Ağbulaq (Göyçə)
Ağbulaq | |
---|---|
40°31′57″ şm. e. 45°16′09″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Çəmbərək |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.055 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Ağbulaq — Göyçə mahalında kənd. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri)
Tarixi
[redaktə | mənbəni redaktə et]Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olmuşdur. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilmişdir.
Şahdağ silsiləsi əgər doqquz mərtəbəli binanı xatırladırsa Ağbulağı onun üçüncü mərtəbəsinə sığınmış əziz balasına bənzətmək olar. Ağbulaqdan Göyçə gölünə baxanda elə bil amfiteatrdan səhnəyə baxırsan. Göyçə gölündən o taya baxanda il boyu qarı əriməyən Ağmanqal, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağları göz önündə canlanır. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə (bu dağa Koroğlu da deyirlər) elə bil Ağbulağın sol çiynindən qalxıb buludlara baş çəkir.
Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış.
Ağbulağın axşamı düşəndə günəş şiş uclu Ələyəz dağının arxasına çəkilib, sanki Anadoluda axşamlardı. O laübalı axşamların işığı içimizdən qəbirə keçib gedəcək... Ancaq mənə elə gəlir ki, Ağbulağın günəşi Anadoluda axşamladığı kimi oradan da doğacaqdır.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə beş korpuslu ən müasir tipli orta məktəb binası, poçt, kitabxana, tibb məntəqəsi, böyük univermaq, avtomat telefon istansiyası, mədəniyyət evi, dəyirman, ağac çəkən mişar və digər ictimai-iaşə obyektləri fəaliyyət göstərib.
Kənddə 13000 baş xırda buynuzlu, 2500 baş iribuyluzlu heyvan olub. 1988-ci ilədək mexanızatorların ixtiyarına çoxlu kənd təsərrüfatı maşınları və aqreqatları verilib. Kəndin iqtisadiyyatında heyvandarlıq başlıca sahə sayılıb.
On bir nəfər müxtəlif sahələr üzrə elmlər namizədi alimlik dərəcəsi alıb.
Sovet hakimiyyəti qurulmamışdan əvvəl Məşədi Molla Əlinin və Məşədi Molla Həsənin dini təlim keçən məktəbləri fəaliyyət göstərib.
XIX əsrin sonlarında inşa edilən məscid anbar kimi hələ də qalırdı. 1988-ci il hadisələrində ermənilər tərəfindən dağıdılıb.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Tarixi mənbələrə görə Ağbulaq kəndinin bünövrəsi XVI əsrin ikinci yarısında qoyulmuşdur. Bundan əvvəl Ağbulağın cənub-qərbində, təxminən 1,5 kilometrliyində Yellicə adlı kənd olmuşdur. Şahdağın qoynuna sığınmış ən yüksək dağ kəndi olan Ağbulağın ümumi sahəsi 38 kvadrat kilometr, əhalis 1914-cü ildə 982 nəfər, 1986-cı ildə 1500 nəfər olmuşdur. Adı 1991 ci ildə dəyişdirilərək Ağperek qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1988-ci ilə qədər azərbaycanlılar
Görkəmli şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Eldar İsmayıl - şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Araz" ali ədəbi mükafatın laureatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2010).
- Hüseyn İsmayılov - filologiya elmləri doktoru, professor, АMEА Folklor İnstitutunun direktoru.
- Abbasəli Abbasəliyev - həkim kardioloq, Mərkəzi Neftçilər Xəstəxanasının İntervension Kadiologiya şöbəsinin müdiri, Azərbaycan Kardiologiya Cəmiyyəti idarə heyətinin üzvü, tibb elmləri namizədi.
- Əvəz Zeynallı - Xural qəzetinin baş redaktoru.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- [1][ölü keçid]
- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.