Canluka Vialli
Canluka Vialli | |
---|---|
it. Gianluca Vialli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 9 iyul 1964[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 2023[3] (58 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Boyu | 180 sm |
Çəkisi | 77 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Canluka Vialli (it. Gianluca Vialli ; 9 iyul 1964[1][2], Kremona, Lombardiya – 6 yanvar 2023[3], London) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Çempionlar Liqası, UEFA Kuboku və Kuboklar Kubokunu qazanan 8 oyunçudan biri və üç fərqli klubla qazanan yeganə oyunçu.[4]
Oyunçu karyerası
[redaktə | mənbəni redaktə et]Viallinin futbolçu karyerası "Kremonese" klubunda başlayıb. 1983/1984 mövsümündə 10 qol vurduqdan sonra "Sampdoriya" komandasına dəvət edilir. Vialli burada A seriyasını (1990/91), 3 İtaliya kubokunu (1985, 1988, 1989) və UEFA kuboklar kubokunu (1990-cı ildə) qazanır.
"Sampdoriya"dakı çıxışları zamanı Vialli dəfələrlə İtaliya milli komandasına çağrılır, 1986 Dünya Kubokunda, 1990 Dünya Kubokunda və 1988 Avropa çempionatında iştirak edir. 1992-ci il Çempionlar liqası finalını "Barselona" klubuna məğlub olduqdan qısa müddət sonra Vialli, 12,5 milyon funt-sterlinqə "Yuventus" klubuna keçir.[5] Bu o dövrun ən bahalı transferi olur.
Futbolçu "Yuventus"da ilk mövsumdə UEFA kubokunu qazandı. Tezliklə, milli komandanın məşqçisi Arrigo Sakki ilə fikir ayrılıqları üzündən Vialli, 1994-cü ildə ABŞ-da keçiriləcək Dünya Kuboku üçün milli komandaya dəvət edilmədi və daha sonra İtaliya və Braziliyanın Dünya Kuboku finalında oynayacağı məlum olduqda, Braziliyanı dəstəkləyəcəyini açıqlayır. Şayiələrə görə isə, Vialli Sakki ilə zarafat edib və bu onun millidən getməsinə səbəb olub.[6][7][8]
Vialli 1995-ci ildə Yuve ilə ikinci skudetto və İtaliya Kubokunu qazanaraq, bir mövsümdə 16 qol vurur. 1996-cı ildə Vialli "Yuventus" ilə Çempionlar Liqasını qazanır və bundan sonra İngiltərə klubu "Çelsi" ilə uzunmüddətli müqavilə imzalayır. Onun bu hərəkəti o vaxtkı "Çelsi" nin baş məşqçisi Ruud Qullitin təşəbbüsu ilə baş tutur. "Çelsi" tezliklə Vialli ilə İngiltərə Kubokunu qazanır.[9] 1997/98 mövsümündə bir neçə uğurlu oyuna baxmayaraq, Vialli "Çelsi"nin əsas heyətində daimi yerini itirir.
Məşqçi karyerası
[redaktə | mənbəni redaktə et]1998-ci ildə Qullitin getməsindən sonra Vialliyə "Çelsi"də oyunçu-məşqçisi vəzifəsi təklif edilir və oyunçu tərəfindən bu təklif qəbul edilir.[10] O İngiltərə Premyer Liqasında ilk İtaliyalı baş məşqçi olur.[11] 13 may 1998-ci ildə Kuboklar Kubokunun finalında "Stuttqart"ı məğlub edərək, 33 yaş 308 günlük olan Vialli, UEFA yarışını qazanan ən gənc məşqçi olur.[12][13] Onun rekordu 18 may 2011-ci il tarixdə "Portu" klubunun məşqçisi Andre Villas-Boaşın 33 yaş 213 gündə Avropa Liqasını qazanmasıma qədər on üç il davam etdi.[14]
Vialli klub tarixinin ən uğurlu mütəxəssislərindən biri olur. Onun rəhbərliyi altında mavilər Liqa Kubokunu, Kuboklar Kubokunu və İngiltərə Kubokunu qazanır. UEFA Super Kubokunda isə, klub Uruqvaylı Qustavo Poyetin "Real Madrid"ə vurduğu yeganə qol sayəsində qalib olur.
1998/99 mövsümündə, mavilər 1970-ci ildən bəri ən yaxşı göstəricilərini göstərərək milli çempionatı üçüncü sırada tamamladılar.
2001-ci ildə Canluka Vialli London klubundan ayrıldı və onunla birlikdə müxtəlif səbəblərdən, klubun başqa liderləridə gedir. Bunlar Canfranko Zola, Didye Deşam, Dan Petresku kimi klubun vacib oyunçuları idi. Vialli dövrü öz yerini Roman Abramoviç dövrünə verir. Tezliklə klubun yeni liderləri Con Terri və Frenk Lempard olur.
Daha sonra "Uotford"un baş məşqçisi olur. Ancaq bu klubda işlədiyi bir il, italiyalı üçün uğursuz olur, nəticədə mövsümün sonunda klubdan ayrılır.
Vialli sonra "Sky Italia" kanalında şərhçi işləyir.
O, UEFA Avro 2020-nin qalibi olan İtaliya milli komandasının heyətində nümayəndə heyətinin rəhbəri kimi iştirak edir.[15]
Ölumu
[redaktə | mənbəni redaktə et]2018-ci ilin noyabrında Vialli mədəaltı vəzi xərçəngi ilə bir il davam edən mübarizəni uğurla dəf etdiyini açıqladı. 13 aprel 2020-ci ildə məlum oldu ki, ona 17 aydır əziyyət çəkdiyi mədəaltı vəzi xərçəngindən tamamilə təmizlənmişdir. 21 dekabr 2021-ci ildə o, ikinci dəfə mədəaltı vəzi xərçəngi ilə mübarizə apardığını açıqladı. 6 yanvar 2023-cü ildə Royal Marsden Xəstəxanasında 58 yaşında vəfat etdi.
Uğurları və Titulları
[redaktə | mənbəni redaktə et]Oyunçu kimi
[redaktə | mənbəni redaktə et]- İtaliya Millisi
- Dünya çempionatının bürünc mükafatçısı: 1990
- Avropa çempionatının bürünc mükafatçısı: 1988
- Sampdoriya
- İtaliya çempionu : 1990/91
- İtaliya kuboku sahibi (3): 1984/85, 1987/88, 1988/89
- İtaliya Kuboku ikincisi (2): 1985/86, 1990/91
- İtaliya Super Kubokunun qalibi: 1991
- UEFA Kuboklar Kubokunun qalibi: 1989/90
- UEFA Kuboku Qalibləri Kubokunun finalçısı: 1988/89
- Avropa kubokunun finalçısı: 1991/92
- Yuventus
- İtaliya çempionu: 1994/95
- İtaliya çempionatının gümüş mükafatçısı (2): 1993/94, 1995/96
- İtaliya Kubokunun qalibi: 1994/95
- İtaliya Super Kubokunun qalibi: 1995
- UEFA Çempionlar liqası qalibi: 1995/96
- UEFA Kubokunun qalibi: 1992/93
- UEFA Kubokunun finalçısı: 1994/95
- Çelsi
- İngiltərə çempionatının bürünc mükafatçısı: 1999
- İngiltərə Kubokunun qalibi: 1997
- İngiltərə Liqa Kubokunun qalibi: 1998
- UEFA Kuboklar Kubokunun qalibi: 1997/98
- UEFA Super Kubokunun qalibi: 1998
Fərdi
[redaktə | mənbəni redaktə et]- İtaliya çempionatının bombardiri: 1990/91 (19 qol)
- İtaliya kubokunun bombardiri: 1988/89 (13 qol)
- UEFA Kuboku Qalibləri Kubokunun ən yaxşı bombardiri: 1989/90 (7 qol)
- "World Soccer" jurnalına görə dünyada İlin Futbolçusu: 1995
- UEFA Kuboklar Kubokunda Ən Çox qol vuran 3-cü oyunçu: 19 qol
- 1988 Avropa çempionatının simvolik komandasına daxildir
Baş məşqçi kimi
[redaktə | mənbəni redaktə et]- Çelsi
- İngiltərə Kubokunun qalibi: 2000
- İngiltərə Liqa Kubokunun qalibi: 1998
- Super Kubokun qalibi: 2000
- UEFA Kuboklar Kubokunun qalibi: 1997/98
- UEFA Super Kubokunun qalibi: 1998
Karyera statistikası
[redaktə | mənbəni redaktə et]Mövsüm | Komanda | Çempionat | Oyun | Qol |
---|---|---|---|---|
1980/81 | Kremoneze | C1 Seriyası | 2 | 0 |
1981/82 | B Seriyası | 31 | 5 | |
1982/83 | 35 | 8 | ||
1983/84 | 37 | 10 | ||
1984/85 | Sampdoriya | A Seriyası | 28 | 3 |
1985/86 | 28 | 6 | ||
1986/87 | 28 | 12 | ||
1987/88 | 30 | 10 | ||
1988/89 | 30 | 14 | ||
1989/90 | 22 | 10 | ||
1990/91 | 26 | 19 | ||
1991/92 | 31 | 11 | ||
1992/93 | Yuventus | 32 | 6 | |
1993/94 | 10 | 4 | ||
1994/95 | 30 | 17 | ||
1995/96 | 30 | 11 | ||
1996/97 | Çelsi | Premyer Liqa | 20 | 7 |
1997/98 | 18 | 4 | ||
1998/99 | 20 | 10 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Gianluca Vialli // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 GIANLUCA VIALLI // Argentine Soccer Database (isp.).
- ↑ 1 2 È morto Gianluca Vialli (it.).
- ↑ "Reyes's fifth win: top UEFA club cup winners". 2019-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-13.
- ↑ "si', ho venduto Vialli alla Juve" (italyan). Il Corriere della Sera. 23 May 1992. 4 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2023.
- ↑ "Matarrese? Primo tifoso di Vialli" (italyan). Il Corriere della Sera. 23 May 1995. 25 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2023.
- ↑ "Vialli se ne va prima ancora di arrivare" (italyan). Il Corriere della Sera. 9 September 1995. 17 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2023.
- ↑ "Vialli: " Cancellerei le incomprensioni con la nazionale "" (italyan). Il Corriere della Sera. 31 December 1995. 23 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2023.
- ↑ "Vado via, alla Juve non servivo piu'" (italyan). Il Corriere della Sera. 25 May 1996. 23 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2023.
- ↑ Hodgson, Guy. "Vialli, the 'Michelangelo' of Chelsea". The Independent. ESI Media. 13 February 1998. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2020.
- ↑ "Around the World: Italy and the Barclays Premier League". Premier League. 26 May 2014. 6 Oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Gianluca Vialli launches attack on 'greedy and selfish' footballers". Sunday People. MGN. 13 Noyabr 2011. 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2023 – Mirror Online vasitəsilə.
- ↑ "Youngest UEFA club competition-winning coaches". UEFA. 13 May 2011. 13 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2023.
- ↑ "Porto bag bragging rights and Cup glory". Belfast Telegraph. 19 May 2011. 25 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2023.
- ↑ "Gianluca Vialli leaves role with Italy national team". CNN. 14 Dekabr 2022. 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 9 iyulda doğulanlar
- 1964-cü ildə doğulanlar
- Lombardiyada doğulanlar
- 6 yanvarda vəfat edənlər
- 2023-cü ildə vəfat edənlər
- 58 yaşında vəfat edənlər
- Londonda vəfat edənlər
- Əlifba sırasına görə futbolçular
- Çelsi FK oyunçuları
- Yuventus FK oyunçuları
- Sampdoriya FK oyunçuları
- İtaliya milli futbol komandasının oyunçuları
- İtaliya futbolçuları
- "İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin kavalerləri
- Lombardiyada doğulmuş futbolçular
- Futbol hücumçuları
- İtaliya U-21 milli futbol komandasının oyunçuları
- İtaliya A Seriyası oyunçuları
- İtaliya B Seriyası oyunçuları
- İtaliya C Seriyası oyunçuları
- İtaliya futbol məşqçiləri
- İngiltərə Premyer Liqası məşqçiləri
- Legioner İtaliya futbolçuları
- 1986 FİFA Dünya Kuboku oyunçuları
- UEFA Avro 1988 oyunçuları
- 1990 FİFA Dünya Kuboku oyunçuları
- UEFA Çempionlar Liqasının qalib futbolçuları
- UEFA Kubokunun qalib oyunçuları
- İngiltərə Federasiya Kuboku finalı oyunçuları