temperaturu: 50°C Maksimum işləmə temperaturu: 70°C Maksimum qarışdırma temperaturu: 70°C Saxlama müddəti: 24 ay ətraf temperaturda (10 - 40 ° C)

  • HiTEC 9325G aşqar paketinin tətbiqi.

HiTEC® 9325G aşqar paketi minik avtomobili, yüngül dizel və 4 taktlı motosiklet mühərrik yağları üçün nəzərdə tutulub. HiTEC® 9325G motor yağlarının API SG/CD-dən API SL/CF/ CF-4-dək siniflərinin əsas tələblərini təmin edir. 10W-30, 10W-40, 15W-40, 20W40 və 20W-50-dən geniş özlülük göstəricilərini əhatə edir.

Aşqarların istehsal texnologiyası

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda xaricdə Rusiyanın “ВНИИНП”, Amerikanın”Lubrizol”, “Exxon”,”Shevron”, “Ethyl Crop”, İngiltərənin “British Petrolium”, Fransanın ”Orogil”, Yaponiyanın “Marudzen” və s. firmaları karbonatlaşdırılmış kükürdsaxlayan alkilfenolyatlar sintez edir. Bu çoxfunksiyalı aşqarlar yüksək qələviliyi və yüksək keyfiyyəti ilə fərqlənir. Bu ОЛОА-218А, ОЛОА-219, АМОКО-9230, ВНИИНП-712, ВНИИНП-714, ВНИИНП-7120, ВНИИНП-7130, ВНИИНП-7130В və s. aşqarlarıdır. Onların qələvi ədədi 140-300mqKOH/q-a qədərdir. Son illərdə Rusiya, ABŞ, Azərbaycan və s. ölkələrdə müxtəlif qurluşa və molekul kütləsinə malik alkilfenollar əsasında müxtəlif qələvi ədədinə və yüksək təsir effektinə malik çoxfunksiyalı alkilfenolyat tipli aşqarlar alınmışdır. Rusiya və Azərbaycanda daha təsirli yüksək qələvili alkilfenolyat aşqarlarının sintezi və tədqiqi davam etdirilir. Tədqiqatlar onların kolloid və termiki stabilliyinin artırılması, oksidləşməyə qarşı, yuyucu və yanğının qarşısının alınması kimi xassələrinin yüksəldilməsinə yönəldilmişdir. İ.Y.Seleznyova və başqaları tərəfindən motor yağlarının istismar xassələrini yaxşılaşdırmaq məqsədilə qələviliyi 400mqKOH/q olan yüksək effektli ВНИИНП-7140 alkilfenolyat aşqarı sintez edilmişdir. Müəyyən edilmişdir ki, ВНИИНП-7140 aşqarı fiziki-kimyəvi və funksional xassələrinə görə yerli əmtəə alkilfenolyat aşqarı və xarici analoqu olan ADX-410-dan üstündür. Aşqarın funksional xassələrinin üstünlüyü onun yüksək qələvilik və kolloid stabilliyinin, həmçinin tərkibindəki aktiv maddənin çox olması ilə izah edilir. Motor istehsalı inkişaf etdikcə, motor yağlarına tələblər artır və yeni, daha keyfiyyətli aşqarlara ehtiyac duyulur. Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda ildən ilə yeni, bir-birindən keyfiyyətli, yüksək qələvili alkilfenolyat aşqarları alınır. ИХП-120 aşqarından başlayaraq ИХП-130, AKİ-150, AKİ-154, AKİ-156, AKİ-124, AKİ-134, AKİ-218 və s. aşqarlar alınmışdır. Bu azot-, kükürd-, azot-kükürd, azot-kükürd-bor saxlayan çoxfunksiyalı alkilfenolyat aşqarlarıdır. Aşqarlar müxtəlif müasir sürtkü kompozisiyalarında köhnəlmiş ИХП-101 aşqarının yerinə və yüksək qələvili olduqlarına görə, kompozisiyaların digər komponentlərinin qatılığını azaltmaqla istifadə oluna bilər.

  1. "Arxivlənmiş surət". 2017-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.
  2. proofoil.ru/Oilchemistry/fuelproperty15.html
  • Большая энциклопедия Нефти и газа.
  • E.Nağıyeva "Motor yağları və onlara aşqarlar", Bakı "Optimist" -2022.
  • www.aftonchemical.com